Slimfit
  1. DÜNYA

İsrail ordusu tərəfindən öldürülən jurnalistlərin sayı 95-ə çatıb

İsrail ordusu tərəfindən öldürülən jurnalistlərin sayı 95-ə çatıb
Sakura

İsrail ordusu tərəfindən öldürülən jurnalistlərin sayı 95-ə çatıb

Qəzza zolağındakı hökumət daha bir fələstinli jurnalistin İsrailin bombardmanları nəticəsində öldüyünü açıqlayıb.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, hökumətin Qəzzadakı Media Ofisindən verilən açıqlamada, İsrail ordusunun Qəzza zolağının mərkəzi hissələrindəki Nusayrat Qaçqınlar Düşərgəsində ailəsinin evinin bombalaması nəticəsində jurnalist Hanin əl-Kaştanın həyatını itirdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına hücumlarında həlak olan jurnalistlərin sayı 95-ə yüksəlib.

Media Ofisindən əvvəlki açıqlamada İsrailin Fələstin hekayəsini susdurmaq, faktları gizlətmək, xəbər və məlumatların regional, eləcə də, beynəlxalq ictimaiyyətə çatmasının qarşısını almaq üçün Qəzzada jurnalistləri qəsdən öldürdüyü bildirilmişdi.

Qəzzadakı Media Ofisi jurnalist Hanin əl-Kaştanın öldürülməsini də "təsadüf" hesab etmir. Onlar bu hadisənin də bilərəkdən törədildiyini güman edirlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR