Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirus beyinə nüfuz edir - ARAŞDIRMA

Koronavirus beyinə nüfuz edir - ARAŞDIRMA
Sakura

Koronavirus beyinə nüfuz edir - ARAŞDIRMA

SARS-CoV-2 virusu nöropilin-1 zülalının köməyi ilə beynə daxil olur.

Ens.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə “bioRxiv” preprint onlayn kitabxanasında yayımlanan bir araşdırmada bildirilib. Bir qrup avropalı alim aşkar edib ki, hüceyrə zülalı nöropilin-1 (NRP1) koronavirusun beyninə nüfuz etməsinə səbəb olur. Bu, COVID-19-dan dünyasını dəyişən bir xəstənin yarılması zamanı SARS-CoV-2 hüceyrələri yoluxmuş olan iybilmə epitelisində və ampulunda aşkar edilib. Mütəxəssislər koronavirusun beyin hüceyrələrində çoxalmadığını, ancaq onların ölümünə səbəb ola biləcəyi qənaətinə gəlib.

Siçanlar üzərində də aparılan sınaqlar elm adamlarının hipotezini təsdiqləyib. Virusu tanıtmaq üçün intranazal metoddan istifadə etməklə laboratoriyada COVID-19-u heyvanlara yoluxdurmağı bacarıblar.

Tədqiqatçılar bu nəticəyə gəlib ki, koronavirus gələcək bir daşıyıcının bədəninə girmək üçün hüceyrə zülalları nöropilin-1 və ACE-2 istifadə edir. Sonuncu komponentin köməyi ilə virus hissəcikləri yuxarı tənəffüs yollarında sabitlənir və çoxalma prosesinə başlayır. Hesabat nəticələrinin ölümcül xəstəliyə qarşı peyvənd yaratmasına kömək edəcəyi bildirilib.

Xatırladaq ki, may ayında İspaniyalı nevroloqlar koronavirusdan kişilərin ölümünün qadınlardan daha çox olduğunu bildirmişdi. Mütəxəssislərin fikrincə, kişilər daha çox tütündən asılıdır, bu da obstruktiv ağciyər xəstəliyi ilə birlikdə bədəndə koronavirusun olduğu ACE-2 fermentlərinin həcmini artıra bilər.

 

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR