Slimfit
  1. ƏDƏBİYYAT

İki ədəbiyyat abidəsi bir arada

İki ədəbiyyat abidəsi bir arada
Sakura

İki ədəbiyyat abidəsi bir arada

“Nizami Gəncəvi və “Kəlilə və Dimnə” motivləri” kitabı işıq üzü görüb.

Kult.az xəbər verir ki, kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru AMEA-nın müxbir üzvü Nüşabə Araslı, tərtibçi və ön sözün müəllifi dosent Təhminə Bədəlova, rəyçilər dosent Zəhra Allahverdiyeva və dosent Məsiağa Məhəmmədidir.

Kitabda Azərbaycanın görkəmli şairi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında xatırlanan “Kəlilə və Dimnə” hekayələri məsnəvidəki beytlərə uyğun ardıcıllıqla toplanıb, onlardan hasil olan nəticələr analiz edilib.

Sözügedən kitab gənclər və yuxarı sinif şagirdlərinin həm Nizami Gəncəvi yaradıcılığı, həm də qədim hind abidəsi “Kəlilə və Dimnə”dəki hekayələrlə tanışlığı baxımından əhəmiyyətlidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

XIX əsrə aid Gəncə qadın geyimi

Redaktor seçimi

SON XƏBƏRLƏR