Leyla Əliyevanın dəstəyi ilə azərbaycanlı tələbələr Rusiyadan vətənə gətiriliblər
Koronavirus (COVİD-19) infeksiyasının dünyada pandemiya halını aldığı və ölkələrin bununla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər gördüyü, o cümlədən təhsil müəssisələrində tədrisin dayandırıldığı məlumdur. Bu xüsusda, Rusiyanın müxtəlif ali təhsil müəssisələrinin tələbə yataqxanalarının karantinə bağlanması ilə əlaqədar bu şəhərdə təhsil alan bəzi azərbaycanlı tələbələr yaşayış yeri problemi ilə üzləşiblər.
"Report"un xəbərinə görə, bu mürəkkəb vəziyyətlə qarşılaşan tələbələrimizin müraciətlərini nəzərə alaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (AMOR) sədri Leyla xanım Əliyevanın tapşırığı ilə təşkilat Rusiyada təhsil alan azərbaycanlı tələbələrin Azərbaycana qayıtmasını təmin edib.
Ötən gecə vətənə qayıdan tələbələrin səhhətlərində heç bir problem aşkarlanmayıb.
Xarici ölkələrdə təhsil alan digər tələbələrin məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, karantin qaydalarına riayət etmələri, təxliyə zərurəti yarandığı halda təcili olaraq həmin ölkələrdəki səfirliklərimizə və digər aidiyyəti olan təşkilatlara məlumat vermələri tövsiyə olunur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət