Slimfit
  1. MARAQLI

Lavanda: gözəl ətri ilə yanaşı dərdlərə dərmandır - Vannasını qəbul edin...

Lavanda: gözəl ətri ilə yanaşı dərdlərə dərmandır - Vannasını qəbul edin...
Sakura

Lavanda: gözəl ətri ilə yanaşı dərdlərə dərmandır - Vannasını qəbul edin...

Lavanda bitkisinin həm çiçəkləri, həm yarpaqları və gövdəsi, həm də toxumları olduqca faydalıdır. 
 
Bizim ölkədə o qədər yayılmış olmasa da, Avropada demək olar bütün ölkələrdə lavanda plantasiyaları salınır. Lavanda bitkisi gözəl olmaqla yanaşı, həm də faydalıdır. Belə ki, lavandanın həm ətri, həm də çayı insanların əsəblərini çox sakitləşdirir.
 
Medicina.az xəbər verir ki, lavanda bitkisinin bütün hissələrində efir yağları toplanır. Lakin çiçəklərdə onun miqdarı daha çox 0,8-3,0 %-ə qədərdir. Lavanda yağının əsas komponenti ( tərkib hissəsi) linalilasefat (30-56 %) və linalol (10-12 %) hesab edilir. Lavanda yağı və ondan alınan məhsullar (efir yağı, quru çiçək qrupu) ətriyyat - kosmetika sənayesində, qida və əczaçılıq sənayesində, tibdə və məişət kimyasında istifadə edilir. 
 
Lavanda mavi, açıq bənövşəyi rəngli gözəl ətirli çiçəkləri olan bitkidir. Gözəlliyindən əlavə lavanda həm də faydalı dərman bitkisi hesab olunur. 
 
Qədim təbabətdə lavandadan hazırlanan universal dərman ağrı, yanıq, spazm, yaralar və soyuqdəymə zamanı tətbiq edilirdi. 
 
Müasir farmakologiyada da lavandanın tərkibində olan linalool, linalilasetat efirləri müalicə məqsədilə tətbiq edilir. Lavanda yağı dəri üzərinə çəkildikdə üzdə olan civzə səpgilərini təmizləyir, daxilə qəbul zamanı isə iştahanı artırır. 
 
Lavanda çiçəklərindən hazırlanan dəmləmə bağırsaq koliklərində tətbiq edilir. Vanna qəbul edən zaman suya bu dəmləmədən əlavə edilməsi sinirləri sakitləşdirir, saçları yaxaladıqda isə kəpəyi aradan qaldırır. 
 
Spirtli məhlulu isə baş ağrısını azaldır, miqreni müalicə edir, artrit və revmatizm zamanı ağrıları sakitləşdirir.  
 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR