Slimfit
  1. SİYASƏT

Hikmət Hacıyevdən qərəzli hesabat hazırlayan vəkilə cavab

Hikmət Hacıyevdən qərəzli hesabat hazırlayan vəkilə cavab
Sakura

Hikmət Hacıyevdən qərəzli hesabat hazırlayan vəkilə cavab

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qərəzli, anti-Azərbaycan hüquqi hesabat hazırlayan vəkil Luis Moreno Okamponun ittihamlarına cavab verib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, Hikmət Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında Okamponun əslində kim olduğu barədə faktlar ortaya qoyub.

Belə ki, Okampo Beynəlxalq Cinayət Məhkəməsində baş prokuror vəzifəsində çalışarkən dünyanın ən bədnam vergi sığınacağında bəzi şirkətləri idarə edib.

Bununla yanaşı, Xocalı soyqırımını törətmiş hərbi cinayətkar olan Ermənistanın eks-prezidenti Serj Sarkisyanın İrəvanda Okamponu qarşılaması bildirilir.

“Bu cür qaranlıq keçmişə malik olan şəxs öz qərəzli hesabatında Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarını və Laçın yolunun fəaliyyəti ilə bağlı real vəziyyəti bilərəkdən təhrif edir”, – H.Hacıyev qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR