Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Həşimov İsrafil Ağababa oğlu

Həşimov İsrafil Ağababa oğlu
Sakura

Həşimov İsrafil Ağababa oğlu - "20 Yanvar Şəhidi"

İsrafil Həşimov - (azərb. Həşimov İsrafil Ağababa oğlu) - 20 yanvar şəhidi. Azərbaycan Respublikasının Prezidentinin 31 mart 1998-ci il tarixdə fərmanı ilə ölümündən sonra 20 Yanvar Şəhidi fəxri adı verilmişdir.

1964-cü il aprelin 3-də Bakıda anadan olmuşdur. Orta təhsilini Bakı şəhəri 144 nömrəli tam orta məktəbdə almışdır. Azərittifaq sistemində satıcı işləyib. İki uşağı var. Günel 1988-ci ildə, Aysel 1989-cu ildə anadan olmuşdur. Həyat yoldaşı Quliyeva Gülnisə Qasım qızı heç yerdə işləmirdi. İsrafil həmin axşam evdən çıxıb, bütün gecə evə gəlməyib. Səhər meyidini Semaşko adına xəstəxanadan tapıblar. Döş qəfəsindən güllə yarası alıb. Ehtimala görə hadisə XI Qızıl Ordu meydanında olmuşdur. Ətraflı məlumat yoxdur.

Ünvan

Mərhum 9-cu mikrorayon, 131-ci bina, 26-cı mənzildə olurdu. Qəribə də olsa, Şəhidlər xiyabanındakı «mənzili» -nin nömrəsi də 26-dır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR