Dərc edildi: Baxış sayı: 238
Lirə ucuzlaşmaqda davam edir - Yeni rekord
Türkiyədə dollar yenidən bahalaşaraq tarixi rekordunu yeniləyib.
Ens.az Ölkə.az-a istinadən xəbər verir ki, səhər saatlarında dollar 23,65 lirəyə, avro isə 25,53 lirəyə yüksəlib.
USD/TRY nisbəti ötən həftənin son ticarət günündə 23,50 səviyyəsini keçsə də, günortadan sonra enişlə həftəni 23,41 səviyyəsində başa vurmuşdu.
Qeyd edək ki, Türkiyə milli valyutası Azərbaycan manatı qarşısında da tarixi minimumunu yeniləyib. Lirə ötən rəsmi məzənnə ilə müqayisədə 0,55% geriləyərək 0,0720 manat olub. İyun ayı ərzində isə lirəninin məzənnəsində 12,1% azalma müşahidə olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət