Slimfit
  1. ƏDƏBİYYAT

Heyran xanım - Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən

Heyran xanım - Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən
Sakura

Heyran xanım - Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən

Ey sitəmkar məni rüsvayi-cahan eyləmisən 
Gözümün yaşını çün Dəclə ravan eyləmisən.
Həmnişin eyləmisən düşməni, ey mayeyi-naz 
Rəşkdən canım alıb bağnmı qan eyləmisən. 
Gün kimi arizinə zülfi-çəlipanı salıb 
Günü gör, əbru-siyah altda nihan eyləmisən.
Nazilə, işvə ile seyr eləyib gülzan 
Göstərib möcüzə sən sərvi-rəvan eyləmisən.
Bir canım var idi, ey şux ki, aldm o zaman, 
Özgə can dəxi bu bikəsdə güman eyləmisən.
Qaşlann taği-sitəm almış ələ, kipriyin ox, 
Öldürürsən məni, nahaq yerə qan eyləmisən. 
Neçin ey şux niqabın götürübsən üzdən, 
Ruyi-xurşidvəşi xalqa əyan eyləmisən.
Almısan ağlımı sərdən mənim, ey afəti-can 
Qəddimi möhnəti-hicrində kəman eyləmisən.
Həsrəti vəslin ilə, ey mahi-mən, Heyranı 
Başı yerdə, gözü yolda nigaran eyləmisən.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

Redaktor seçimi

SON XƏBƏRLƏR