Slimfit
  1. SİYASƏT

Lavrovdan Qarabağ ermənilərinə: Bunu Bakı ilə həll etmək olar

Lavrovdan Qarabağ ermənilərinə:  Bunu Bakı ilə həll etmək olar
Sakura

Lavrovdan Qarabağ ermənilərinə: Bunu Bakı ilə həll etmək olar

"Qərb Ermənistan, Rusiya Federasiyası və Azərbaycan arasında bağlanmış üçtərəfli sazişləri qüvvədən salmağa çalışır, bütün bu işlərə özü nəzarət etməyə can atır və Moskvanın fəal iştirakını nəzərdə tutan əsas prinsiplərə birbaşa zərbə vurur".

Redaktor.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.

"Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının təmin edilməsi məsələsi Bakının nümayəndələri ilə həll edilməlidir, biz tərəfləri buna təşviq edirik", - deyə Lavrov söyləyib.

Mirzoyan həmkarını onun üçün əlverişli vaxtda İrəvana səfərə dəvət edib. Ermənistan XİN başçısı İrəvanın ayrı-ayrı Rusiya vətəndaşlarını, o cümlədən jurnalistləri respublikaya buraxmamaq qərarını şərh etməkdən imtina edib.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Elütera adası - Karib dənizi ilə Atlantik okeanın görüş nöqtəsi adlanır

Redaktor seçimi

SON XƏBƏRLƏR