Ens.az
13 noyabr 2019, çərşənbə
.
.
chevron_left chevron_right
DÜNYA

İkinci Dünya müharibəsi

İkinci Dünya müharibəsi

539 Baxış
İkinci Dünya müharibəsi

İkinci dünya müharibəsi — XX əsrdə baş vermiş iki Dünya müharibəsindən ikincisi. Almaniyaordusunun Polşayahücuma başladığı 1 sentyabr 1939-cu il müharibənin başlanma tarixi sayılır. Lakin müharibədən əvvəlki baş verən hadisələr də nəzərə alınarsa, müharibə daha öncə başlamış sayıla bilər.

İkinci dünya müharibəsi çox böyük miqyas alaraq, demək olar ki, bütün dövlətləri əhatə etmişdi.

2 sentyabr 1945-ci il tarixində sona yetən müharibə 10 milyonlarla insanın ölümünə səbəb oldu: döyüş meydanlarında, əsirlikdə, konslagerlərdə 27 milyon hərbi xidmətçinin həyatı sona yetdi. Bundan başqa müharibə 25 milyona yaxın dinc əhalinin həyatına son qoymuşdu.

Bu müharibə dünya siyasətinin dönüm nöqtəsi oldu. Dünya arenasında qüvvələrin yeni paylaşması meydana çıxdı. Təkcə Almaniya və Yaponiya yox, həmçinin koalisiyanın tərkibinə daxil olan İngiltərə və Fransa da öz beynəlxalq mahiyyətini itirdi. Müharibədən sonra avtoritetmövqeyini bərpa edən ABŞ dünyada aparıcı ölkələrin başında dururdu. Hitler Koalisiyası-na qarşı müttəfiq olan SSRİ və ABŞ müharibədən sonra 50 ilə qədər davam edən "soyuq müharibə"yə başladılar.

Müharibə 1945-ci ildə Antihitler koalisiyası-nın qələbəsi ilə başa çatdı. Dünya siyasi xəritəsi dəyişikliyə uğradı. Beynəlxalq əməkdaşlıq qurmaq və növbəti toqquşmalara imkan verməmək üçün BMT yaradıldı. Bu zaman Afrika və Asiyada azadlıq uğrunda hərəkatlar başlanırdı.

İkinci dünya müharibəsinin xronoloji ardıcıllıqda davam etmə tarixini aşağıdakı kimi dövrləşdirmək(qruplaşdırmaq) mümkündür:

 

Müharibənin başlanması

1939-cu il 1 sentyabrda Almaniya Polşa üzərinə hücuma keçdi.1939-cu il 1 sentyabrda saat 4:45 radələrində Danziq limanında olan Alman müharibə gəmisi ''Schleswig-Holstein'' Polşaya aid ''Westerplatte'' adlı gəmiyə atəş açdı. Bu tarix uzun bir müddət, ikinci dünya müharibəsinin rəsmi başlanğıc tarixi olaraq qəbul edildi. Halbuki 4:40 radələrində Alman bombardman təyyarələri, Breslau'nun 100 km şərqindəki ''Wielun'' qəsəbəsinə hücum etmiş və 1200 insanın həyatına son qoymuşdu. Bundan əvvəl isə bir alman-slovak bölüyü 26 avqust tarixində Jablona Keçidini işğal etmişdi. Bölük komandirinə hücum tarixinin təxirə salındığı xəbərini bildirmək unudulmuşdu. Fitnə-fəsad yolu ilə hücuma keçən Almaniya sərhədləri pozaraq Polşa üzərinə 57 diviziya (1,5 milyon adam), 2500 tank, 2000 təyyarə göndərdi. 3 sentyabr tarixində İngiltərə və Fransa Almaniyaya müharibə elan etdilər. İkinci dünya müharibəsi başlandı. Sentyabrın 3-10 arasında Avstraliya, Yeni Zelandiya, Hindistan, Kanada Almaniyaya qarşı müharibəyə qoşuldular. ABŞ özünü bitərəf elan etdi. Yaponiya Avropa müharibəsinə qarışmadığını bildirdi.

 

İkinci dünya müharibəsinin başlanmasının başlıca səbəbləri:

  • Birinci Dünya müharibəsindən sonra qalib dövlətlərin yaratdıqları Versal-Vaşinqton sisteminin çox sərt və alçaldıcı olması;
  • Avropanın mərkəzində, Almaniyadaqisasçılıq və militarizm ideyasının yüksək dərəcədə inkişaf etməsi;
  • Hitler"reyx"inin irqçilik, "dəyərsiz xalqları" əsarət altına almaq siyasəti, ümumən dünya ağalığına nail olmaq iddiaları;
  • Qərb dövlətlərinin, xüsusən İngiltərəvə Fransanın nasizmin bəşəriyyət üçün təhlükə olmaq mahiyyətini dərk etməmələri, hətta onu şirnikləndirmək və sakitləşdirmək siyasətləri;
  • İri dövlətlərin, o cümlədən ABŞ-ın "qarışmamaq" mövqeyi tutmaları;
  • ABŞbaşda olmaqla iri dövlətlərin Almaniyanın iqtisadi-hərbi cəhətdən dirçəlməsinə yardım etmələri;
  • Sosializmə nifrət edən burjua-demokratik ölkələrin SSRİilə birlikdə faşizmə qarşı vaxtında alternativ ittifaq yaratmaq zəruriyyətini dərk etməmələri; *SSRİ-nin müharibəni özündən uzaqlaşdırmaq üçün Almaniyaya güzəştlər etməsi, hətta onunla iqtisadi əlaqələr yaratması;
  • 30-cu illərin axırları üçün Avropada və Şərqdə hərbi-sənaye komplekslərinin olmazın dərəcədə şişməsi və i.a.

 

Müharibənin gedişatı

İkinci dünya müharibəsi kifayət qədər sərt başladı. Almanlar Qərbi Polşanı viran qoydular. Sazişə uyğun olaraq ruslar Polşanın şərqyarısını işğal etdilər. Ruslar həmçinin 1940-cı ildə Estoniya, Latviya və Litvanı da işğal etdilər, sonrakı ildə onlar sovetləşməyə məruz qaldılar və SSRİ-nin respublikalarının üzvlüyünə daxil oldular. Finlandiya SSRİ-yə qarşı müqavimət göstərdi, SSRİ 1939-1940-cı illərin qışında Finlandiya ilə qısa müharibə apardı. Bu vaxt Qərbdə hamı aldadıcı şəkildə sakit idi. Almaniya Fransaya tərəf qoşunlarını yönəldəndə fransızlar özlərinin Majino xəttinin arxasında yerləşmişdilər. Britaniya az sayda qoşuna malik idi. Almanlar hərəkət etmirdilər. Bu "qəribə müharibə" adlanırdı. İki böyük Avropa ölkəsi hələ də özlərinin sülh dövründəki baxışlarından əl çəkmirdi. Belə qəribə qış ərzində almanlar öz qüvvələrinin xüsusi təlim-məşqdən keçirdilər, onların yazdakı niyyətləri tam aydın idi.

1940-cı ilin aprel və may aylarında almanlar qəflətən Norveçi, Danimarkanı və Niderlandı işğal etdilər və Belçikaya hücuma başladılar. Onların zirehli diviziyalarının və adamların başı üzərində uğuldayan bombalarının qarşısında heç nə dayana bilmirdi. Polşada istifadə edilsə də, bu taktikalar fransızları və britaniyalıları heyrətə gətirmişdi. Almanlar Parisin özünü 1940-cı ilin 13 iyununda işğal etdilər. Müdafiə yönümlü hərbi nəzəriyyəyə malik olan Fransa ordusu ölkədə əməliyyat aparmağa hazırlaşmamışdı, onun hərbi hava qüvvələri yox idi, hökumət bölünmüşdü. Hökümət məğlubiyyət tərəfdarı və bir qədər alman meylli olan adamlar qrupunun əlinə düşmüşdü və bu adamlar 22 iyundaFransanı müharibədən çıxardı. Fransızların kiçik qrupu [İngiltərə]yə qaçıb general de Qollun başçılığı altında Azad Fransa hərəkatını yaratdılar. Fransanın özü yarıya qədər almanlar tərəfindən işğal olunmuşdu, geri qalan yarısı isə Vişi şəhərini öz paytaxtı etmişdi və marşal Petenin başçılıq etdiyi totalitar rejimin hakimiyyəti altına keçmişdi.

1807-ci ildə olduğu kimi 1940-cı ildə də yalnız Böyük BritaniyaAvropanın fatehi ilə müharibədə qalmışdı. Britaniya özünün tarmar edilmiş qüvvələrini materik Avropasından Dünkerk limanı vasitəsilə geri çəkmişdi. Həmin vaxt onlar daha çətin vəziyyətlə üz-üzə qalmağa hazırlaşırdılar. Avropadakı döyüşlər vaxtı baş nazir vəzifəsində Çamberlini əvəz etmiş Uinston Çörçill bədbəxtlikdə qəhrəman liderliyi vəzifəsinə yüksəldi. Aylarla davam edən və 1940-cı ilin payızında özünün kulminasiya nöqtəsinə çatan Britaniya döyüşü hava hücumu formasını almışdı. Bu vaxta qədər heç vaxt hansısa hava bombardmanı belə güclü olmamışdı. Lakin almanlar Britaniya üzərindəki səmada nəzarəti ələ keçirməyə qadir deyildi. Tədricən britaniyalılar bombardmana qarşı daha uğurla vuruşurdular. Koventri şəhərinin yer üzündən silinməsi, digər şəhərlərin həyatı və sənayesinin dağıdılması və minlərlə insanın öldürülməsinə baxmayaraq, Britaniyadakı istehsal fəaliyyəti hələ də davam edirdi. Hava qüvvələrinin əksər nəzəriyyəçilərinin mülahizələrinin əksinə olaraq bombardmanlar mülki əhalinin mənəvi gücünü qıra bilmirdi. 1940-1941-ci illərin qışında almanlar öz hücumlarının ağırlığını şərqə tərəf döndərməyə başladılar. Hitler qərara almışdı ki, İngiltərədə məsələni qurtarmazdan qabaq o, Rusiya məsələsini həll etməlidir. Belə ki, hətta Hitler, nasional sosialist partiyasının öndə gələn şəxslərindən olan Rudolf Hessi, Britaniya ilə gizlin sövdələşmə üçün İngiltərəyə yollayır. Lakin İngilislərin Hessi həbsxanaya atdığını öyrəndiyi zaman, Hessin ruhi xəstə olduğunu mətbuat vasitəsilə xalqa bildirib. İngiltərə mühüm dayaq nöqtələrini, kommunikasiya xətlərini əlində saxlamaqla müqaviməti davam etdirsə də, Fransanın təslim olması ilə Hitler qərbdə öz məqsədlərinə çatdığını güman edirdi. İndi Avropada tam hakim olmaq üçün o, öz qüvvələrini SSRİ-yə qarşı yönəltdi. Almaniya ilə müqavilənin məxfi protokolunda ona vəd edilmiş ərazilərin, demək olar ki, hamısını ələ keçirən StalininBalkan yarımadasına və Qara dəniz boğazlarına olan iddiaları Hitleri ciddi narahat etmişdi. 1940-cı ilin iyununda Hitler Vermaxt rəhbərliyinə SSRİ-yə qarşı hücum planı hazırlamaq tapşırığı verdi. Barbarossa adını almış plan 1940-cı il dekabrın 18-də təsdiq edildi.

1941-ci il iyunun 22-də Almaniya SSRİ-yə hücum etdi. SSRİ-nin Böyük Vətən müharibəsi başlandı. İldırımsürətli müharibə strategiyasına əsaslanan alman qoşunları qəfil zərbə ilə Sovet ordusunu ciddi məğlubiyyətə uğratdı. Almanlar qışa qədər Arxangelsk-Həştərxanxəttinə çıxmaq ümidində idilər. SSRİ-nin qərb sərhədlərində hələ tam komplektləşdirilməmiş hərbi birləşmələr daha yaxşı silahlanmış və müasir döyüş aparmaq təcrübəsi daha çox olan alman qoşunlarının güclü hücumuna tab gətirə bilmədi, böyük itkilər verərək ölkənin içərilərinə doğru sürətlə geri çəkildi. Almanlar müharibənin birinci həftəsində Leninqrad və Kiyevə yaxınlaşdılar, Smolenski ələ keçirdilər. Sentyabr ayında alman ordusu Kiyevi tutdu, Leninqradı mühasirəyə aldı və Moskva üzərinə güclü hücuma başladı. Lakin Sovet ordusunun təşəbbüsü ələ almaq səyləri sayəsində alman qoşunları Moskva döyüşündə darmadağın edilərək geri atıldı. Noyabrın 15-də alman qoşunları böyük qüvvə ilə paytaxt üzərinə ikinci dəfə hücuma keçdi. Bəzi yerlərdə paytaxta 5 km-ə qədər yaxınlaşa bilmiş alman ordusunu sovet qoşunları müdafiə döyüşlərində taqətdən saldılar. 1941-ci il dekabrın 5 və 6-da sovet qoşunlarının əks-hücumu başlandı. Almanlar 100–250 km geriyə çəkilməli oldular.

Yaponiya isə 70-ci meridiandan şərqdə Avrasiyanı öz nüfuz dairəsi hesab edirdi. Müttəfiqləri də buna razılıq vermişdi. O, artıq Çinin böyük bir hissəsini işğal etmişdi. Yaponiya Fransa Almaniyaya təslim olduqdan sonra öz hərbi hissələrini onun müstəmləkələrində - Vyetnam, Laos və Kambocada yerləşdirdi. Filippindəki mülklərinə təhlükə yarandığını görən ABŞ Yaponiyadan qoşunlarını geri çəkməyi tələb etdi və bu ölkə ilə strateji məhsul ticarətinə qadağa qoydu. Yaponiyanın idxalı 75% azaldı. 1941-ci ili dekabrın 7-də tərkibində 6 təyyarədaşıyan gəmi olan yapon eskadrası gizlincə ABŞ Sakit okean donanmasının Havay adalarındakı Perl-Harbor əsas bazasına yaxınlaşaraq ona güclü zərbə endirdi. Nəticədə 8 linkorndan 5-i batırıldı, 3-ü zədələndi. Həmin gün yapon qoşunları Taylanda, Britaniya müstəmləkəsi olan Birmaya hücum etdilər.

 

Müharibənin xronologiyası

1937

1937 7 iyul tarixində aqressiv yönələnmiş Yaponiyanın hakim qüvvələri müharibəyə təkan vermək məqsədilə Çin və Yaponiya arasında atışmalara başladırlar.

193815 iyul-10 avqust Xasan gölü ərazisində Sovet-yapon silahlı qarşıdurması yarandı.

1939

Almaniyanın işğal etdiyi ölkələr

  • 23 avqust— MoskvadaAlmaniya və SSRİ arasında bir-birinə hücum etməmək haqqında saziş imzalandı.
  • 1 sentyabr— Almaniya və SSRİ Polşanı öz aralarında bölüşdürməyə başlayırlar. Almaniya Polşanın bölüşdürülməsi istiqamətində ilk addımı ataraq 1 sentyabrda Polşaya qoşun yeritdi. SSRİ isə öz növbəsində bu istiqamətdə 2-ci addımı 16 sentyabrda atdı (SSRİ 2 həftəlik ləngiməklə Polşanın müttəfiqlərinin Almaniyanın mütəfiqi kimi SSRİ-yə də müharibə elan etmələrinin qarşısını məharətlə almış oldu).
  • 3 sentyabr— əvvəl İngiltərə, sonra Fransa, həmçinin, Avstraliya və Yeni Zellandiya Almaniyaya müharibə elan etdilər. Sonrakı bir-neçə gün ərzində Almaniyaya müharibə elan edən dövlətlərin sırasına Kanada, Nyufaundlend, Cənubi Afrika İttifaqı və Nepal da qatıldı. Bununla da İkinci dünya müharibəsi başlamış oldu.
  • 5 sentyabr— ABŞ və Yaponiya Avropa müharibəsində öz neytrallığını elan etdilər.
  • 17 sentyabr— Sovet qoşunları Polşaya daxil oldu. Həmin gün axşam Polşanın qanuni rəhbərliyi Rumıniyaya qaçır
  • 28 sentyabr— almanlar Varşava şəhərini ələ keçirirlər. Həmin gün Moskvada Almaniya və SSRİ arasında yeni sərhədlər müəyyənlədirilir, keçmiş Polşa ərazisi 2 tərəf arasında bölüşdürülür.
  • 6 oktyabr— Polşa ordusunun müqavimət göstərən axırıncı hissələri təslim olur. Bundan sonra Hitler Almaniyası Polşanın qərb hissəsini almalanlaşdırmağa başlayır, buradakı polyaklar və yəhudilər Polşanın mərkəzinə deportasiya edilir. Polşanın SSRİ-nin payına düşən hissəsində isə sovetləşmə, kollektivləşmə tətbiq edilir.
  • 8 noyabr— Münhendə uğursuz sui-qəsd.
  • 30 noyabr— SSRİ Finlandiyaya müharibə elan edir. Qış müharibəsiadını alan bu müharibə 1940-cı ilin mart ayına kimi davam edir. Müharibə nəticəsində ruslar çox böyük itkilər versələr də, Finlandiyaya məxsus ərazilərin 10%-ni işğal edirlər.

1940

  • 15 martSovet-fin müharibəsi sona yetir. Moskvada bağlanmış sülh müqaviləsinə görə Finlandiyanın bir hissəsi SSRİ-yə verilir.
  • 9 aprelAlman qoşunları elan etmədən Danimarka və Norveçə soxuldular.
  • 10 aprelSovet qoşunları tərəfindən Baltikyanı respublikalarının tutuldu.
  • 22 iyunFransanın kapitulyasiyasına dair akt imzalandı.
  • 13 avqustAlman aviasiyası Böyük Britaniyanı bombardman etməyə başladı.
  • 23 sentyabrİtaliya Şərqi Afrikaya yürüş etdi.
  • 27 sentyabrAlmaniya, Yaponiya və İtaliya arasında Üçlük hərbi sazişi bağlanır.
  • 2 noyabrABŞ prezidenti Franklin Ruzvelt bütün ölkələrə aqressorlarla mübarizədə kömək təklif elədi.
  • 20 noyabrMacarıstan "Üçlüyə" daxil olur.

1941

  • 1 martAlmaniyanı dəstəkləyən Bolqarıstan da "Üçlüyə" daxil olur.
  • 6 aprelAlman hərbi qüvvələri Yuqoslaviya və Yunanıstana
  • 9 aprelBritaniya aviasiyası Berlini bombardman edir.
  • 1 iyunİngiltərə ordusu Bağdada soxulur və Livan və Suriyaya hücum edir.
  • 16 iyunABŞ hakimiyyəti öz ərazisində yerləşən bütün Almaniyasəfirliklərinin bağlanmasını tələb edir.
  • 22 iyunAlmaniya SSRİ-yə qarşı elan edilməmiş müharibəyə başlayır. Burada onun müttəfiqləri Rumıniya, Macarıstan, Slovakiya, İtaliya və Finlandiyadır.
  • 12 iyulAlmaniyaya qarşı sovet-ingilis birliyinə dair saziş imzalanmışdır.
  • 11 sentyabrAmerika dəniz hərbi qüvvələri ABŞ su sərhədlərinə daxil olduqları halda Almaniya gəmilərinə hücum etmək əmrini alır.
  • 30 sentyabrAlmanlar Moskvaya hücuma başladılar.
  • 5 dekabrSovet qoşunları Moskva ətrafındakı alman qoşunlarına əks-hücum edərək, onları 250 kilometrədəkdək uzaqlaşdırmağa müvəffəq oldular. Böyük Britaniya Finlandiya, Macarıstan və Rumıniyaya qarşı müharibə elan etdi.
  • 7 dekabrYaponlar Amerikanın Havay adalarında yerləşən Prel Harbor hərbi dəniz limanına hücum edərək, elan edilməmiş müharibəyə başladılar.
  • 11 dekabrÇin Almaniya və İtaliyaya müharibə elan etdi.
  • 20 dekabrHitler vətəndaşlarına müraciət edərək, könüllü olaraq, Şərq cəbhəsindəki qoşunlar üçün isti geyim təmin etməyi xahiş etdi.

1942

  • 1 yanvarVaşinqtonda 26 ölkə "Üçlüy"ə daxil olan ölkələrlə heç bir sahədə əməkdaşlıq etməmək haqqında saziş imzalandı.
  • 20 yanvarBerlində "Vanzey konfransı". Yüksək rütbəli faşist məmurları "yəhudi problemini kökündən həll etməy"ə dair müzakirələr apardılar.
  • 18 aprelABŞ hava qüvvələri Tokionu havadan bombaladı.
  • 24 aprelAlman hava qüvvələri ingilis tarixi və mədəni obyektlərini hətta həmin obyektlərin hərbi məqsədi olmasa da bombalanması əmrini aldı.
  • 13 sentyabrStalinqrad uğrunda döyüşlər başlandı.
  • 2 dekabrÇikaqoda yer üzündə ilk nüvə reaktoru fəaliyyətə başladı. Bu reaktorun yaradıcılarından biri də İtaliyadan emiqrasiya etmiş fizik Enriko Fermi

1943

  • KasablankadaRuzvelt və Uinston Çörçilin iştirakıyla konfrans açıldı. Amerika və İngiltərə birgə strateji fəaliyyət haqqında və Şimali Afrikada 2 iri miqyaslı operasiya haqqında razılığa gəldilər.
  • 31 yanvar- 2 fevralStalinqrad döyüşü sona yetir.
  • 19 aprelVarşavada 56 min yəhudi qətlə yetirilirdi
  • 13 martŞimali Afrikada bütün alman-italyan qoşunları ingilislər tərəfindən hərtərəfli mühasirəyə alınaraq təslim edildi.
  • 5 iyul-23 avqustKurskda vuruşmalar. Bu vuruşmalar sovet-alman qoşunlarının cəbhədəki vəziyyətini dəyişməsi yolunda həlledici oldu.
  • 10 iyunSovet qoşunları Sisiliyadadır. İtaliya krali Viktor EmmanuelMussolinin düşmənləri arasında əlaqə axtarır.
  • 24 iyulİngilis aviasiyası Hamburqu fosforlu bombalarla bombardman edir. Nəticə şəhərin yarısı darmadağın edilmiş, 30 min adamın həyatına son qoyulmuşdur.
  • 25 iyulBenito Mussolinin yaxalanması və tutulması. İtaliya kralı Viktor Emmanuel ölkədə yeni hakimiyyətin formalaşması uğrunda əhəmiyyətli addımlar atır. 28 iyulda İtalyanın faşist diktaturasından azad olunması elan olunur.
  • 13 oktyabrİtaliya Almaniyaya müharibə elan etdi.
  • 28 noyabrİlk dəfə Stalin, Ruzvelt və Çerçilin birgə iştirak etdiyi Tehran konfransı başlayır.
  • 26 dekabrRuzvelt və Çerçilin iştrak etdiyi Qahirə konfransı. Müttəfiqlərin Türkiyəni Almaniyaya müharibə elan etməsi barədə uğursuz təklifləri.

1944

Avropada müharibənin gedişatı

  • 6 iyunABŞ, Kanada və Böyük Britaniya qoşunları Normandiyaya daxil olur; ikinci cəbhə açılır.
  • 20 iyulHitlerə qarşı təşkil olunmuş uğursuz sui-qəsd.
  • 1 avqustVarşavada general Tadeuş Borkaevskinin başçılığı altında faşist Almaniyasına qarşı üsyan başlayır. Hitler Varşavanın yerlə bir edilməsi haqqında əmr verir. Üsyançıların SSRİvə Böyük Britaniya tərəfindən dəstək haqqındakı ümidləri boşa çıxdı. Üsyanda 200 min polyak vəfat edir. 2 oktyabrda üsyan yatırıldı.
  • 25 avqustRumıniya Almaniyaya müharibə elan edir.
  • 19 sentyabrSSRİ və Finlandiya arasında müvəqqəti sülh sazişi imzalandı.
  • 21 oktyabrAmerika qoşunları ilk dəfə olaraq, iri alman şəhərlərindən biri olan Axeni aldılar.
  • 31 dekabrMacarıstandakı yeni hökumət Almaniyaya müharibə elan etdi.

1945

Montreal Daily Star: "Germany Quit", May 7, 1945

  • 27 yanvarQızıl OrduOsventsim konslagerini azad edir. Bu zaman orda 7 min əsir vardı. Osventsim ən böyük lagerlərdən biri olub faşist vəhşiliyinin simvolu idi. Bu lagerdə əsirlikdə olanların sayı bir milyon üç yüz mindən çox idi. Onlardan doqquz yüz mini qaz kameralarında boğulmuş və güllələnmişdir. İki yüz mini isə aclıq və xəstəlikdən, vəhşi qaydalardan və müxtəlif ağlasığmaz tibbi ekspertlərdən vəfat etmişdir.
  • 4 fevralStalin, Çerçil, Ruzveltin iştirakı ilə Yalta konfransının açılışı. Müttəfiqlər Yaponiyaya qarşı mübarizədə birlikdə olmaq haqqında razılığa gəldilər.
  • 13-14 fevral Drezdenə hava hücumları edilir. Həlak olanların dəqiq sayı olmasa da, 60-245 min arasında olduğu təxmin edilir.
  • 2 martAmerika qoşunları Reynə gəlirlər.
  • 10 martTokyo Amerika tərəfindən bombardman edilir. 80 min nəfər həlak olmuşdur.
  • 12 aprelFranklin Ruzvelt vəfat edir. Prezidenti Harri Trumen əvəz edir.
  • 16 aprelSovet qoşunları Berlin üzərinə yürüş edir. 25 aprel tarixində şəhər tamamilə mühasirəyə alınır.
  • 25 aprelAmerikan və Sovet qoşunları Torqau şəhərində, Elba yaxınlığında görüşürlər.
  • 28 aprelBenito Mussoliini partizanlar tərəfindən güllələnir.
  • 30 aprelAdolf Hitler intihar edir.
  • 8 mayBerlin yaxınlığında, Karlsxortda imzalanan aktda Alman qoşunlarının zərərsizləşdirilməsi və fəaliyyətinin dayandırılması şərti etiraza baxılmadan irəli sürülmüşdür.
  • 9 maySSRİ Berlinə daxil olur və İkinci dünya müharibəsinin qələbə ilə başa çatması.Faşizmin süqut etməsi.
  • 16 iyulABŞ-da Nyu- Meksiko səhrasında dünyada ilk dəfə nüvə silahı təcrübə olunmuşdur.
  • 17 iyulStalin, Trumen, Çerçilin iştirakı ilə keçirilən Potsdam konfransında Almaniyanın gələcək taleyi müzakirə olunur.
  • 6 avqustABŞ Xirosimaya atom bombası atır. 100 mindən çox adam vəfat edir.

9 avqust 1945 Naqasakiüstündə atom göbələyi

  • 8 avqustSSRİ Yaponiyayamüharibə elan edir.
  • 9 avqustABŞ Naqasakiyə atom bombası atır. 36 mindən çox adamın həyatına son qoylur.
  • 14 avqustYaponiya imperatoru Xiroxito kapitulyasiyanı qəbul etdiyini elan edir.
  • 2 sentyabrTokioda Amerika gəmisi "Missuri"nin göyərtəsində Yaponiya nümayəndələri qoşunlarını şərtsiz geri çəkmək haqqında akt imzaladılar.
  • 14 noyabrBaşlıca alman hərbi müqəssirlərin mühakimə olunması ilə əlaqədar Nyunberq prosesinin başlanması.

 

Müharibənin sonu

Berlin küçələri dağıntıda

Müharibənin gedişində sonrakı mərhələ (1944-cü il yanvar-1945-ci il sentyabr) Almaniya faşizminin və Yaponiya militarizminin darmadağın edilməsi uğrunda mübarizə ilə səciyyələnir. Bu dövrdə müttəfiq ölkələrin bütün səyləri tezliklə müharibəyə son qoyulmasına yönəldilmişdi. 1944-cü ilin əvvəlindən etibarən SSRİ qoşunlarının keçirdiyi bir sıra strateji hərbi əməliyyatlar nəticəsində almanlar tərəfindən zəbt edilmiş sovet əraziləri tamamilə azad edildi, döyüşlər Avropa ölkələrinə keçirildi. 1944-cü ilin yanvar-fevralında Leninqrad-Novqorod vilayətləri, martda sağ sahil Ukraynası, aprel-mayda Krım-Odessa vilayətləri, iyunda Kareliya, iyun-iyulda Belarusiya, iyul-avqustda Qərbi Ukrayna, avqust ayında Moldaviya, sentyabr-oktyabrda Baltikyanı respublikalar almanlardan xilas olundular. 1944-cü ilin oktyabrı üçün SSRİ-nin keçmiş sərhədi bərpa olundu. Sovet orduları Mərkəzi və Cənub-Şərqi Avropa ölkələrinin ərazilərinə daxil oldular. Onların faşistlərdən azad edilməsi və sovet nüfuz dairəsinə keçirilməsi uğrunda mübarizə başlandı. Sözügedən strateji hərbi əməliyyatlar sırasında 1944-cü ilin iyun-iyul aylarında Vitebsk-Bobruysk-Minsk rayonunda keçirilən döyüşlər çox ibrətamiz idi. Bu döyüşdə almanların 17 diviziyası və 3 briqadası tamamilə məhv edilmiş, 50 diviziyası isə öz heyətinin yarısını itirmişdi. Ümumən, hitlerçilər bu döyüşdə yarım milyon adam itirmişdilər. Əsir alınan 60 minə yaxın alman əskər və zabiti gətirilərək Moskvanın Qırmızı meydanından bayraqlarını ataraq keçirilmişdilər. Bu, Hitlerin hələ 1941-ci ilin 7 noyabrında Qırmızı meydanda faşist ordularının rəsmi keçidini təşkil etmək arzusuna cavab olaraq edilmişdi. Əlverşli şəraitdən istifadə edən müttəfiqlər 1944-cü il iyunun 6-da Fransanın şimalına (Normandiyaya) qoşun çıxardılar. Normandiya əməliyyatında müttəfiqlərin 2,9 milyon əskəri, 10 min təyyarəsi və min hərbi gəmisi iştirak etmişdi. Beləliklə,

Almaniyaya qarşı çoxdan vəd edilən və gözlənilən ikinci cəbhə açıldı. İndi Almaniya iki cəbhədə müharibə aparmağa məcbur oldu. Antihitler koalisiyası indi birlikdə ümumi düşmənə qarşı vuruşmağa başladı. 1944-cü ilin avqustunda müttəfiq qoşunlarının köməyi ilə Fransa faşistlərdən azad edildi. Ölkənin azad edilməsində general de Qollun başçılıq etdiyi "Döyüşən Fransanın hərbi hissələri də fəal iştirak etmişdilər. Sovet ordularının uğurlu hücumları və ikinci cəbhənin açılması „reyx"in sosial-iqtisadi, siyasi və hərbi vəziyyətini daha da ağırlaşdırdı. Uğursuz olsa da, fürerə qarşı sui-qəsdlər başladı, Onlardan biri 1944-cü il iyulun 20-də polkovnik Klaus fon Ştaufenberq tərəfindən edilmişdi. Sui-qəsd nəticə verməmişdi. 1944-cü ildə Hitler üç müttəfiqindən-Rumıniyadan, Bolqarıstandan, Finlandiyadan, 1945-ci ildə isə Macarıstandan məhrum oldu. Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrində milli-azadlıq hərəkatı geniş miqyas aldı. Sovet ordularının sözügedən ölkələrə daxil olması milli-azadlıq və antifaşist hərəkatlarına və sovet meylli qüvvələrin fəallaşmasına yeni vüsət verdi. Polşada, Rumıniyada, Bolqarıstanda, Yuqoslaviyada, Albaniyada, Yunanıstanda, Macarıstanda, Çexoslovakiyada yeni dövlət qurumları. və ictimai hərəkatlar formalaşdı. Artıq nasist Almaniyasının məğlubiyyəti göz qabağında idi. Belə bir şəraitdə SSRİ, ABŞ və Böyük Britaniya dövlət başçılarının Krım (Yalta) konfransı (1945-ci il fevralın 4-11-də) toplandı. Konfransda İ.V.Stalin (SSRİ), F.Ruzvelt (ABŞ) və U.Çörçill (Böyük Britaniya) iştirak edirdi. Konfransda Almaniyaya qarşı birgə mübarizəni davam etdirmək, hərbi əməliyyatları sıx əlaqələndirmək razılığına gəlindi. Konfransda tərəflər Almaniyanın gələcək perspektivləri barədə də yekdil qərarlar qəbul etdilər.

 

Müharibənin yekunları

Klement Attle, Harri Truman və İosif Stalin Potsdam konfransında.İyul 1945-ci il

Almaniyanın bölüşdürülməsi

İkinci dünya müharibəsi müharibələr tarixində ən dəhşətli və dağıdıcı müharibə olmuşdur. Onun müxtəlif mərhələlərində hər iki döyüşən tərəfdən eyni zamanda 8 milyondan — 12,8 milyona kimi insan, 84 mindən -,163 minə qədər top, 6,5 mindən — 18,3 minə kimi təyyarə iştirak etmişdi. Hərbi əməliyyatların əhatə etdiyi ərazi Birinci Dünya Müharibəsindəkindən 5,5 dəfə çox idi. Müharibəyə sərf edilən xərclərin miqdarı 4 trilyon ABŞ dolları olmuşdu. Onların 1 trilyon 117 milyardını sırf hərbi xərclər təşkil etmişdir. Müharibə zamanı 60 milyondan çox adam tələf olmuşdu. Ondan 27 milyonu SSRİ-nin, 13,6 milyonu Almaniyanın, 6 milyonu Polşanın, 5 milyonu Çinin, 2,5 milyonu Yaponiyanın, 1,7 milyonu Yuqoslaviyanın, 600 mini Fransanın, 370 mini İngiltərənin, 300 mini ABŞ-ın və s. payına düşmüşdü. İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri faşizmin ictimai-siyasi sistem kimi yer üzündən silinməsidir. Bu, müharibədə nasist Almaniyanın,faşist İtalyanın və onların müttəfiqlərinin məğlubiyyəti nəticəsində baş vermişdi. Dünyada iki sistem — burjua demokratik və sosializm sistemləri qalmışdı. Müharibədən sonra dünyada çox ciddi geosiyasi və ictimai dəyişikliklər baş vermişdi. Avropada və Asiyada bir sıra müstəqil dövlətlər yaradılmış, sərhədlər yenidən qurulmuş, Mərkəzi və Cənub-Şərqi Avropanın bir çox ölkələri faşizmdən azad olduqdan sonra SSRİ-nin təsiri altına düşərək sovet modelli siyasi inkişaf yolunu götürmüşdülər, Asiyada, Afrikada və Latın Amerikası ölkələrində milli-azadlıq hərəkatı güclənmişdi. Müharibə dövlətlərarası münasibətlərdə yeni mütənasiblik yaratmışdı: qalib və məğlub dövlətlər qrupu yaranmış, qalib dövlətlər sırasında ABŞ-ın və SSRİ-nin nüfuzu olmazın dərəcədə artmış, onlar dünyanın super dövlətlərinə çevrilmişdilər, İngiltərə və Fransanın dünyada rolu zəifləmişdi. Müharibədən sonra Almaniya, Vyetnam, Koreya parçalanmışdı. İkinci dünya müharibəsindən sonra sülhə və təhlükəsizliyə xidmət edən kütləvi beynəlxalq təşkilat və qurumlar yaranmışdı. Onların arasında hələ müharibənin gedişində formalaşmış BMT müstəsna yer tuturdu. İkinci dünya müharibəsinin ən başlıca yekunlarından biri də, onun dünya sivilizasiyasını məhv olmaqdan xilas etməsidir. O, dünya sivilizasiyasını yeni inkişaf yoluna yönəltdi, onun yeni mahiyyət alması üçün möhkəm zəmin verdi. Müharibə, həmçinin dünyanın müəyyən zaman kəsiyində 2 ictimai-siyasi dünya sisteminə parçalanması üçün şərait yaratdı. Sonradan SSRİ-nin, dünya sosializm sisteminin süqutu nəticəsində sözügedən parçalanma aradan qalxdı. İkinci dünya müharibəsi dünya sivilizasiyasını qoruyub inkişaf etdirmək üçün çox mühüm dərslər vermişdir. Belə ki:

o, bəşəriyyətə böyük fəlakətlər gətirən müharibələrin mahiyyətini dərk etmək dərsini verdi; o, xalqlara yeni dünya müharibəsinə, özü də dəhşətli kütləvi qırğın silahlarının mövcud olduğu indiki dövrdə yol verilməsinə imkan yaratmamaq dərsini verdi; o, xalqlara dünya müharibəsinə yol verməməyin ən başlıca şərtinin bu təhlükəyə qarşı birləşməyin çox vacib olması dərsini verdi; o, göstərdi ki, dünya müharibəsinə yol verməmək üçün ilk növbədə regional müharibələrin baş verməsinin qarşısı alınmalıdır; o, göstərdi ki, müharibənin qarşısını almağın ən önəmli yollarından biri də, müharibə əleyhinə təbliğatı gücləndirmək, bunun üçün möhkəm ideya-siyasi baza yaratmaqdır; müharibənin qarşısını almağın ən mühüm şərtlərindən biri də, silahlanmaya son qoymağa, kütləvi qırğın silahlarını məhv etməyə və yenilərinin yaradılmasının qadağan edilməsinə nail olmaqdır.

 

Nəticələri

Berlin divarının görünüşü (1986)

Hazırda mövcud olan beynəlxalq münasibətlər İkinci dünya müharibəsi nəticəsində formalaşan Yalta sistemi üzərində qurulub. İkinci dünya müharibəsi dünyada mövcud olan qüvvələr balansını köklü şəkildə dəyişdi. Birincisi faşizmin qlobal cərəyana çevirilməsinin qarşısı alndı. İkincisi, dünyada ABŞ və SSRİ kimi super dövlətlər yarandı və onların timsalında qlobal ideologiyalar qismində liberal-demokratiya ilə kommunizm təsdiqləndi (ikiqütblü sistem formalaşdı). Üçüncüsü, beynəlxalq münasibətləri tənzimləyəcək və beynəlxalq təhlükəsizliyi təmin edəcək ümumdünya təşkilat – Millətlər Liqası daha effektiv təşkilatla – BMT ilə əvəz olundu. Dördüncüsü, demək olar ki, yer üzündə müstəmləkə qalmadı. Ümumiyyətlə ənənəvi müstəmləkəçilik transformasiyalara məruz qaldı və iqtisadi-siyasi asılılığın yeni formalarlı yarandı. Beşincisi, Çin kimi SSRİ-yə rəqib kommunist dövləti yarandı, bunula da kommunist bloku çat verdi. Altıncısı, Yaponiya fövqəldövlət olaraq aradan getdi və faktiki olaraq Sakit Okean regionunda ABŞ siyasətinin platsdarmına çevirildi. Avropanın aparıcı ölkələri fövqəldövlət olaraq məhv oldular və onların təsir dairəsi Avropa ilə məhdudlaşdı. Nəticədə, Avropa dövlətləri dünya arenasına çıxmaq üçün birləşməli oldular. Bu baxımdan Avropa Birliyi də İkinci dünya müharibəsinin səmərəsidir.

  • Soyuq müharibə
  • Berlin divarı
  • Almaniya Demokratik Respublikası
  • Sadako Sasaki

Müharibənin qurbanları

Tarixin ən qanlı müharibəsi kimi tanınan İkinci dünya müharibəsi qurbanlarının dəqiq sayı məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayını 35 milyon göstərən də var, 68 milyon göstərən də.

Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğunu yazır. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.

"World War 2" saytı da ölkələr üzrə ayrı-ayrılıqda itkilərin sayını verməyə çalışıb. Əlbəttə, bunlar da təxmini rəqəmlərdir. Amma yenə də bir-birindən kəskin fərqlənən mənbələr arasında müharibənin qara statistikasında orta rəqəmlər haqqında təsəvvür yarada bilir.

 

İkinci dünya müharibəsinin itkiləri

Ölkə

Əhali (1939)

Ölü (Əsgər)

Ölü (Vətəndaş)

Ölü (Yəhudi soyqırımı)

Cəm

1939 əhalisinə
görə itki faizi

ABŞ

131.028.000

416.800

1.700

 

418.500

0,32%

Albaniya

1.073.000

28.000

 

200

28.200

2,63%

Almaniya

69.623.000

5.533.000

1.600.000

160.000

7.293.000

10,47%

Avstraliya

6.998.000

39.400

700

 

40.100

0,57%

Avstriya

6.653.000

 

40.500

65.000

105.500

1,59%

Belçika

8.387.000

12.100

49.600

24.400

86.100

1,02%

Braziliya

40.289.000

1.000

1.000

 

2.000

0,00%

Bolqarıstan

6.458.000

22.000

3.000

 

25.000

0,38%

Böyük Britaniya

47.760.000

382.600

67.800

 

450.400

0,94%

Myanma

16.119.000

22.000

250.000

 

272.000

1,16%

Kanada

11.267.000

45.300

   

45.300

0,40%

Çin

517.569.531

3.800.000

16.200.000

 

20.000.000

3,86%

Kuba

4.235.000

 

100

 

100

0,00%

Çexoslovakiya

15.300.000

25.000

43.000

277.000

345.000

2,25%

Danimarka

3.795.000

2.100

1.000

100

3.200

0,08%

Estoniya

1.134.000

 

40.000

1.000

41.000

3,62%

Efiopiya

17.700.000

5.000

95.000

 

100.000

0,6%

Finlandiya

3.700.000

95.000

2.000

 

97.000

2,62%

Fransa

41.700.000

217.600

267.000

83.000

567.600

1,36%

Hind-Çin

24.600.000

 

1.000.000

 

1.000.000

4,07%

Yunanıstan

7.222.000

20.000

220.000

71.300

311.300

4,31%

Macarıstan

9.129.000

300.000

80.000

200.000

580.000

6,35%

İslandiya

119.000

 

200

 

200

0,17%

Hindistan

378.000.000

87.000

1.500.000

 

1.587.000

0,42%

İndoneziya

69.435.000

 

4.000.000

 

4.000.000

5,76%

İran

14.340.000

200

   

200

0,00%

İraq

3.698.000

1.000

   

1.000

0,03%

İrlandiya

2.960.000

 

200

 

200

0,00%

İtaliya

44.394.000

301.400

145.100

8.000

454.500

1,02%

Yaponiya

71.380.000

2.100.000

580.000

 

2.680.000

3,75%

Koreya

23.400.000

 

378.000

 

378.000

1,6%

Latviya

1.995.000

 

147.000

80.000

227.000

11,38%

Litva

2.575.000

 

212.000

141.000

353.000

13,71%

Lüksemburq

295.000

 

1.300

700

2.000

0,68%

Malayziya

4.391.000

 

100.000

 

100.000

2,28%

Malta

269.000

 

1.500

 

1.500

0,56%

Meksika

19.320.000

 

100

 

100

0,00%

Monqolustan

819.000

300

   

300

0,04%

Hollandiya

8.729.000

15.800

124.500

106.000

246.300

2,82%

Nyufaundlend və Labrador

300.000

1.000

100

 

1.100

0,37%

Yeni Zelandiya

1.629.000

11.900

   

11.900

0,67%

Norveç

2.945.000

3.000

5.800

700

9.500

0,32%

Filippin

16.000.000

57.000

90.000

 

147.000

0,92%

Sakit okean

1.900.000

 

57.000

 

57.000

3,00%

Polşa

34.849.000

160.000

2.440.000

3.000.000

5.600.000

16,07%

Şərqi Timor

500.000

 

55.000

 

55.000

11,00%

Rumıniya

19.934.000

300.000

64.000

469.000

833.000

4,22%

Sinqapur

728.000

 

50.000

 

50.000

6,87%

Cənubi Afrika

10.160.000

11.900

   

11.900

0,12%

SSRİ

168.500.000

10.700.000

11.400.000

1.000.000

23.100.000

13,71%

İspaniya

25.637.000

4.500

   

4.500

0,02%

İsveç

6.341.000

200

2.000

 

2.200

0,03%

İsveçrə

4.210.000

 

100

 

100

0,00%

Tayland

15.023.000

5.600

300

 

5.900

0,04%

Yuqoslaviya

15.400.000

446.000

514.000

67.000

1.027.000

6,67%

Cəm

1.991.913.000

25.173.700

41.830.600

5.754.400

72.758.900

3,71%

 





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Şəhidimiz Şahmurad Əlizadə
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X