Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

İnfarkt və insult riskini azaltmaq istəyən şokolad yesin! - Alimlərdən məsləhət

İnfarkt və insult riskini azaltmaq istəyən şokolad yesin! - Alimlərdən məsləhət
Sakura

İnfarkt və insult riskini azaltmaq istəyən şokolad yesin! - Alimlərdən məsləhət

Şokoladın bir sıra yeni faydaları aşkarlanıb.

Ens.az Medicina.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın Aberdin Universitetinin alimlərinin apardıqları tədqiqatlar nəticəsində kakaonun bir çox problemin həllində rol oynaya biləcəyini göstərib.

Tədqiqat çərçivəsində hər iki cinsdən olan 42 sağlam könüllüdən kakao ekstraktı ilə zənginləşdirilmiş tünd şokolad yemək tələb olunub. Daha sonra onlardan qan nümunələri götürülüb. Beləliklə, trombositlərin fəaliyyəti qiymətləndirilib.
Məlum olub ki, şokolad tromboz riskini azaldır. Belə ki, tünd şokolad yedikdən sonra kişilərdə daha çox azot oksidi əmələ gəlib. Qeyd olunub ki, bu birləşmə qan damarlarını genişləndirir, orqan və toxumalara qan axınını stimullaşdırır. Bu isə tünd şokoladın trombositlərin yığılmasının və damarlarda qan laxtalarının əmələ gəlməsinin qarşısını ala biləcəyi mənasına gəlir. Nəticədə tünd şokolad yeyən insanın infarkt və insult riski əhəmiyyətli dərəcədə azalmış olur.

Alimlər bunu kakaonun tərkibindəki bitki polifenollarının miqdarının yüksək olması ilə əlaqələndiriblər. Bildirilib ki, polifenollar antioksidant xüsusiyyətlərə malikdir, həmçinin iltihab əleyhinə təsirlidir. Bu birləşmələr damarları da gücləndirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR