Slimfit
  1. BİOQRAFİYA

Kriştiano Ronaldo

Kriştiano Ronaldo
Sakura

Cristiano dos Santos Averio — Yuventus futbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan…

Kriştianu Ronaldu duş Santuş Aveyru(tam adı: Cristiano dos Santos Averio; d. 5 fevral 1985, Funşal, Madeyra) — Yuventusfutbol klubunun oyunçusu və Portuqaliya yığmasının kapitanı olan portuqaliyalı futbolçu. Ronaldunun Mançester Yunayted klubundan "Real Madrid"ə keçidi üçün 83 milyon funt-sterlinq (€93.9 milyon/$131.6 milyon) ödənilib. Bu da onu futbol tarixinin ən bahalı oyunçusuna çevirdi. Real Madrid ilə bağladığı müqaviləyə əsasən ildə 12 milyon avro qazanan futbolçu, dünyanın ən çox qazanan futbolçusudur. 2018-ci ildə İtaliyanın "Yuventus" klubuna keçmişdir.

 

Həyatı

Ronaldo karyerasına gənc oyunçu kimi Andorinha klubunda başlamışdır. 2 ildən sonra C.D. Nasionalklubuna keçmişdir. 1997-ci ildə Portuqaliya nəhəngi olan Sportinq Lissabon klubuna keçid almışdır. Ronaldunun gözəl oyunu Mançester Yunaytedin məşqçisi olan Aleks Ferqyusonundiqqətindən yayınmadı, elə 2003-cü ildə Kriştianu £12.24 milyon funt-sterlinqə (€15 milyon) Mançesterə transfer olundu. Növbəti mövsümlərdə o ilk mükafatını FA Kubokunu qazandı.

Ronaldu 2007-ci ildə 4 ümumi PFA və FWA mükafatını alan ilk futbolçu oldu. 2008,2013,2014,2016-cü illərdə Qızıl top mükafatını qazandı. Ronaldu həmçinin bu mükafatın 2007, 2009, 2011.2012 və 2015-ci illərdə keçirilən müsabiqələrində ikinci yeri almışdır. Kriştianu həmçinin 2008,2011,2014,2015-ci ildə Avropa Qızıl Butsi Mükafatının sahibi oldu və bu mükafatı 4 dəfə qazanan ilk və hələki tək futbolçudur. Ronaldu 2008-ci ildə dörd əsas PFA and FWA kuboklarından hesab olunan FIFPro İlin Futbolçusu, World Soccer İlin Futbolçusu, Onze d'Or və FİFA Dünyada İlin Futbolçusumükafatlarına layiq görülüb. 2008,2013 və 2014-cü illərdə isə FYA İlin Futbolçusu adını qazandı. Ronaldu 2009-cu ildə FİFA Puskas Mükafatının ilk qalibi olmuşdur.Ronaldu Real Madrid tarixinin ən qolçu oyunçusudur.O həmçinin UEFA Çempionlar Liqası tarixindədə ən çox qol vurmuş futbolçudur.Potuqaliya yığmasında 132 oyunda 61 qol vuran Ronaldu yığma tarixində ən çox oyun keçirmiş və ən çox qol vurmuş oyunçudur.Kriştianu Ronaldu çıxış etdiyi Real Madrid klubunun heyətində 2011-12 mövsümündə bütün klubların qapısına yol taparaq,bir mövsüm ərzində bütün komandalara qol vuran ilk futbolçu olmuşdur.Ronaldu hələ 23 yaşındaykən çıxış etdiyi Mançester Yunayted klubunun heyətində çempionatın bombardiri olmuşdur və dünya futbol tarixində 31 qolla bombardir olan ilk və tək sol cinah yarımmüdafiəçisi kimi də adını tarixə yazdırmışdır.Kriştianu futbol tarixində 4 fərqli Avropa Çempionatında qol vuran yeganə futbolçudur,həmçinin 9 qolla Avropa Çempionatı tarixində ən çox qol vurmuş oyunçudur.Portuqaliyalı 2004,2006,2008,2010,2012,2014,2016-cı illərdə keçirilmiş Dünya və Avropa çempionatlarında qol vurmaqla,7 fərqli böyük turnirdə qol vurmuş tək futbolçu olmuşdur.Kriştianu Ronaldu 21-ci əsrin bombardiridir.Belə ki,müasir futbolda bütün futbolçular qol sayına görə portuqaliyalı "Futbol Kralı"ndan geridə qalır. Ronaldu hal hazırda əksər futbol mütəxəsisləri tərəfindən dünyanın ən yaxşı futbolçusu kimi qiymətləndirilir və bir çox futbol şərhçiləri,idman yazarları və mütəxəsislər tərəfindən futbol tarixinin gəlmiş keçmiş ən nəhəng oyunçularından biri kimi qəbul edilir.Kriştianu təkcə hələ Real Madriddə 403 qol vurub.

 

Klub karyerası

Kriştianu Ronaldu Mariya Doloreş duş Santuş Aveyru və Joze Dinişa Aveyru (1954-2005) ailəsində anadan olmuşdur. Kriştianu Ronaldu ailədə dördüncü uşaq olmuşdur, böyük qardaşı Uqu (d. 1975) və iki bacısından sonra Elma (1974-ci il), Liliana Katya (1976-cı il).

 

Erkən karyerası

Hələ 8 yaşındaykən atasının avadanlıq meneceri vəzifəsində çalışdığı həvəskar komanda olan Andorinha klubunda oynayırdı. O, 14 yaşında olarkən anasının razılığı ilə futbol oynamağa başlamışdır. Conalklubundan bir müddət oynadıqdan sonra Sportinq Lissabon klubu ilə bilinməyən məbləğdə müqavilə imzaladı. Burada ulduzu parlayan Ronaldunun növbəti komandası Manchester United olacaqdı.

 

Maraqlı faktlar

  • Kriştiano Ronaldo tez-tez qan verdiyinə görə bədənində döymə yoxdur.
  • Futbolçunun adını atası Ronald Reyqanın şərəfinə ABŞ-ın keçmiş prezidentinin adına uyğunlaşdırıb.
  • Peşəkar olmamışdan əvvəl "Andorinha", "CD Nacional" və son olaraq, "Sportinq Lissabon" klublarının gənc komandalarında oynayan K.Ronaldo, U17 Portuqaliya milli komandasında da diqqəti çəkib.
  • Ronaldonun uşaqlıqdan pərəstiş etdiyi komanda "Benfika" olub.
  • 15 yaşındaykən Ronaldonun ürəyində problem aşkarlanıbmış. Bu səbəbdən də futbolçunun oynadığı "Sportinq” klubu bu vəziyyətdən xəbərdar edilib və oyunçunun anasına Ronaldonun xəstəxanada yatmasının vacib olduğu bildirilib. Ronaldo ürəyindəki həmin problem səbəbindən əməliyyat olunub. Aylar sonra isə futbolçu yenidən təlim-məşqlərə başlayıb.
  • 16 yaşında olarkən “Liverpul”un o zamankı baş məşqçisi Jerar Ule tərəfindən kəşf edilib. Amma “Liverpul” rəhbərliyi, Ronaldonun hələ çox gənc və özünü daha da inkişaf etdirməli olduğuna qərar verərək onu kluba almağı rədd etmişdi.
  • O, 2003-ci ilin yayında "Mançester Yunayted"in baş məşqçi Aleks Fergyusonun diqqətini çəkib və bu komandaya transfer edilib.
  • Ronaldo "Mançester Yunayted"in ilk portuqaliyalıoyunçusu olub.
  • Ronaldo üçün 2007-2008 mövsümü, "Portsmut"lu oyunçu Riçard Hyuza kəllə vurduğu matçda qırmızı kart görməsiylə yadda qalıb. Çünki həmin dövrdə o, 3 oyunluq cəza almışdı. Ronaldo bu təcrübədən sonra çox şey öyrəndiyini və gələcəkdə rəqib oyunçuların onu matç zamanı əsəbləşdirməsinə imkan verməyəcəyini bildirmişdi.
  • 2008-ci ilin mart ayının 19-da “Mançester Yunayted"in İngiltərə və Avropa kuboklarında oynadığı cəmi 37 matçda 35 qola vurmaqla, ilk dəfə 2007-08 Avropa Qızıl Ayaqqabı Mükafatına layiq görülüb.
  • Ronaldo Portuqaliya milli komandasının tərkibində ilk dəfə 2003-cü ilin avqust ayında çıxış edib. Portuqaliyalılar həmin oyunda Qazaxıstanı 1:0 hesabı ilə məğlub etmişdilər. Daha sonra 2004-cü ilin Avropa Çempionatı üçün heyətə dəvət olunmuşdu.
  • "Mançester Yunayted"dən "Real Madrid”ə 96 milyon dollara transfer olunub. Beləliklə də ən bahalı futbolçu statusu qazanmışdı. Bundan əlavə, klub futbolçunun özünə hər il 12 milyon avro ödəyir.
  • "Forbes"ə görə, K.Ronaldo 2008-ci ildə dünyanın ən çox qazanan 5-ci futbolçusu olub (21 milyon dollarlıq gəlirinin 12 milyon dollarını "Real Madrid"dən, 9 milyon dollarını isə Nike və Coca Cola kimi şirkətlərin etdiyi sponsorluqdan əldə edib).
  • Ronaldo, 2007-ci ildə döş xərçəngi olan anasının müalicə edildiyi xəstəxanaya, 2009-cu ilin mart ayında 123.000 avro bağışlayıb. Bununla da anasının həyatını qurtaran həkimlərə və tibb bacılarına çox minnətdar olduğunu bildirib.
  • “Mançester Yunayted”in şərəfini qoruduğu zamanlarda, 2008-ci ildə Ronaldo "Qızıl Top" mükafatına sahib olub və 2008-2011-ci illərdə 2 dəfə “Qızıl Butsi” mükafatına layiq görülüb.
  • Son olaraq, dünyanın məşhur futbol ulduzu, portuqalyalı K.Ronaldu müsəlman dünyasının da ürəyini fəth edib. İsrailinFələstinibombardman etməsinə etiraz edən Ronaldu Fələstin dövlətinə 1.5 milyon avro yardım edib. Ronaldu aldığı “Qızıl Ayaqqabı”nı satışa çıxardıb. Və satışdan əldə olunan pulu fələstinli uşaqlara bağışlayıb.

 

Kriştianu Ronaldu və Lionel Messi. 9 fevral 2017

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR