Koronavirusla bağlı Kliniki Tibbi Mərkəzə yerləşdirilən daha 1 nəfər evə buraxıldı
Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri Bakıda koronaviruş şübhəsilə xəsəxanaya yerləşdirilən şəxslərlə bağlı birgə məlumat yayıb.
Trend-ə daxil olan birgə məlumatda bildirilir ki, hazırda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.
Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir: "Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.
Qeyd edək ki, ötən gün yayılan məlumata görə, adıçəkilən tibb mərkəzinə 7 nəfər yerləşdirilmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət