Slimfit
  1. CƏMİYYƏT

İnzibati xəta haqqında iş üzrə video çəkilişi mediaya təqdim edənlər 1500 manatadək cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə video çəkilişi mediaya təqdim edənlər 1500 manatadək cərimələnəcək
Sakura

İnzibati xəta haqqında iş üzrə video çəkilişi mediaya təqdim edənlər 1500 manatadək cərimələnəcək

İnzibati xəta haqqında iş üzrə icraat zamanı aparılmış foto və ya video çəkiliş, yaxud səsyazma materiallarını media subyektinə təqdim edənlər cərimələnəcək.

Ens.az Apa.az-a istinadən xəbər verir ki,bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, inzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkiliş, yaxud səsyazma aparılıbsa, barəsində inzibati icraat aparılan şəxsin və zərər çəkmiş şəxsin razılığı olmadan həmin foto və ya video çəkiliş, yaxud səsyazma materiallarının media subyektinə təqdim olunmasına görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşalı kişi, 1890-cı il.

Redaktor seçimi

SON XƏBƏRLƏR