Dərc edildi: Baxış sayı: 5429
Makron Aralıq dənizini münaqişə teatrı adlandırıb
Fransa lideri Emmanuel Makron, Cənubi Avropa ölkələri sammitindən sonra təşkil olunan mətbuat konfransında Aralıq dənizi bölgəsinin qarşıdurma teatrına çevrildiyini açıqlayıb.
"Aralıq dənizimiz bu gün Suriya və Liviyada davam edən bir qarşıdurmaların teatrına çevrilib. Bölgədə hegemon motivləri əldə rəhbər tutan tarixi güclər qeyri-sabitlik yaratmağa çalışır", Makron deyib.
Ens.az İnterAz-a istinadən xəbər verir ki, Makron, Türkiyə və Rusiyanın bölgədəki rolundan narahatlığını ifadə edib.
"Bu kontekstdə, bölgə ölkəsi olaraq Aralıq dənizində konstruktiv siyasət yürütmək və bölgədə sabitlik yaratmaq üçün yollar və vasitələr tapmağa görə məsuliyyət daşıyırıq", o deyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət