KİV: Azərbaycandakı 'Formula 1' yarışının ləğvi yaxın günlərdə açıqlanacaq
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin rəsmən ləğv edilməsi yaxın günlərdə açıqlanacaq.
"Report" "F1News" nəşrinə istinadən xəbər verir ki, yarışın bütün işçiləri məsələ ilə bağlı məlumatlandırılıb və rəsmi açıqlama yaxın günlərdə veriləcək.
Azərbaycanla yanaşı, Sinqapur və Yaponiyadakı mərhələlər də ləğv ediləcək. Lakin Rusiya, Vyetnam, ABŞ, Meksika, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərindəki Qran-prilər reallaşacaq.
"Formula 1" rəhbərliyi bu mövsüm ən azı 15 yarış təşkil etməyi düşünür.
Qeyd edək ki, "Formula 1" üzrə dünya çempionatında ilk 8 Qran-prinin təqvim açıqlanıb. Daha əvvəl "Formula 1" rəhbərliyi Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako, Niderland və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət