Slimfit
  1. MARAQLI

İngiltərə yaşıl energetika üzrə rekorda imza atdı

İngiltərə yaşıl energetika üzrə rekorda imza atdı
Sakura

İngiltərə yaşıl energetika üzrə rekorda imza atdı

Birləşmiş Krallıqda 7 iyun 2017-ci il tarixdə əldə olunmuş elektrik enerjisinin yarısından çoxu yenilənən mənblərin payına düşüb.

BBC-nin yazdığına görə rekord barədə Birləşmiş Krallığı elektrik enerjisi ilə təmin edən  “National Grid” şirkəti xəbər verib. Ümumi enerjinin külək və su turbinləri, günəş batareyaları və bioyanacaqdan (presləşdirilmiş kəpək) əldə edilmiş payı 50.7% təşkil edib. Atom elektrik stansiyaları ilə birlikdə (21.4%) “yaşıl” texnologiyalar qaz və daş kömürlə işləyən elektrik stansiyalardan daha effektiv oldu.

Buna əsas səbəbkar hava oldu. Çərşənbə günü günorta vaxtları iki saat ərzində Birləşmiş Krallıq ərazisində hava aydın və küləkli oldu. Məhz belə şərait rekord nəticənin əldə olunmasına səbəb oldu.

Gözlənilməz halda sahildə olan külək quraşdırmaları buna əsas səbəb oldu. Cümə axşamı günü onlar ölkə enerjisinin onda bir hissəsini istehsal etdilər. Buna uyğun olaraq elektrik enerjisinin qiyməti də aşağı düşdü. “Yaşıl” energetika rəqiblərinin fikrincə belə artma bu sferada iqtisadi stabilliyi pozur.

Müəllif: Famil Ələkbərov

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Kalpeya adlı bu qadın 7.5 min il əvvəl müasir Hibraltar ərazisində yaşayıb. Onun görüşünün bərpası üçün yarım il sərf olunub və artıq biz onun üzünü görə bilirik.

Redaktor seçimi

SON XƏBƏRLƏR