Slimfit
  1. AVTO VƏ MOTO

“Jaguar” avtomobillərinin baş dizayneri şirkətdən gedib

“Jaguar” avtomobillərinin baş dizayneri şirkətdən gedib
Sakura

“Jaguar” avtomobillərinin baş dizayneri şirkətdən gedib

“Jaguar”ın baş dizayneri və bu markanın xarici görünüşünü dəyişən İan Callum öz şəxsi biznesinə görə şirkəti tərk edib. Lakin o, dizayn sahəsini tərk etməyib və özünün “Callum” adlı bürosunu yaradıb. Orada cəmi 18 işçi fəaliyyət göstərir.

Callum The New York Times- açıqlamasında bildirib ki, avtomobillər artıq gənc nəsil üçün bir o qədər də cəlbedici deyil və smartfonları, iPod-ları olan gənclər üçün bu sahə maraqlı gəlmir.

“Jaguar”da olan vaxt Callum xüsusi bölmənin, avtoşirkətin simvolu ilə bağlı geyimlərin, çantaların, qeyd dəftərlərinin və digər məhsulların dizaynını işləməsinə nəzarət edirdi.      “Mənim özümə çanta və çamodanlar, dəri məhsulları və saat hətta geyimlər hazırlamaq çox maraqlı gəlir və özümü bunda yoxlamaq istəyirəm”- deyə Callum Wallpaper jurnalına verdiyi müsahibədə bildirib.

Bununla belə o, avtomobillərdən də imtina etməyib. Belə ki, Callum avtomobil nəhəngləri ilə məsləhətçi kimi işləməyə davam edəcək. Onun bu sahədə ən böyük məyusluğu C-X75 hibrid avtomobilinin kütləvi istehsal oluna bilməməsi ilə bağlı idi. Bu maşın prototip kimi qalıb və James Bond-a həsr olunan “Spectre” filmində çəkilib. Callum XF yaradılmasını öz karyerasında  əldə etdiyi ən böyük nailiyyət hesab edir: “F-Type mənim üçün reallığa çevrilən arzu oldu” – deyə o bildirib. “ Dünyada artıq sifarişli maşınlar bazarı formalaşıb və biz belə individual avtomobil müştəri qruplarına xidmət etmək üçün yaranmışıq”-deyə Callum bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami adına Ədəbiyyat Muzeyinin binasının pəncərəsində Əfzələddin Xaqani rəsmi

Redaktor seçimi

SON XƏBƏRLƏR