Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Kamil Nəsibov Balədə oğlu

Kamil Nəsibov Balədə oğlu
Sakura

DOĞUM TARİXİ: 08/10/1946 VƏFAT TARİXİ: 29/06/1992

8 oktyabr 1946-cı ildə Laçın rayonunun Bozlu kəndində anadan olmuşdur. 1963-cü ildə orta təhsilini Laçın rayonunun Minkənd kəndində bitirir və elə həmin il ordu sıralarına hərbi xidmətə göndərilir. O, üç ildən sonra ordudan tərxis olunub Vətənə qayıdır. 1973-cü ildə o, Azərbaycan Politexnik İnstitutuna (indiki Texniki Universitet - red.) daxil olmuşdur. Ali təhsilini başa vurduqdan sonra K.Nəsibov Minkənd ərazisində yerləşən Tikinti Materialları Bazasına müdir təyin edilir.

Laçın rayonu Ermənistanla həmsərhəd olduğundan, tez-tez hücuma məruz qalırdı.

Belə bir vaxtda, rayonu müdafiə etmək lazım gəlirdi. Kamil Nəsibov 30 nəfərdən ibarət özünümüdafiə dəstəsi yaradaraq, dəstəyə rəhbərliyi öz üzərinə götürür. Yeni yaradılmış dəstə ermənilərin Gorus rayonunda yerləşən qərargahlarını yoxlamaq məsqədilə dəfələrlə kəşfiyyata çıxır, əhəmiyyətli məlumatlar əldə edirdi. Cəsur döyüşçünün Sadınlar, Çağazur, Malıbəy, Cicimli, Qazıdərə kəndlərinin düşməndən müdafiə edilməsində böyük xidmətləri olmuşdur. Laçın rayonu köçürüləndən sonra 811 saylı Laçın alayında taqım komandiri vəzifəsini yerinə yetirən K.Nəsibov, rayonun Fərəcan, Səfiyan, Xanalılar, Suarası kəndlərinin düşməndən təmizlənməsində də igidlik göstərmişdir. 29 iyun 1992-ci il “Qonaqgörməz” yüksəkliyi uğrunda gedən döyüşlər... Kamilin son döyüşü idi. Yüksəkliyi əldən verməmək üçün Kamil öz taqımı ilə hücuma keçir. Vuruşun qızğın çağında düşmənin snayperi cəsur komandiri yaralayır. Döyüşçü yoldaşları onu döyüş meydanından çıxarmağa çalışsalar da o, buna etiraz etdi. Elə döyüş meydanında da çoxlu qan itirdiyindən həlak oldu.

Ailəli idi. Dörd övladı var.

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Nəsibov Kamil Balədə oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağcabədi rayonunda dəfn edilmişdir.

Doğulduğu kənddəki Mədəniyyət evi onun adını daşıyır.

 

Mənbə: Milliqahramanlar.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1989-cu ildə üç rəngli bayrağımız ilk dəfə Gəncə Şəhər İcra Hakimiyyəti binasının üzərində dalğalanmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR