Slimfit
  1. MARAQLI

Hər il 5 milyon insan tənbəllikdən ölür — Bəs siz tənbəlsiz?

Hər il 5 milyon insan tənbəllikdən ölür — Bəs siz tənbəlsiz?
Sakura

Nə qədər qəribə səslənsə də, dünyada hər il 5 milyondan çox insan tənbəllikdən ölür.

"Ölkə.Az" bildirir ki, mütəxəssislər gənc və orta yaşlı insanlara həftədə ən az 75-150 dəqiqə məşq etmələrini tövsiyə edir. Çünki hərəkətsiz qalmaq ölümün ən vacib səbəblərindən biridir.  

Hətta bəzi mütəxəssislər hesab edir ki, ölüm riskinə görə tənbəllik siqaret ilə eyni dərəcədə təhlükəlidir. Romada Avropa Kardiologiya Cəmiyyətinin (ESC) konqresində təqdim olunan hesabata görə, oturaq həyat tərzinin yaratdığı ürək-damar xəstəlikləri səbəbindən hər il 5 milyondan çox insan həyatını itirir. Bu həm də təkcə Avropada sağlamlıq xərclərinin 80 milyard avrodan çox olmasına gətirib çıxarır.

39 min insan üzərində aparılan araşdırmanın nəticələrinə görə, idman və fiziki aktivlik  yaş və cinsiyyət faktoru da daxil olmaqla ürək-damar xəstəliklərində ölüm riskini daha da yüksəldir. Norveçli tədqiqatçı Dr. Javaid Nauman qeyd edir ki, davamlı məşq etməyin sağlamlığa necə xeyri olduğunu onsuz da bilirik. Lakin insanlar ürək-damar xəstəliklərini və ölüm riskini azaltmaq üçün nə qədər məşq etməli olduqlarının fərqində deyillər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR