Slimfit
  1. DÜNYA

"Hizbullah" lideri: İran bu ölkəni məhv edəcək, əgər

"Hizbullah" lideri: İran bu ölkəni məhv edəcək, əgər
Sakura

"Hizbullah" lideri: İran bu ölkəni məhv edəcək, əgər

İran Səudiyyə Ərəbistanı ilə müharibə halında, bu ölkəni məhv edəcək.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Livanın “Hizbullah” hərəkatının lideri Həsən Nəsrullah bildirib.

Onun sözlərinə görə, İran bütün təhlükələrdən daha güclüdür, çünki İran xalqı vahiddir. O, ABŞ Prezidenti Donald Trampın təhdidlərinin uğursuz olduğunu və iranlı həmkarı Həsən Ruhani ilə görüşmək üçün “yalvardığını” vurğulayıb.

“Hizbullah” lideri öz nitqinin gedişatında Səudiyyə Ərəbistanı və BƏƏ-yə yeni hava hücumundan müdafiə sistemləri almaq əvəzinə Yəməndə müharibəyə son qoymağı tövsiyə edib.

“Səudiyyə Ərəbistanı və BƏƏ-yə məsləhət: öz mövqeyinizi təkrar gözdən keçirin, diqqətlə düşünün və İrana qarşı müharibəyə təşəbbüs etmək lazım deyil, çünki o sizi məhv edəcək... Siz artıq Yəmənə qarşı müharibənin qiymətini ödəməyə başladınız”, - Nəsrullah bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin iqtisadiyyatı, BƏƏ-dəki göydələnlər kimi “şüşədir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Tısbağanı xilas etdi

Redaktor seçimi

SON XƏBƏRLƏR