Slimfit
  1. ƏDƏBİYYAT

Hüseyn Cavid - Çəlik qollar

Hüseyn Cavid - Çəlik qollar
Sakura

Hüseyn Cavid - Çəlik qollar

(Bakı işçisinə)


Onlar, o çəlik qollar, o qollardakı qüvvət
Saçmaqda quduz kinlərə dəhşət.
Yox, bir daha görməz o çəlik qolları zəncir,
Çıldırsa da hər qanlı cahangir.

Tunc üzlü böyük dalğa! Sənin qüdrətin aydın,
Düşmənləri daim heçə saydın.
Qoş sülhə, çalış, aləmə qüvvətlə işıq ver,
Çarpışmaq üçün əzmini göstər.

Ey şanlı əmək ordusu, ey şanlı mübariz!
Çoxlar səni zənn etsə də aciz,
Sən yüksələcək, parlayacaq, parladacaqsan,
Hər qütbə şətarət qatacaqsan.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR