Slimfit
  1. BİOQRAFİYA

I Şah Abbas

I Şah Abbas
Sakura

I Şah Abbas - Səfəvilər Dövlətinin V şahı, mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə, dövlət…

Şah I Mehdi 1571-ci il yanvarın 29-da Heratda doğulmuşdu. Atası, şahzadə Məhəmməd Xudabəndə və anası Mazandaran valisi Mir Abdulla xanın qızı "Məhd-i ülya" kimi tanınan Xeyrənnisa Bəyimin üçüncü oğlu idi. 1573-cü ildə atası şahzadə Məhəmməd Mirzə Şiraza vali təyin edildiyi üçün yaş yarımlıq Abbas Mirzə Herat valisi seçildi və Şahqulu Sultan Ustaclı onun lələsi təyin olundu. Uşaqlıq illərini Heratda keçirən Abbas Mirzənin ata və anası Şirazda olduğu üçün onun tərbiyəsi ilə bilavasitə lələsi məşğul olurdu.

1578-ci ildə atası Məhəmməd Xudabəndə şah seçilən zaman Abbas Mirzə Herat valisi kimi vəzifəsini davam etdirdi. 1581-ci ildə Xorasanda olan Ustaclı və Şamlı əmirləri Əliqulu xan Şamlını xanlar xanı seçərək Abbas Mirzəni şah elan etdilər. Lakin Məşhəd hakimi Mürşüdqulu xan Ustaclı ilə döyüşdə Əliqulu xan məğlub edildi, Abbas Mirzə isə Mürşiqdqulu xan tərəfindən ələ keçirilərək 1587-ci ilin oktya­brında Qəzvinin Cehelsütun sarayında 16 yaşında Səfəvi taxt-tacına əyləşdirildi.

Daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başlayan Şah Abbas 1590-cı ildə İstanbul sülhünü imzalayaraq Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verdi.

Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.

1601-1602-ci illər də Səfəvi şahı portuqallara qarşı hərbi əməliyyatlara başladı və İran körfəzinə çıxışları olan qalalar və Bəhreyn adaları ələ keçirildi.

Şah I Abbas dövlətinin tarixi sər­həd­lərini bərpa etmək, xüsusilə dövlət üçün böyük iq­ti­sadi əhəmiyyəti olan Azər­baycan ərazisini Osmanlı işğalından azad etmək üçün müha­ribəyə ciddi hazırlıq gördü. Onun keçirdiyi bütün islahatlar Osmanlı dövlətinin məğlub edil­məsi si­ya­səti ilə sıx bağlı olmuşdu. 1603-1607-ci illər Səfəvi-Osmanlı mü­ha­ribə­sin­də Səfə­vi­lərin Osmanlı ordusu üzərində qazandığı qələbələr nəticəsində Azər­baycan əra­zisi işğaldan tama­milə azad olundu. Osmanlı sultanı I Əh­məd və I Mustafanın itirilmiş əraziləri geri almaq məqsədilə Səfəvi dövlətinə qarşı baş­ladığı yeni mü­ha­ribələr uğursuzluqla sona yetdi. Şah I Abbas Os­manlı işğa­lından azad edilmiş əraziləri Səfəvi imperiyasının tərkibində saxlamağa nail ol­du. Osmanlı dövləti ilə imzalanmış İstanbul (1612) və Mərənd (1618) sülhlərinə görə Osmanlı sultanı Amasya sülhünün (1555) şərtlərinin bərpasına razı oldu.

1622-ci ildə Şah I Abbas tərəfindən Qəndəhar bölgəsi Moğollardan, Hörmüz isə Portu­qaliyadan geri alındı. 1624-cü ildə Bağdadın Qızılbaş ordusu tərəfindən ələ keçirilməsi ilə Səfəvi imperiyasının keçmiş sərhədləri bərpa edildi. Şah I Abbas 1626-1629-cu illərdə Osmanlı dövləti ilə apardığı müharibədə mühüm uğur qaza­naraq Ərəb İraqını öz əlində saxlamağa nail oldu.

Görkəmli Səfəvi hökmdarı 1629-cu il yanvarın 19-da Fərahabadda vəfat etmiş və Kaşanda dəfn olunmuşdur.

Şah Məhəmməd Xudabəndə hakimiyyətinin son dövrü və I Şah Abbasın hakimiyyətə gətirilməsi

XVI əsrin son rübündə Şah İsmayılın yaratdığı və Osmanlı imperiyasının sərhədlərindən Hindistana qədər uzanan böyük Səfəvi dövləti ağır böhran içində idi. Taxt-tac kor, iradəsiz və zəif xarakterli Şah Məhəmməd Xudabəndənin əlində idi. Dövlətə faktiki rəhbərliyi onun arvadı Məhdi Ülya ləqəbli Xeyrənnisa bəyim  və oğlu, osmanlılar üzərində bir sıra parlaq qələbələr qazanmış bacarıqlı sərkərdə Həmzə Mirzə edirlər. Onlar demək olar ki, tam müstəqil olan və bir-birləri ilə daima qanlı düşmənçilik yeridən əmirlərin – qızılbaş tayfaları başçılarının üzərində özlərinin mərkəzi idarəçiliklərini qurmaq üçün uğursuz siyasət yeridirlər.

Xəzinə talanmış, xalq soyulmuşdu. Ölkədə vəziyyətin ağırlığından istifadə edən Osmanlı imperiyası və Krım tatarları tez-tez Şirvan və Azərbaycan üzərinə yürüşlər edirlər. Aparıcı qızılbaş əmirləri ilə Məhdi Ülya arasındakı münasibətlərin gərginləşməsi də qüvvələri müdaxiləçilərə qarşı səfərbər etməyə maneçilik törədirdi. Şahın xanımını türk əmirlərinin hüquqlarını tapdamaqda və rəhbər vəzifələrə fars əyanlarını irəli çəkməkdə ittiham edirlər. Nəhayət, zara gələn əmirlər sui-qəsd təşkil edərək, Məhdi Ülya və onun anasını elə hərəmxanada qətlə yetirir  və yenidən ölkənin tamhüquqlu sahiblərinə çevrilirlər.

Bu zaman Xorasanda da sabitlik pozulur. Şah Məhəmməd Xudabəndə oğlu Abbas Mirzənin tərbiyəçisi və Xorasan hakimi Əliqulu xan Şamlını Herat hakimi təyin etmişdi. Səfəvi dövlətindəki qarışıqlıqdan istifadə edən Əliqulu xan Qəzvində yerləşən mərkəzi hakimiyyətə tabe olmaqdan imtina edir. Üsyançılar Əliqulu xan Şamlını özlərinin başçısı – "xanlar xanı" elan edirlər. Bundan sonra 1581-ci ildə Xorasan əmirləri şahzadə Abbası şah elan edirlər . Onun müttəfiqləri Mürşüdqulu xan Ustaclı və Qubad xan Qacar idi Sonradan əvvələr müttəfiq olan Şamlı və Ustaclı tayfaları arasında mübarizə kəskinləşir və Mürşüdqulu xan Ustaclı bu mübarizədən qalib çıxır.

Bu vaxt Qəzvin faktiki hökmranlıq Həmzə Mirzənin əlində idi. O, Osmanlı türklərinin və Krım tatarlarının da bir neçə hücumunu dəf etmişdi. 1585-ci ildə osmanlılar Təbrizi ələ keçirirlər. Şəhərdəki binaları, məscidləri, sarayları yerlə-yeksan edir, əhalini süngüdən keçirirlər. Çiçəklənən Təbriz Yaxın Şərqdə özünə tay-bərabər tanımayan bir ictimai-mədəni mərkəzdən ölü şəhərə çevrilir.

Həmzə Mirzənin siyasətindən narazı qalan qızılbaş sərkərdələri ona sui-qəsd hazırlayıb, Xoydan olan bir erməninin əli ilə Həmzəni aradan götürürlər. Bu hadisə 10 dekabr 1586-cı ildə, Gəncə yaxınlığında, böyük Azərbaycan şairi Nizaminin indiki məqbərəsi yerləşən ərazidə osmanlılarla aparılan sülh danışıqları zamanı baş verir. Şahzadənin ölümündən və saraydakı başıpozuqluqdan istifadə eləyən osmanlılar hücumlarını genişləndirərək, az qala bütün Azərbaycanı işğal edirlər. Eyni zamanda özbəklər də Xorasan üzərinə yeriyirlər və Şah Məhəmməd Xudabəndə 1587-ci ildə Qəzvinə daxil olan Abbas Mirzə oktyabr ayının 3-də şah elan olunur.

Şah Abbasın həyata keçirdiyi islahatlar

Şah Abbasın Qızılbaş əyanları ilə keçirdiyi ilk müşavirə göstərdi ki, ölkəni məhv olmaq təhlükəsindən qurtarmaq üçün güclü ordu yaradılmalı, ölkədə sabitlik bərpa edilməlidir. Buna nail olmaq üçün islahatlar keçirilməli, iqtisadiyyatın tərəqqisinə xüsusi diqqət verilməlidir. Hatəm bəy Ordubadi ilə birlikdə islahatlar planı hazırlayan Şah I Abbas onları həyata keçirməyə başladı. Şah I Abbas daxili problemləri həll etmək üçün vaxt qazanmaq məqsədilə osmanlılarla danışıqlara başladı. 1590-cı ildə tərəflər arasında imzalanan İstanbul sülhünün şərtləri Səfəvilər üçün çox ağır oldu: Azərbaycanın əksər torpaqları və Səfəvilərə məxsus Gürcüstan ərazisi Osmanlılara verildi.

1593-cü ildə ilk dəfə təntənəli şəkildə Ərdəbilə gələrək Qızılbaşların nəzarətində qalan Azərbaycan vilayətləri – Zəncan, Xalxal, Ərdəbil, Qaracadağ, Talış, Qızılağac, Lənkəran, Qızılüzən və Kür çayları arasında yerləşən geniş ərazi vahid Azərbaycan bəylərbəyiliyində birləşdirildi. Bu bəylərbəyiliyə Zülfüqar xan və Fərhad xan Qaramanlı qardaşları növbə ilə başçılıq etdilər. 1595-ci ilə qədər bəylərbəyiliyin qoşununun sayı 10 minə çatdırıldı və "Azərbaycan qoşunu" adlandı. Beləliklə, Şah I Abbas Azərbaycanın bütövlüyünü, qızılbaşların himayəsindəki ərazidə onun "vüqarlı adını qorudu, onun Səfəvilər dövlətinə mənsub olması fikrini sönməyə qoymadı".

Səfəvi dövlətini düşmüş olduğu çətin vəziyyətdən qurtarmaq üçün Şah I Abbas üç mühüm vəzifəni həll etməli idi: İlk növbədə ölkədə daxili iğtişaşlara son qoyaraq nizam-intizam bərpa edilməli, maliyyə vəziyyətini yaxşılaşdıraraq güclü nizami ordu yaradılmalı və dövlətin itirilmiş ərazi bütövlüyü bərpa edilməli idi.

Şah I Abbas dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dövlət vəzifələrinə irəli çəkilən bütün şəxslərdən peşkəş adı ilə xəzinəyə müəyyən məbləğ verilməsini tələb etdi. Etimadüd-dövlə (baş vəzir) təyin olunmuş və sonralar böyük dövlət xadimi kimi şöhrət qazanmış Hatəm bəy Ordubadi dövlət mədaxili və məxaricinin siyahısını tərtib etməyə başladı. Bu siyahı, İskəndər Münşinin dediyinə görə, onun xələfləri dövründə başa çatdırıldı və ali hakim dəftər­xa­nasının qayda-qanununa çevrildi.

1598-ci ildə Səfəvi şahı dövlətin paytaxtını cəbhə bölgəsinə yaxın olan Qəzvindən İsfahana köçürdü. Bu dövlətin mərkəzi vilayətlərinin inkişafı üçün zəmin yaratdı.

Şah Abbasın həyata keçirdiyi islahatlar nəticəsində ölkə daxilində siyasi sabitlik bərpa edildi. Daxili sabitliyin yaranması sosial-iqtisadi və inzibati islahatlar keçirməyə imkan verdi. Keçirilmiş maliyyə tədbirləri dövlətin xəzinəsini zənginləşdirdi, məhsuldar qüvvələr canlandı. Səfəvi dövləti sosial-iqtisadi və siyasi cəhətdən xeyli möhkəmləndi. Həyata keçirilən hərbi islahatlar nəticəsində Qızılbaşlardan, qulamlardan, tüfəngçilərdən və artilleriyadan ibarət müxtəlif dərəcəli qoşun növləri təşkil olundu. Hərbi-köçəri qızılbaş əyanlarının müqaviməti qırıldı. Azərbaycan türk­lərindən ibarət qızılbaş süvari dəstələri yenidən bərpa edildi. Nəticədə odlu silahlarla təchiz edilmiş 116 minlik güclü nizami ordu yaradıldı.

I Şah Abbasın mərkəzi hakimiyyəti möhkəmlətməsi

Taxtda möhkəmlənməmiş təzə şah 12.000 nəfər müsəlmanlığı qəbul etmiş gürcünü sarayda işə götürür və hərbi və mülki inzibati idarəçiliyin islahatına başlayır.

Hadisələrin iştirakçılarından biri Oruc bəy Bayatın yazdığına görə, elə birinci gün, yeni hökmdara sədaqət andiçməsi mərasimi bitən kimi I Şah Abbas əmr etdi ki, ertəsi gün bütün xanlar və qoşun başçıları silahsız, mülki geyimdə saraya gəlsinlər. Şah onlarla Divan, yaxud Dövlət şurası təşkil etmək barədə məsləhətləşmələr aparmaq istəyir. Səhəri gün hamı əmrə müntəzir olarkən şah Abbas özünün gürcülərdən ibarət qvardiyasına tapşırır ki, sarayın və onun qarşısındakı meydanın bütün giriş və çıxış qapılarını bağlasınlar. Sonra şah yığışanlara belə bir sualla müraciət edir"Öz şahzadəsini qətlə yetirən adam hansı cəzaya layiqdir?" hamı bir ağızdan belə rəy söyləyir ki, şahzadəsini qətlə yetirmiş təbəə öldürülməlidir. Bu hökm çıxarılan kimi, şah Abbasın işarəsi ilə gürcülər bir göz qırpımında içəridə olan qəsdçilərin boğazına çökür və nizələrə keçirilmiş 22 baş sarayın pəncərələrindən çölə çıxarılır ki, xalqa görk olsun. Bundan sonra on beş yaşı təzəcə tamam olmuş hökmdar hökumət naibi vəzifəsinə iddia eləyən Mürşidqulu xan Ustaclını da qətlə yetirərək, ölkədəki bütün hakimiyyəti qətiyyətlə öz əlinə alır.

Siyasi vəziyyət

Antoni Şirli və Robert Şirli modern Səfəvi ordusunun qurulmasına kömək etdilər

Azərbaycan osmanlıların işğalı altında idi. Xorasan, Mərv, Herat, Məşhəd və Nişapur şəhərləri isə özbəklər tərəfindən tutulmuşdu. Ölkənin daxili vilayətləri mərkəzi hakimiyyətin tabeçiliyindən çıxıb. Bunun qarşısını almaqdan ötrü Şah Abbas, bir sıra hərbi və mülki islahatlar keçirir. Oruc bəy Bayat yazırdı: "İndi bizim ölkədə Fars əyalətlərinin hamısında tanınan və sayılan və bizdə də böyük nüfuza malik olan 32 nəcabətli sülalə var". Hərbçilərin və saraya yaxın əyanların da rütbələrini bildirən sözlər bunlar idi - xan, bəylərbəyi, qızılbaş, qullar, eşik ağasıbaşı, qorçu, qorçubaşı, yasavul, kanuqibaşı, çalçıbaşı və başqaları. Azərbaycan hələ də ölkənin aparıcı inzibati vahidi sayılır və Azərbaycan hakimi taxt-tacın varisi, eyni zamanda ordunun baş komandanı hesab olunurdu.

Qəzvində möhkəmləndikdən sonra şah Abbas özünün çoxsaylı yürüşlərindən birincisinə çıxır. Qısa bir müddətdə Xorasanı özbəklərdən təmizlədikdən sonra o, doğma Azərbaycanı azad etməyə can atır. Ancaq bunun üçün vaxt lazım idi. 1590-cı ildə həmin məqsədlə şah Abbas Osmanlılarla sülh müqaviləsi imzalayır. Bu vaxta qədər onun səyləri ilə işğal altında olan torpaqlarda üsyankar hərəkətlərin qarşısı müvəqqəti olaraq alınır. Misal üçün, osmanlılarla müqavilə bağlanan ərəfədə Məhəmməd xan Ziyadoğlu Qacarın başçılığı altında qızılbaş qacarlar Qarabağı tutur və Gəncəni mühasirəyə alırlar. Osmanlıların xahişi ilə şah Abbas onları dilə tutaraq, Gəncəni mühasirədən çıxarır.

Sülh müqaviləsinə əsasən, ölkənin böyük bir hissəsi, o cümlədən, Şirvan, Qarabağ, Təbriz Sərab Marağa və ona yaxın ərazilər osmanlılarda qalırdı. Şah Abbas öz tabeçiliyində qalmış torpaqları vahid bir inzibati ərazi kimi ümumilikdə "Azərbaycan" adlandırırdı. XVI əsrin tanınmış tarixçisi İsgəndər bəy Münşinin yazdığı kimi, şah Abbas Səfəvilərin irsi malikanələri olan torpaqlarını qoruyub saxlamışdır. Azərbaycanın paytaxtı Ərdəbil elan olunur. Azərbaycanın birinci bəylərbəyisi isə 1592-ci ildə Zülfüqar xan Qaramanlı təyin olunur. Nəhayət, bundan sonra şah Abbas özü təntənəli şəkildə Ərdəbilə girir. 1598-ci ildə şah Abbas ölkənin paytaxtını nisbətən mərkəzdə yerləşən İsfahanaköçürür.

Şah Abbasın xarici siyasəti

Ulu babası Şah İsmayılın xarici siyasət xəttinə sadiq qalan Şah I Abbas fəal xarici siyasət yürüdərək Avropa ölkələri və Rusiya ilə ticarət əlaqələrini genişləndirməklə yanaşı, itirilmiş əraziləri geri qaytarmağa lazımi köməklik göstərmələri üçün Qərb dövlətləri ilə hərbi-siyasi danışıqları gücləndirdi. O, Venesiya, Almaniya, İspaniya, Roma papası, İngiltərə və Moskva knyazlığı ilə diplomatik əlaqələr yaratmaq məqsədilə danışıqlara başladı. Almaniya və İspaniya hökmdarları Osmanlı dövlətinə qarşı başla­nacaq müharibədə Səfəviləri dəstəkləyəcəklərini vəd etdilər.

XVI əsrin sonunda Şah Abbas fəal xarici siyasət yürütməyə başladı. Bu dövrdə Səfəvilər dövlətinin xarici siyasətini üç əsas istiqamət təşkil edirdi: öz şimal-şərq sərhədlərinin təhlükəsizliyini təmin etmək üçün Şeybanilər dövlətinindən Xorasanı geri almaq; 1578-1590-cı illər müharibəsi nəticəsində Osmanlı imperiyası tərəfindən işğal olunmuş Səfəvi torpaqlarını geri almaq; Fars körfəzində Portuqaliyanın hegemoniyasına son qoymaq və Hind okeanına çıxış əldə etmək. Bu məqsədlərin birincisindən başlayan Şah Abbas Şeybaniləri məğlub edib /29.VII. 1599/ Xorasanı yenidən Səfəvilər dövlətinə birləşdirdi.

Ağqoyunlu və Səfəvi dövlətlərinin tarixində Uzun Həsəndən sonra məhz Şah Abbasın dövründə Qərb ölkələri ilə ən sıx əlaqələr yaradılmışdır. Bu zaman Səfəvi-Avropa münasibətləri yeni, əvvəlki dövrlərlə müqayisə olunmayacaq miqyasda idilər. Qərb mənbələrində Şah Abbasın səfirlərinin Venesiya Respublikasının, Papalıq və digər İtaliyan dövlətlərinin sayarlarında, eləcə də Almaniya, İspaniya, İngiltərə, Hollandiya Respublikası, hətta İsveç və Norveç və digər Avropa ölkələrində diplomatik danışıqlar apardıqları barədə maraqlı məlumatlar vardır. Qərb ölkələrinə ezam olunan Səfəvi diplomatlara tapşırılırdı ki, iki əsas məsələ ilə məşğul olsunlar: birincisi, Avropa ölkələri ilə ticarət əlaqələrinin genişləndirilməsi haqqında müqavilələrin imzalanması, ölkənin əsas sərvətini təşkil edən xam ipəyin əlverişli şərtlərlə ixracını təmin etmək və ikincisi, Avropada anti-türk koalisiyasını yaratmaq.

Dövlətin ərazi bütövlüyünün bərpası

I Şah Abbasın fəthnaməsi.

Özbəklərlə mübarizə

Şah Abbasın taxta keçməsindən çox keçməmiş Özbək xanı Abdullah onsuz da çoxdan mühasirə altında olan Heratı 1588-ci ildə işğal edərək Xorasanın ən böyük şəhəri olan Məşhədə doğru hərəkətə edirdi. Abdullah xanın Məşhədə doğru hərəkət ettiyini xəbər alan gənc Səfəvi şahı Abbas isə ona mane olmaq üçün 1588-ci ilin aprelində Xorasana doğru hərəkət edir.

Abdullah xan Məşhəd qalasını iki aylıq mühasirəyə alsa da, Moğol hökmdarının hücumu şayiəsinin yayılması, şahın yeni qüvvələrlə buraya yaxınlaşması və ərzağın tükənməsi ilə əlaqədar mühasirəni dayandıraraq geri çəkilir. Şah Abbas şəhərə çatanda artıq Abdullah xan geri çəkilmişdi. Şah Herata hücum etmək üçün İsfərayində altı həftə dayanır və ordunun yığılmasını başa çatmasını gözləyir. Səfəvi ordusunun yığılmasından sonra Herat qalası mühasirəyə alınır lakin, Səfəvi qoşunu uğur əldə edə bilmir və geri çəkilir.

Şahın Xorasanı tərk etməsini fürsət bilən özbəklər təkrar Xorasana doğru hərəkətə başlayırlar. Özbəklərin niyyəti ilk öncə Nişapuru ələ keçirmək idi. Buna görə də özbəklər Nişapuru mühasirəyə aldılar. Lakin, Nişapuru hakimi Sofuoğlu Mahmud xan, göndərdiyi elçi vasitəsilə özbəklərə bildirdi ki, Nişapur Məşhədə bağlıdır. Əgər Məşhədin hakimi kim olacaqsa qalanı da onlara təhvil verməyə hazırdır. Bu səbəbdən özbəklər Nişapurun mühasirəsindən əl çəkərək Məşhədə doğru yönəldilər. Aprelin 18-də Məşhəd qalası mühasirəyə alındı. Məşhəd hakimi Ümmət xan Ustaclı özbəklərə qarşı müqavimət göstərdi . Həmçinin özbəklərin hücumu haqqında şaha xəbər verdi. Qəzvindən Məşhədə doğru hərəkət edən şah Tehran yaxınlığında xəstələnir və uzun müddət Reydə qalmalı olur. Ümmət xan 5 ay özbəklərə müqavimət göstərir. Lakin, ərzaq çatışmazlığı üzündən və qüvvələrin qeyri-bərabər olması səbəbindən qala təslim olur. Özbəklər şəhərə daxil olan kimi çoxlu sayda insanı qətlə yetirirlər  və şəhəri talan edirlər. 8 fevral 1598 ildə Özbək xanı Abdullah xanın Səmərqənddə xəstələnərək ölməsi və Özbəklər arasında ara müharibələrindən faydalanaraq itirdiyi torpaqları geri almaq istəyən Şah Abbas,9 aprel 1598-ci ildə paytaxt İsfahandan Özbəklərlə vuruşmaq üçün yola düşdü. Nişapuru ələ keçirən şah Məşhədə doğru irəliləyərək, 1598-ci ilin iyununda şəhərə daxil olmuşdu  10 Avqust 1598-ci ildə Herat yaxınlığında özbəkləri ağır məğlubiyyətə uğradan şah şəhəri ələ keçirdi və Hüseyn xan Şamlını bura hakim təyin etmişdir.

Osmanlılarla mübarizə

Əsas məqalə: Yandırılmış torpaq siyasəti

1603-cü ildə 14 sentyabrında şah Abbas Təbrizin azad edilməsi üçün hərbi kampaniyaya başlayır. On dördcə günün içərisində bu gənc sərkərdə osmanlıların gözləmədiyi bir vaxtda öz qoşunlarını İsfahandan Təbrizə yeridir. Yol boyunca Əmirgunə xan Ağcaqoyunlu-Qacar və Zülfüqar xan Qaramanlının qoşunları da ona qoşulur. Onlar Təbrizə yaxınlaşanda şəhərin əhalisi üsyan edir ki, bu da şah Abbasın şəhəri, bir ay sonra isə qalanı tutmasına şərait yaradır. Osmanlı qoşunlarını Təbrizin qərbinə qovan Şah Abbas öz ordusunu Araz çayına doğru yönəldir.

Təbrizin Osmanlılardan geri alınması 1603.

Naxçıvan və Culfa döyüşsüz təslim olur. Az sonra üsyana qalxan Ordubad da onlara qoşulur. 1604-cü ildə Qars qalası ələ keçirilir. Şah Abbasın birinci vəziri ordubadlı Hətəm bəyin tövsiyəsi ilə Ordubad bunun müqabilində bütün vergilərdən azad edilir. Güclü surətdə möhkəmləndirilmiş İrəvanı tutmaq isə heç də asan olmur. Şəhərin mühasirəsi 1603-cü ilin 16 noyabrında başlanır. Şah Abbas məşhur Azərbaycan topçusu Bahadur xan Topçubaşının tökdüyü iri çaplı toplardan ilk dəfə burada istifadə edir. Son yüz il ərzində ilk dəfə Səfəvi ordusu hücum edir, Osmanlılarsa müdafiə olunmağa başlayır. Azərbaycan ordusunun başında öz qarşısına Şah İsmayıl Xətainin yaratdığı nəhəng Səfəvi dövlətini bərpa etmək vəzifəsi qoymuş on altı yaşlı gənc, ağıllı, çevik, cəsur və şərəfli bir sərkərdə dururdu. İrəvan qalası yalnız bir ildən sonra alınır. Bu vilayətin idarəsi Əmirgunə xan Ağcaqoyunlu-Qacara, Naxçıvan isə Maqsud sultan Kəngərliyə tapşırılır. Bundan sonra Gürcüstan da I Şah Abbasdan vassal asılılığını qəbul edir.

Osmanlıların əsas qüvvələri ilə döyüş hələ qabaqda idi. Qarşıdakı həmin döyüşün ölkənin taleyi üçün önəmli əhəmiyyət daşıdığını başa düşən Şah Abbas Səfəvilərin ənənəvi taktikasını – "yandırılmış torpaq" taktikasını seçir. Ancaq bu dəfəki öz miqyası və qəddarlığı ilə indiyə qədər edilənlərin hamısını geridə qoyur. Osmanlılarla Şirvanı ayıran nəhəng bir ərazi boşaldılır, şəhərlər təmizlənir, əhali isə İranın mərkəzi rayonlarına köçürülür. Dağıdılan şəhərlər arasında Culfa, Naxçıvan və İrəvan da vardı. Cuğaloğlu Sənan paşanın başçılıq etdiyi osmanlı orduları İrəvana girəndən sonra ərzaqsız və yatacaqsız qalıb, yenidən Vana dönürlər. Və elə bu zaman şah Abbasın qoşunları Van üzərinə yürüş edərək, Cuğaloğlunun dəstələrini pərən-pərən salırlar. İndi də burada yandırılmış torpaq siyasəti yeridilir.Salmasdan Təbrizəcən 250 kilometrlik bir ərazi boş bir düzəngaha çevrilir. Buna baxmayaraq, Cuğaloğlu yenidən 100 minlik nəhəng bir ordu toplayıb  , Təbriz üzərinə yeriyir. 1605-ci ilin 7 noyabrında Sufiyan kəndi yaxınlığında (Sufiyan döyüşü) şah Abbasın apardığı ən iri döyüşlərdən biri baş verir. Onun hərbi istedadı da burada özünü parlaq bir şəkildə büruzə verir. Bütün əməliyyatlara şəxsən rəhbərlik edən şah əsas və ehtiyat qüvvələri elə bölüşdürür ki, rəqibin üstün saylı ordusunun öhdəsindən gələ bilsin. Bundan başqa o, gözlənilməz hərbi fəndlər işlədir. Bütün bunların sayəsində həddən artıq qənimət, o cümlədən 100-ə qədər ağır top ələ keçirilir.

Şah Abbas sarayda qonaq qəbul edərkən Çehel Sütunsarayındakı təsvir

Həmin qələbədən dərhal sonra Qarabağa yeriyən şah Abbas Gəncə qalasını mühasirəyə alır. Qalanın mühasirəsi 1606-cı ilin yayına qədər, düz dörd ay davam edir. Hüseyn xan Mühasib Qacarın yerinə Məhəmməd xan Ziyadoğlu Qacar Qarabağ hakimi təyin olunur. Bundan sonra şah Abbas qoşunlarını Lori, Dmanisi (əsgi adı Dumanlı) və Gürcüstanı ələ keçirir.[47] Şirvana doğru hərəkət edir. Şamaxı yarım il mühasirədə saxlanır. Bu vaxt Bakı və Dərbənd əhli üsyana qalxaraq, osmanlı qarnizonlarını dağıdır. Beləliklə, 1607-ci ilin ortalarında şah Abbas çoxdankı arzusunu həyata keçirib, bütün Azərbaycanı azad edir. Bundan başqa şərqi Kürdüstan, Ermənistan və da I Şah Abbasın əlinə keçir.

Osmanlı tarixçisi İbrahim Pəçəvi yazırdı: "Beləliklə, islam döyüşçülərinin 10-12 ildə əldə etdikləri hər şey itirildi. Bu allahsız şah ikicə ildə hər şeyi döyüşlə əlimizdən aldı." 

Osmanlılar itirdikləri ərazilərin əldən çıxması ilə barışmaq istəmir və 1590-cı il müqaviləsinə qayıtmaq tələbi qoyurdular. Bu isə 1612-ci ildə bağlanmış yeni sülh sazişi imzalanana qədər fasiləsiz müharibələrə gətirib çıxarır. 1612-ci il sazişinə əsasən, mövcud sərhədlər tanınır. Faktiki olaraq, osmanlılar şah Abbasın tutduğu torpaqlardan əl çəkirlər.

Bundan sonra şah Abbas Gürcüstana hücum çəkib, onun şərqini talan edir, 30 min nəfər dinc sakini isə əsir götürür. Bunun cavabında 100 minlik osmanlı ordusu Qafqaza yollanır. Özünün ənənəvi taktikasına uyğun olaraq, şah Abbas Qarabağ bəylərbəyisi Məhəmməd xan Ziyadoğlu Qacara əmr göndərir ki, Gəncə qalası dağıdılsın və onun iqamətkahı Tiflis qalasına köçürülsün. Şah Abbas açıq döyüşdən yayınaraq osmanlı ordusunun arxa cəbhə ilə əlaqələrini qırmaqla kifayətlənir. Aclığa və baş alıb gedən epidemiyaya dözə bilməyən osmanlılar 1616-1617-ci ilin qışında böyük itkilər verərək, geri çəkilirlər. O biri il Xəlil paşa osmanlılar və Krım tatarlarından ibarət çoxsaylı ordusu ilə Təbrizə, sonra isə Ərdəbilə hücum çəkir. Şah Abbas əhalisini irəlicədən köçürdüyü hər iki şəhəri döyüşsüz tərk edir.

İndiyəcən hər dəfə irimiqyaslı döyüşdən yayınan şah Abbas nəhayət, Sınıq körpü adlanan yerdə (Sınıq körpü döyüşü) düşmənlə üzləşmək qərarına gəlir. Uzun müddətli yerdəyişmələrdən yorulmuş osmanlılar və Krım tatarları darmadağın olurlar. Osmanlı ordusunun komandanı Həsən paşa döyüşdə öldürülür. İsgəndər bəy Münşi yazır:

Xülasə [qızılbaşlarla] sülh sazişi bağlayan, əhd-peymanın möhkəmlənməsindən sonra onu pozan rumilər(osmanlılar) əcəm diyarına ləşkər çəkərək məqsədə çatmadan İrəvandan geri qayıtdılar. Onlar bununla kifayətlənməyib Qara Qrım tatar qəbiləsinin padşahı Canı bəy Gəray xanı özlərinə köməyə çağırdılar və min iyirmi yeddinci ildə (miladi 1618/19) yenidən Rum, Misir, Şam məmləkətlərindən və sərhəd kürdlərindən topladıqları böyük ordunu, baş vəzir Xəlil paşanın sərdarlığı altında iyirmi min tatar döyüşçülərı və adı çəkilən Canı bəy Gəray ilə birlikdə qızılbaşlar üzərinə hücuma göndərdilər. Əzəmətli hümayun Xosrovun (Şah Abbasın) məiyyəti də İraqdan çıxıb qarşılaşmaq üçün Ərdəbil darülirşadında dayandılar, əlahəzrət qüvvətli döyüşçü dəstələrini Səfəvi sipəhsaları Qərçiqay xanın sərdarlığı altında onların qarşısına göndərdi. Məğlubedilməz [qızılbaş] əskərləri həmçinin Ərzurum bəylərbəyi Həsənpaşa və Canı bəy Tatarın əlli min nəfərdən ibarət birləşmiş rum və tatar qoşunları Sərab vilayətinə gəlib çıxdılar, əqbə Şeblinin bu tərəfində döyüş səfləri bəzədilər. Böyük hərb başlandı, qeybdən gələn döyüşçülərin köməyi nəticəsində müxaliflər məğlub edildilər. Həsən paşa Sərdar mötəbər paşalarla birlikdə öldürüldü, həmçinin çoxlu tatar mirzadələri və kürd döyüşçüləri qətlə yetirildi, Canı bəy Gəray isə yaralanıb aradan çıxdı.

Bundan sonra osmanlılar 1618-ci ilin sentyabrında növbəti dəfə sülh sazişi bağlamağa məcbur olurlar. Bu sülh də uzun çəkmir. Bu dəfə şərti şah Abbas pozur. 1622-1623-çü illər ərzində şah Abbas İraqi-Ərəbin Bağdad, Kərbəla, Nəcəf, Mosul, Kərkük kimi iri şəhərlərini  və Gürcüstanda Ahalsıxı tutur. Üstündən bircə il keçməmiş vaxtilə şah Abbasın öz yanında yaxşıca hərbi hazırlıq görən Georgi Saakadze Səfəvilərlə mübarizəyə qalxır. Saakadzenin qoşunları şərqi Gürcüstanı azad edir, sonra isə Gəncəni tutaraq, dağıdırlar. Şah bu üsyanı yatırmaqdan ötrü iri bir qoşun göndərir və həmin qoşun 1625-ci ilin 30 iyununda Gümüşlü adlanan yerdə (Gümüşlü döyüşü) gürcülər üzərində qələbə çalır. Şah Qarabağ hakimi Məhəmməd Qulu xan Ziyadoğlu Qacarı qorxaqlıq göstərdiyinə görə hakimlikdən kənarlaşdırır.

Şah Abbas 1629-cu ilin 19 yanvarında Mazandaran vilayətinin Əşrəf şəhərində 58 yaşında vəfat edir.

Moğollarla mübarizə

I Abbas və Sultan Cahangirintəsviri. (müəllif: Əbül Həsən)

I Şah Təhmasibin hakimiyyəti dövründə 1558-ci ildə Qəndəhar Səfəvilər dövlətinin tərkibinə qatılmışdı. Şah Təhmasibin ölümündən sonra, Səfəvi dövlətindəki qarışıqlıqdan istifadə edən Moğollar 1595-ci ildə şəhəri ələ keçirmişdilər.

Osmanlılar və özbəklərlə mübarizədən qalib çıxdıqdan sonra Şah Abbas Qəndaharla bağlı ciddi olaraq məşğul olmağa başladı. 1620-ci ildə öz elçisi Zeynal bəy Şamlını Moğol şahı Cahangirin sarayına göndərən şah Qəndəharı geri isdəmişdi. Cahangir şah bu təklifi qəbul etməyərək Səfəvi elçisini saraydan qovmuşdur. Qəndahar məsələsinin sülh yoluyla mümkün olmayavəcağını görən şah Qəndahara dogru yürüşə başlayır. 1622-ci ildə Şah Abbasın özünün başcılıq etdiyi ordu İsfahandan Qəndəhara yola düşdü. Bu yürüşdə şah Abbası Əliqulu xan Şamlı və İsa xan Qorçubaşı kimi təcrübəli sərkərdələr müşayət edirdilər. Şəhəri mühasirəyə alan Səfəvilər tezliklə 1622-ci il iyunun 21-də qalanı ələ keçirdilər.Qəndahar qalasının ələ keçirilməsi ilə Zəmindavər də Səfəvi torpaqlarına daxil edildi. Gəncəli xan Qəndahar hakimi təyin edildi.

Şah Abbas Qəndaharı aldıqdan sonra Baburi dövləti ilə əlaqələri yenidən əvvəlki səviyyəyə qaldırmaq istəyirdi. Bu bir tərəfdən də Qəndəhar şəhərinin təhlükəsizliyi üçün idi. Şah Abbasın Cahangir şaha qardaşlıq və dostluq məktubuna o cürdə cavab verən Cahangir şah "Elçinizin gəlişinə qədər Qəndəhar haqqında br diləyiniz olduğunu heç bilmirdim" yazır və məktubun sonrakı hissəsində bunun qanunlara zidd olduğunu bildirən Cahangir şah Qəndaharı geri istəyir. Lakin şah Abbasın "Tanrıya həmd və şükürlər olsun ki, atalarımız və babalarımız zamanında heç bir sıxıntı olmamışdır"  məktubundan sonra əlaqəqlər qismən bərpa olunmuşdur. Şah Abbasın Bağdadda olduğunu xəbər alan Cahangir şah Qəndəhara yürüş təşkil etmək isdəsə də ara müharibələri səbəbindən buna nail ola bilmədi. Bununla da Qəndəhar şəhəri Səfəvilər dövlətinin tabeliyinə keçdi.

Bəhreynin və Hörmüzün fəthi

Hörmüz adası, 1622-ci il

Bəhreyn,Bəsrə körfəzinin qərb sahillərində olan adalar qrupudur.Bu adaların ən böyüyünə Bəhreyn deyilir.

1602-ci ildə Bəhreyn hakimi Rükunəddin Məsud, Portuqalların himayəsində olan Hörmüz hakimi Firuzşahın qorxusundan Fars hakimi Allahverdi xandan kömək istədi.Allahverdi xan fürsətdən istifadə edərək Rükunəddini öldürtdü və Bəhreyn Səfəvilərin əlinə keçdi. Bundan sonra Portuqallar və Hörmüz hakiminin qüvvələri Bəhreynə hücuma keçsələrdə məğlub edilərək geri çəkilməyə məcbur oldular. Çünki Portuqalların Bəhreyni Səfəvilərdən almağa yetərincə gücləri yox idi. Lakin Bəhreyni təhlükəsiz saxlamaq üçün Səfəvilər Hörmüzü də ələ keçirməyə məcbur idilər.

Hörmüz Səfəvilərin ən böyük ticarət limanlarından biri idi və Bəsrə körfəzinin girişində yerləşir.Beləki Qərbi Asiya və Hindistan arasında yerləşən Hörmüz çox böyük ticarət əhəmiyyətinə malikdir.

Şah Abbas 1602-ci ildə Bəhreyn adasının fəthindən sonra Allahverdi xana Hörmüzün də ələ keçirilməsini əmr etmişdi. Amma Allahverdi xan Hörmüz məsələsiylə yalnız 1613-cü ildə məşğul ola bilmişdi. Həmin il adaya hücuma keçən qızılbaşlar məğlub olmuşdular və bir il sonra Allahverdi xan xəstələnərək ölmüşdü. Allahverdi xanın ölümündən sonra Fars bəylərbəyisi oğlu İmamqulu xan təyin edilmişdi.

Hakimliyinin ilk illərində İmamqulu xan Portuqalların Hörmüz adasını qorumaq üçün tikdikləri Gembrun limamını ələ keçirərək qalanı dağıtdı və qalanın yerində daha möhkəmini düzəltdirdi. Lakin hələdə qalanın qarşısında yerləşən Hörmüz adası hələdə fəth olunmamışdı.

1620-ci ildə 4 İngilis gəmisi Surat limanından Fars körfəzinə doğru hərəkət etdilər.Dekabr ayının 28-də baş verən döyüşdə ingilislər qalib gəlsələrdə kapitan Şilinq öldürüldü.Bu qalibiyyət nəticəsində İngislislərin Fars körəzinə yolları açılmışdı.

İngilis-Portuqal rəqabətindən Şah Abbas istifadə etmək isdəyirdi. Bununla da o, Hörmüzü tamamilə geri almaq isdəyirdi. 1621-ci ildə dekabrın 26-da Ost-Hind şirkəti və Səfəvilər arasında müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə:

  1. Ələ keçirilən bütün qənimətlər eyni miqdarda bölünəcək.
  2. Hörmüzadasına hücum eyni anda olacaq.
  3. Adanın gömrük haqqı eyni olaraq bölüdürüləcək.
  4. Döyüşdən sonra Xristianəsirlər İngilislərə , Müsəlman əsirlər Səfəvilərə veriləcək.
  5. Döyüş xərclərini hər iki tərəf eyni miqdarda qarşılayacaq.

1622-ci ildə İmamqulu xan 3000 qızılbaş ilə qurudan, ingilislər isə sudan hücuma başladılar.Müttəfiqlər portuqallar üçün ərzaq və su qaynağı olan Keşm adasını tutdular.9 fevral 1622-ci ildə ingilislər Hörmüz adasının qarşısına dəmir atdılar.Bəndər Abbasdan(Gemburundan) İngilis gəmiləriylə daşınan Səfəvi əsgərlərinə, İmamqulu xan və Şahqulu bəy başcılıq edirdilər. Qızılbaşlar top atəşinin dəstəyi ilə Hörmüz qalasını mühasirəyə aldılar. Aprelin 9-da qalanın hasarları dağıdıldı. Davam gətirə bilməyəcəyini görən Portuqallar avqustun 23-də qalanı tərk edib qaçdılar. İmamqulu xan qalaya 200 nəfərlik qızılbaş yerləşdirdi.Bununla da 1 əsr işğal altında olan Hörmüz yenidən Səfəvi dövlətinin tərkibinə qatıldı. Adanın işğalından sonra Şah Abbas ingilislərə verməli olduğu imtiyazları onlara vermədi. İngilislərin ələ keçirdiyi qənimətlərdə qızılbaşlar tərəfindən ucuz qiymətə geri alındı.Hörmüzün azad olunmasından sonra, onun qarşısında yerləşən Gembrun limanının adı dəyişdirilərək, Bəndər Abbas adlandırıldı.

Şah Abbasın şəxsiyyəti

I Şah Abbas və şərabçı oğlan. Müəllif: Muhammad Qasim (1627)

Dövrünün tanınmış sərkərdəsi və dövlət xadimi olan Şah I Abbas xalqın yaddaşında keçirdiyi islahatları, uğurlu hərbi əməliyyatları, köçürmə siyasəti ilə bərabər apardığı geniş quruculuq işləri ilə də qalmışdır. Onun dövründə müharibədən əziyyət çəkən bölgələrin iqtisadiyyatı qısa müddət ərzində bərpa edildi, əhali müəyyən vergilərdən azad olundu və dağıdılmış şəhərlər yenidən bərpa edildi.

Əksər farsdilli mənbələr təsdiq edir ki, güclü iradə sahibi olan Şah I Abbas dövrünün ən adil, ağıllı, qabiliyyətli hökmdarı və bacarıqlı həmlələr etməyi bacaran siyasətçisi olmuşdur. O, daxili iğtişaşlar və xarici müdaxilə qarşısında məhv olmaq təhlükəsi qarşısında qalan Səfəvi dövlətini nəinki xilas etmiş, həmçinin ona ən qüdrətli dövrünü yaşatmışdır. Buna görə də, tarixçilər tərəfindən onun uzun sürən uğurlu hakimiyyəti Qanuni Sultan Süleymanın dövrünə bənzədilmişdir.

Şah I Abbas ömrü boyu dövlətinin sərhədlərini genişləndirməyə çalışmışdır. Hətta ölümündən bir müddət əvvəl Fars bəylərbəyi İmamqulu xanla Xuzistan hakimininə Bəsrəni ələ keçirmək tapşırığını vermişdir.

Qeyd etmək lazımdır ki, dövrünün tarixçiləri Şah I Abbası cəsur, tədbirli, ədalətli, məntiqli, uzaqgörən siyasətçi, geniş dünya görüşə sahib olan bir şəxs kimi qiymətləndirirlər.

Şah I Abbas hərbi strateq kimi münaqişəni diplomatik yolla həll ediləcəkdisə, müharibəyə başlamağa tələsməz, problemi sülh yolu ilə həll etməyə üstünlük verərdi. Lakin müharibə başlanardısa mükəmməl komandan və strateq kimi döyüş meydanında ordusuna rəhbərlik edər, cəsur bir döyüşçü kimi özünü təhlükəyə atmaqdan çəkinməzdi. Əsgərlərinin qabiliyyətini sona qədər ortaya çıxarmağa çalışan Şah I Abbas qış mövsümündə belə hərbi yürüşlərə çıxardı.

O, İsfahanda Nəqşi Cahan meydanında xalq arasına qarışar və müxtəlif təbəqədən olan insanlarla söhbətlər aparardı. Şah I Abbasın başlıca məqsədi ölkədə nizam-intizamı və asayişi təmin etmək idi. Ölkənin yaxşı idarə olunması üçün hökmdarın güclü və verilən fərmanların vaxtında həyata keçirilməsinin vacib olduğunu daim söyləyirdi. O, verdiyi əmrlərin həyata keçirilməsində o dərəcədə qətiyyətli və güzəştsiz idi ki, hər kəs şahın əmrlərini ləngimədən həyata keçirməyə çalışırdı.

Şah I Abbas xalqın vəziyyətini yaxından öyrənmək üçün ya təkbaşına, ya da vəzirləri ilə birgə tərk-libas olaraq xalqın içində gəzərdi. O, Nəqşi-Cahan meydanını gəzən zaman çörəkçidən çörək, qəssabdan ət alaraq saraya dönmüş, onların çəkisi düz olmadığı üçün çörəkçi və qəssabı cəza­landırmışdı. O, hətta hərbi yürüşlər zamanı qaldığı şəhərlərdə xalq arasına çıxaraq yerli məmurların xalqa necə davrandığını araşdırardı. Şikayətlə qarşılaşdığı zaman şəhər hakimini dəyişərdi.

Şah I Abbasın sarayında olmuş avropalı səyyahlar onun xarici görkəmi, xarakteri və şəxsiyyəti ilə bağlı mühüm məlumatlar verirlər. İtalyan səyyahı Della Valle Əşrəf şəhərində şahı ilk dəfə gördüyündə onu “qartal burunlu, uzun bığlı, saqqalsız, qara qaşlı gənc” kimi təsvir etmişdi. O, orta boylu, yaşıl və təsirli gözlərə, qısa alına, incə çənəyə malik olmuşdur. Bir qayda olaraq sadə geyinər, yaşıl, qırmızı və qara rəngə üstünlük verərdi. Zinət şeylərindən istifadə etməzdi. Yalnız qılıncının qəbzəsi qızıldan idi.

Della Valle yazır ki, “Şah I Abbas sadəcə bir hökmdar deyil, eyni zamanda bir ata, bir müəllim və xalqının xilaskarıdır. Onlara torpaq, sürü hədiyyə etməkdən, ehtiyaclarını ödəmək məqsədilə pul paylamaqdan çəkinməzdi”. 

İsgəndər bəy Münşi Şah I Abbas haqqında yazır: “... O, son dərəcə hiddətli təbiət, odlu-alovlu xasiyyət, qüvvət, əzəmət, şövkət, cah-cəlal və padşahlıqla yanaşı, özündə olduqca mülayimliyi, yumşaqlığı, dərviş xarakterini və sadəliyi cəmləşdirmişdir. O, mülayim və həlim olduğu vaxtlarda saray adamlarına, nədimlərə, mülazimlərə və başqalarına o qədər təvazökar və məxsusanə tərzdə yaxınlıq göstərər və qaynayıb-qarışar ki, sanki, onlarla dost və qardaşdır. Lakin digər əhvalda olanda... onun mübarək alnında elə qəzəb əlamətləri parlayır ki, onunla həmsöhbət, yoldaş və həmdəm olmuş və ondan dostcasına, qardaşcasına və təvazökarcasına rəftar görmüş həmin adamların həddi və ixtiyarı olmur ki, azacıq cəsarət, cürət və ədəbsizlik kimi anlaşıla bilən bir nisbətsiz söz dilə gətirə bilsinlər”.

Şah I Abbasın yaxşı xüsusiyyətlərindən biri də “sədaqətlə bəzənmiş bütün mülazimlərə münasibətdə şəfqət və mərhəmət göstərməsi, halallıq və doğruluq tərzinə malik xidmətkarın və fədakarların hüquqlarını gözləməsi və onların könlünü xoş tutub hörmət bəsləməsidir”.

Şah I Abbas alimləri, şairləri himayə edərək onları qorumağa çalışırdı. O, özü də şeirlər yazırdı. O, bu müsbət keyfiyyətləri ilə yanaşı, iki oğlunu kor etdirməkdən və bir oğlunu da öldürməkdən çəkinməmiş hökmdardır. Məhz buna görə, hakimiyyətinin sonlarına doğru son dərəcə kədərli və hüznlü bir həyat yaşamışdır.

XIX əsrin görkəmli Azərbaycan tarixçisi, şair və ictimai xadimi Abbasqulu ağa Bakıxanov Azərbaycan tarixinə həsr etdiyi məşhur Gülüstani-İrəm əsərində şah Abbasın hakimiyyət dövrünə qiymət verərkən yazır:

Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi 

Şah Abbas Azərbaycan türkcəsinə də, önəm verirdi və sarayda türk (Azərbaycan) dilində danışmaq məcburi və zəruri idi. Pietro Della Valle may 1618-ci il tarixli məktubunda yazır:

“Şah mənim Türk dilini bilib bilmədiyimi soruşdu və sonra mənə, "Xoş gəldi, səfa gəldi" dedi. Əyləşmək üçün şahın iznini aldıqdan sonra Türk dilində səyahətimin səbəblərini və digər məsələlər haqqında məni sorğu-sual etdi. Mən qısa olaraq vəziyyətimlə bağlı məlumat verdim”

Şah Abbasın xalq arasında populyarlığı o qədər yüksək olub ki, o, Azərbaycan nağıl və dastanlarının daimi qəhrəmanına çevrilmişdir. O özü şerlər yazmaqla yanaşı alimlərə, həkimlərə, şairlərə və rəssamlara hamilik edirdi. Bircə faktı xatırlatmaq yetər ki, Azərbaycan mədəniyyətinin şairlərdən Məsihi və Saib Təbrizi, xəttat və rəssamlardan Sadıq bəy Əfşar, Əlirza Təbrizi, "İmad ül müluk" (dövlətin dayağı) adlandırılan Mir Məhəmməd Qəzvini kimi nümayəndələri onun sarayında çalışmışlar. Onun sarayında "çalçıbaşı"nın rəhbərlik etdiyi saray orkestri fəaliyyət göstərirdi. Abbasın "şah kitabxanasında" dini və dünyəvi məzmunlu hədsiz-hesabsız kitab saxlanırdı. Buranı "çiçəklənən kitabxana" adlandırırdılar. Kitabxananın kələntəri-rəhbəri əvvəlcə görkəmli Azərbaycan rəssamı, şair və tarixçisi "Kitabdar" ləqəbli Sadiq bəy Əfşar idi, ondan sonra isə bu vəzifəyə "Abbasi" titulu verilmiş və "Şah nəvaz" adlandırılan xəttat və şair Əlirza Təbrizi gətirildi. Əlirza Təbrizi bir müddətdən sonra, görünür, şah Abbasın İsfahanda ucaltdığı saray və məscidlərin işlənməsində yaxından iştirakı ilə əlaqədar onun ən yaxın adamlarından birinə çevrilmişdi. Həmin saray və binalar isə haqlı olaraq, Səfəvi memarlıq məktəbinin şedevrləri sayılır.

Şah Abbasın vaxtında İsfahan şəhəri yenidən planlaşdırılır. Düz və geniş küçələrdə gözəl saraylar, məscidlər, karvansaralar, yaşayış binaları, parklar salınır. Şəhərin mərkəzində öz əhatəsinə saray, park və şah məscidini alan irimiqyaslı düzbucaqlı formasında "şah meydanı" yaradılmışdı. 1616-cı ildə tikintisi başa çatdırılmış Şah məscidi dünyanın ən yaxşı memarlıq abidələrindən hesab olunur. Məscidin bütün binası müxtəlif rəngli minalı plitələrlə örtülmüşdür. Şah Səfi zamanında məscidə gümüşdən qapılar düzəldilmiş və bina mərmərlə üzlənmişdir. Meydanda hərbi oyun və paradlar keçirilir, habelə çovgən yarışları olurdu. Özünün planlaşmasına, binaların yerləşməsinə və hətta obyektlərin adlarına görə də həmin meydan Azərbaycanın digər paytaxt şəhərlərində Təbriz və Qəzvində salınmış "Şah Meydanları"nı təkrar edir. Həmin şəhərlərdəki kimi burada da "Şah məscidi", "Ali Qapı" sarayı, "Həşt behişt" sarayı, "Çehel Sütun " sarayı sarayları vardır.

İsfahanın yenidən qurulmasında əslən Azərbaycan türkü olan Şəmsəddin Məhəmməd Təbrizi, Qasım Təbrizi, Əbdüllətif Təbrizi, Əlirza Təbrizi, Molla Abdulla Təbrizi və başqa memarlar, xəttatlar və inşaat ustaları yaxından iştirak etmişlər. Azərbaycandan köçürülmüş sənətkar və ustaların yaşamasından ötrü şah Abbasın əmri ilə xüsusi məhəllə salınmışdı.

Məktubları

Digərləri

  • Sultan Cahangirin I Abbasa məktubu

Ailəsi

Həyat yoldaşları

Evlilik

Doğum

Ölüm

Məlumat

Məhdi-Aliyə

Qəzvin, Noyabr, 1587

Mustafa mirzə Səfəvi (I Təhmasibin oğlu)

Oğlanpaşa xanım

Qəzvin, Noyabr, 1587

Sultan Hüseyn mirzənin qızı

?

Qəzvin, Noyabr, 1591

Məhəmməd xan Abbasinin qızı

Fəxricahan bəyim

İyun, 1597

Kartli çarı VII Baqratın qızı

?

?

Kartli çarı I Simon ın qızı

Yaxşan bəyim

İsfahan, 1 sentyabr 1602

1586

Xanəhməd xan və Məryəm bəyimin qızı

Yelena Baqrationi

Göycə Dəniz, 20 sentyabr 1604

I Davidin qızı[86], 1614-cü ildə boşandı

?

1607

Rüstəm Dağıstaninin qızı

?

1607

Tabasaranlı Məsum xanın qızı

Leyla Fatma Sultan bəyim (əsl adı Tinatin Baqrationi)

Sentyabr, 1605

X Georginin qızı idi, 1614-cü ildə boşanmışdı.

?

Gavdol, 6 iyul 1610

Şeyx Heydər Mükrinin qızı idi

Övladları

Doğum

Ölüm

Məlumat

Məhəmməbağır Feyzi Mirzə

15 sentyabr 1587

25 yanvar 1615

Anası gürcü cariyə idi. Məşhəd valisi (1587-1588) və Həmədan valisi (1591-1592). Üç dəfə evlənmiş, övladları olmuşdur. Atasının əmri ilə öldürülmüşdür. Oğlu Səfidir.

Sultan Həsən Mirzə

1588

18 avqust 1591

Məşhəd valisi idi.

Sultan Hüseyn Mirzə

26 fevral 1591

?

Gənc yaşında ölmüşdü.

Təhmasib Mirzə

Məhəmməd Xüdabəndə (Rövnəq Mirzə)

18 mart 1591

1631

Anası gürcü cariyə idi. Qəzvində doğulmuş, atasının əmrilə əvvəl kor edilib, sonra da edam edilmişdir. Övladı olmuşdur.

İsmayıl Mirzə

6 sentyabr 1601

16 avqust 1613

Məşhəddə basdırılmışdır.

İmamqulu Əmənulla Mirzə

12 noyabr 1602

1632

İsfahanda doğulmuş, atasının əmrilə əvvəl kor edilib, sonra da edam edilmişdir. Övladı olmuşdur.

Şahzadə bəyim

1629

Mir Möhsün Rzavi ilə evlənmiş, övladları olmuşdur.

Zibeydə bəyim

4 oktyabr 1586

20 fevral 1632

İsa xan Səfəvi ilə evlənmişdi.

Xanağa bəyim

Nəvvab Xəlifə Sultan Mirzə Abutalıb Maraşi ilə evlənmişdir

Həvva bəyim

Əvvəlcə Mirzə Razi İsfahani, daha sonra isə Mirzə Rafiəddin Şəhristani ilə evlənmişdir.

Şahbanu bəyim

Mir Əbdül Əzim əl-Maraşi, daha ilə evlənmişdir

Mələknisa bəyim

Mirza Cəlal şəhristani ilə evlənmişdir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR