Slimfit
  1. DÜNYA

İranda xarici internet proqramları qadagan edilir

İranda xarici internet proqramları qadagan edilir
Sakura

İranda xarici internet proqramları qadagan edilir

Hurriyyet.org xəbər verir ki, İrandakı etirazlara görə kəsilmiş internet şəbəkəsinin bərpa edilməsinin ardından ölkə liderini seçmək və ona nəzarət eləmək vəzifəsinə sahib olan Ekspertlər Məclisi xarici sosial media proqramlarının qadağan edilməsini qərara alıb.

İran dövlət televiziyasının məlumatına görə, Ekspertlər Məclisinin mətbuat katibi ayətullah Əhməd Hatəmi Ekspertlər Məclisinin Sosial, Siyasət və Mədəniyyət Komissiyasının Qum şəhərində keçirilən iclasında verdiyi açıqlamada ölkədəki son etirazlar zamanı sosial media və mesajlaşma proqramlarının “təxribatçı” rol oynadığını söyləyib.

Xarici sosial media proqramları və mesajlaşma proqramlarının fəaliyyətlərinin əngəllənməsi istiqamətində qərar verildiyini bildirən Hatəmi deyib: “Ekspertlər Şurasının Sosial, Siyasət və Mədəniyyət Komissiyası öz qərarları ilə bu şəbəkələrin ölkədəki fəaliyyətinə bundan belə icazə verilməməli olduğunu vurğulayıblar”.

Şuranın qərarının qanun kimi təsdiqlənərək qüvvəyə minib-minməyəcəyi hələlik bəlli deyil.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR