Slimfit
  1. DÜNYA

Hippinin mesajı: Britaniya da Ermənistana girir?

Hippinin mesajı: Britaniya da Ermənistana girir?
Sakura

Hippinin mesajı: Britaniya da Ermənistana girir?

Fikrimcə, Ceyms Hippinin cavabı kifayət qədər balanslaşdırıcı xarakter daşıyır.

Bu sözləri Axar.az-a Böyük Britaniyanın silahlı qüvvələrlə iş üzrə naziri (müdafiə nazirinin müavini - red.) Ceyms Hippinin parlamentarilərin "Ermənistanın KTMT-dən çıxmasının Londonun müdafiə sənayesi üçün potensial faydaları" haqda sualına cavabı haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib.

Siyasi şərhçi bütün hallarda Ceyms Hippinin açıqlamasının narahatverici məqam olduğunu vurğulayıb:

“Hippi həm ehtiyac yaranarsa, Ermənistanı Rusiyaya qarşı qoruyacaqlarını bildirib, həm də üzvlüyün dondurulmasının təşkilatı tərk etmək demək olmadığını qeyd edib. Azərbaycanı maraqlandıran məsələ isə Britaniya rəsmisinin Ermənistana silah yardımı məsələsində ATƏT-in silah embarqosunu gündəmə gətirməsidir. Yəni London ehtiyac yaranarsa, Ermənistana dəstək verəcək, lakin bu, müəyyən limitlər çərçivəsində olacaq. Onun bununla Azərbaycanla münasibətlərə kölgə salmamaq məqsədi daşıdığını düşünürəm. Çünki ATƏT-in silah-sursat və hərbi texnikanın verilməsi ilə bağlı müəyyən qaydaları var. Lakin bütün hallarda Böyük Britaniyanın Ermənistanın silahlandırılması yarışına girmək istəyi yaxşı hal deyil. Fransa, Yunanıstan və s. ölkələr artıq burdadır və Azərbaycan da bunun əleyhinədir. Silah-sursatın hansı ad altında göndərilməyindən asılı olmayaraq, rəsmi Bakı buna müsbət baxa bilməz. Belə halların baş verməməsi üçün preventiv addımlar atmalıyıq. Ancaq ümumilikdə Londonun daha çox imkanlarının olmasına baxmayaraq, ATƏT-in limitlərindən danışması müsbət tendensiyadır və digər böyük ölkələr üçün müəyyən mənada presedent yarada bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR