Slimfit
  1. SİYASƏT

Kamran Əliyev: “Arayik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa veriliblər”

Kamran Əliyev: “Arayik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa veriliblər”
Sakura

Kamran Əliyev: “Arayik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa veriliblər”

“Arayik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa veriliblər”.

Ens.az Oxu.az-a istinadən xəbər verir ki, bunu Azərbaycanın Baş prokuroru Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

K.Əliyev bildirib ki, Vətən müharibəsi zamanı Gəncənin dinc əhalisinin raket zərbələri ilə atəşə tutulması və mülki şəxslərin qətlə yetirilməsi ilə bağlı həmin dövrdə David Babayan, Arayik Arutyunyan, Cəlal Arutyunyan beynəlxalq axtarışa veriliblər:

“Onlardan biri artıq həbsdədir və barəsində istintaq tədbirlər aparılır. Yaxın zamanlarda Azərbaycan ictimaiyyəti bunlar və digərləri barədə ətraflı məlumat alacaqlar”.

Xatırladaq ki, Arayik Arutyunyan Azərbaycanın Qarabağ bölgəsindəki erməni quldurlarının keçmiş “prezidenti”, David Babayan “prezident aparatı rəhbərinin müavini, prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi, xarici işlər naziri və xüsusi tapşırıqlar üzrə prezidentin köməkçisi”, Cəlal Arutyunyan isə qondarma rejimin “müdafiə naziri” olublar. Cari il sentyabrın 29-da David Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar. Onlar xalq yazıçısı Anarın valideynləridir.

Redaktor seçimi

SON XƏBƏRLƏR