Slimfit
  1. İQTİSADİYYAT

İranın neft naziri İsraili qaz kəmərini sabotaj etməkdə ittiham edib

İranın neft naziri İsraili qaz kəmərini sabotaj etməkdə ittiham edib
Sakura

İranın neft naziri İsraili qaz kəmərini sabotaj etməkdə ittiham edib

İranın neft naziri Cavad Ouci fevralın 14-də İsraili ölkənin magistral qaz kəmərini partlatmaq üçün təxribat törətməkdə ittiham edib.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, bu barədə İran İslam Respublikasının "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Nazirin sözlərinə görə, İsrail qismən baş tutan planı nəticəsində qaz kəmərinin yalnız bir neçə qoluna ziyan dəyib və təxribatçı dövlət məqsədinə tam nail ola bilməyib. Ouci vurğulayıb ki, partlayışdan sonra iki saat ərzində mütəxəssislər qaz təchizatını bərpa etmək üçün işə başlayıb və bu sui-qəsdin şəhər və qəsəbələrin qaz təchizatı üçün heç bir ağır nəticəsi olmayıb.

Fevralın 14-də gecə saat 1 radələrində İranın Çeharmehal və Bəxtiyariya əyalətlərində magistral qaz kəməri xəttində iki partlayış baş verib, ardınca yanğın başlayıb. Neft naziri hadisəni təxribat adlandırıb.

Fevralın 17-də “The New York Times” yazıb ki, İsrail fevralın 14-də İrandakı qaz kəmərinin iki qoluna gizli hücumlar həyata keçirdiyi güman edilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR