İranı zəbt edən çəyirtgələr bu ölkəyə keçdi
Koronavirusla mübarizə aparan İran, indi də çəyirtkələrin hücumuna məruz qalıb. Hətta çəyitgələr soyuq olmasına baxmayaraq Türkiyənin Hakkari bölgəsində də görülüb.
SPACE TV xəbər verir ki, Hakkarinin Yüksəkova vilayətində görünən çəyirtgənin uzunluğu 8 santimetridir. Yerli sakinlər çəyirtgələrin İraqdan bölgəyə keçə biləcəyini ehtimal edirlər.
Son zamanlar dünyanın bəzi nöqtələrində görünən çəyirtgə hücumu xüsusən də kənd təsərrüfatı üçün təhlükəli sayılır. Yayıldıqları ərazidə hər şeyi gəmirərək istifadəyə yararsız hala gətirən çəyirtgələr quraqlıq səbəbindən daha da çoxala bilirlər. Yaz-yay mövsümündə çəyirtgələrin hücumunun artacağını bildirən ekspertlər kənd təsərrüfatına ziyan dəyməməsi üçün ərazilərin dərmanlanmasının vacibliyini vurğulayırlar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət