Slimfit
  1. QƏHRƏMANLAR VƏ ŞƏHİDLƏR

Lələyev İbrahim Həzrətqulu oğlu

Lələyev İbrahim Həzrətqulu oğlu
Sakura

İkinci Qarabağ müharibəsi şəhidi

İbrahim Həzrətqulu oğlu Lələyev 25 avqust 1996-cı ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub. 🇦🇿

2002-2014-cü illərdə Elşad Ağayev adına Hişkədərə kənd tam orta məktəbində təhsil alıb. 

6 İyul 2015-ci ildən 2 yanvar 2017-ci ilədək həqiqi hərbi xidməti Qazax rayonunun Kəmərli kəndində yerləşən «N» saylı hərbi hissədə keçirib. 

2016-cı il aprel döyüşlərində iştirak edib. 29 sentyabr 2020-ci ildə könüllü olaraq cəbhəyə yollanıb.

27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsində sücayət göstərən İbrahim Lələyev qəhrəmancasına Şəhid oldu. 🇦🇿

10 oktyabr 2020-ci ildə Şəhid İbrahim Həzrətqulu oğlu Lələyevin nəşi Hişkədərə kəndində izdihamla dəfn olundu.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən İbrahim Həzrətqulu oğlu Lələyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. 🇦🇿

Allah rəhmət eləsin!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhər əhalisi öldürülən azərbaycanlıların yanında. Bakı, 1918-ci il. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı Soveti və Erməni Daşnak Partiyasından olan silahlı dəstələr tərəfindən 12

Redaktor seçimi

SON XƏBƏRLƏR