Ens.az
23 noyabr 2019, şənbə
.
.
chevron_left chevron_right
ELM

İnsanın ölümünü 5 il öncədən təyin edəcək qan analizi – Yeni metod

İnsanın ölümünü 5 il öncədən təyin edəcək qan analizi – Yeni metod

İnsanın ölümünü 5 il öncədən təyin edəcək qan analizi – Yeni metod

Alimlər yeni 14 açar ola biləcək biomarker tapıblar.
Niderland, Finlandiya, Böyük Britaniya, Almaniya elmi mərkəzlərinin tədqiqat qrupları vaxtsız, erkən ölümün maksimum dərəcədə öncədən təyin edilməsi və insan ömrünü uzatmağın yollarını araşdırıb.
 
Medicina.az xəbər verir ki, 44 -108 yaş arası 44 min avropalının biobanklarda saxlanılan qan analizləri araşdırılıb.
 
Analizlər barədə informasiya 16 il ərzində toplanmışdı. 
Bu müddət ərzində 44 min insandan 5500 nəfəri vəfat etmişdi.
 
Nəticədə alimlər qrupu 14 biomarker ayıraraq, bu analizlərin orqanizmin vəziyyəti barədə dəqiq məlumat verdiyini aşkarlayıb.
Metobolit substansiyaları – maddələr mübadiləsi məhsulları birləşmələri orqanizmdə yağ turşuları, su-duz balansı, iltihab və digər prosesləri göstərir.
14 göstəriciyə görə hazırlanan şkala yüksək dəqiqliklə insanın yaxın 5-7-10 il ərzində personal ölüm riskini göstərəcək.
 
Şkalada artan hər əlavə bal yaxın zamanda ölüm riskinin 3 dəfə artdığını bildirir.
 Metobolit şkalasından istənilən yaşda insanı keçirmək olar. 
 
"Biz tədqiqat zamanı çox heyrətləndik, qanda olan 14 maddə necə dəqiqliklə ölüm riskini göstərə bilər. Hətta insan ömrü boyu bir dəfə belə bu analizlərdən keçərsə, metobolik göstəricilər kifayətdir ki, onun ölümünün 80% dəqiqliklə vaxtını təxmin etmək olsun” – deyə tədqiqatın rəhbəri The Scientist dərgisinə bildirib.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Verzaska çayı, İsveçrə
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X