Slimfit
  1. CƏMİYYƏT

Kartof və soğan niyə bahadır? - İqtisadçı açıqladı

Kartof və soğan niyə bahadır? - İqtisadçı açıqladı
Sakura

Kartof və soğan niyə bahadır? - İqtisadçı açıqladı

Kartof və soğanın bahalaşması ilə bağlı əhali arasında narazılıq var. Qeyd edilir ki, bazarda “Belarus” kartofu 1 manat, Şəmkir istehsalı olan kartof isə 3 manatdır. Soğanın da qiymətində artım var, belə ki, bu tərəvəzin qiyməti 2-3 manat arasında dəyişir.

Bəs görəsən, hər zaman ucuz qiymətə aldığımız bu məhsulların bahalaşmasına səbəb nədir?

Yenipress.az xəbər verir ki, iqtisadçı-ekspert Eyyub Kərimli mövzu ilə bağlı Musavat.com-a deyib ki, hazırda kənd təsərrüfatı məhsullarının qiymətinin baha olmasına bir neçə amil təsir edir:

“Əsas üç səbəb var - inhisarçılıq, mövsümi amillər, gübrə və pestisidlərin qiymətinin artımı. Hazırda qiymət artımına bu üç amilin təsiri böyükdür. Digər tərəfdən soğan və kartofla bağlı yeni məhsulun bitməsinə qədər köhnə məhsulların qiyməti baha olaraq qalır. Bu, süni şəkildə bahalaşmaya səbəb olur. Belə ki, bəzi hallarda bu məhsulların yerlərdə ucuz olduğunu, lakin bazarlarda daha baha satıldığını müşahidə edirik. Artıq yeni məhsulların bitməsinə az qalıb, fikrimcə, qiymətlər aşağı enə bilər. Lakin bu qiymətlər ötən ilkinə nisbətən daha baha olacaq. Ötən illə müqayisədə kartof və soğanın qiymətində 40 faizə qədər, pomidorun qiymətində isə 100 faizədək artım müşahidə olunur”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR