Slimfit
  1. BİOQRAFİYA

Mark Ruffalo

Mark Ruffalo
Sakura

Mark Ruffalo

Mark Ruffalo (ing. Mark Alan Ruffalo, 22 noyabr 1967, Kenoşa, Viskonsin, ABŞ) - Amerikalı aktyor. "Emmi" (2014) və "SGA Awards" (2015) mükafatlarının laureatı. "Oskar" (2011, 2015, 2016), BAFTA (2011, 2015, 2016) və "Qızıl qlobus" (2015 (2 dəfə), 2016) mükafatlarının nominantı. Əsas məşhurluğunu Zodiak (2007), Qisasçılar (2012), Yalan illüziyası (2013), Qisasçılar: Altron dövrü (2015), Tor: Raqnarök (2017) filmləri ilə qazanmışdır.

 

Həyatı

Mark Ruffalo 1967-ci ildə Viskonsin ştatının Kenoşa şəhərində olub. Atası italyan olan aktyorun anası isə həm İtaliya, həm də Kanada kökənlidir. Ruffalo erkən yaşından aktyorluq sənətini seçir və teatrda çıxış etməyə başlayır. Ruffalo karyerasının əsas rollarını bu əsrin başlağıncından etibarən oynamağa başlayır. 2000-ci ildə Kennet Lonerqanın "Mənə arxalana bilərsən" dram filmində oyunu uğurlu alınır və film bir çox mükafatlar qazanır. Bu film aktyorun filmoqrafiyasında təkanverici rol oynayır. Daha sonrakı illərdə o "XX/XY" (2002) , "Mənsiz həyatım" (2003), "Kəsikdə"(2004), "Biz artıq burda yaşamırıq" (2004), "30dan 13-ü" (2004) və "Səma və yer arasında" (2005) kimi filmlərdə oynayır.

2007-ci ildə 60-cı illərin sonunda Kaliforniya ştatında tüğyan edən seriya qatillə bağlı ərsəyə gətirilmiş "Zodiak"filmində oynadığı Devid Toski rolu Ruffalonun karyerasında yeni səhifə açır.

2010-ci ildə aktyor "Uşaqlar yaxşıdır" filmində yer alır. Bu film ona ilk "Oskar" nominasiyasını gətirir (ən yaxşı ikinci plan kişi rolu).

Ruffalonun 2010-cu ildəki digər bir filmi Martin Skorsezenin "Zidan adası" filmi olur. Bu filmdə o Leonardo Di Kaprio, Ben Kinqsli ilə birlikdə əsas rollardan birini oynayır.

2011-ci ildən aktyor Marvel Kinematoqrafiya Kainatı filmlər seriyasında əsas komiks qəhrəmanlarından "Halk"ı (Brüs Benneri) oynamağa başlayır. İlk belə film "Qisasçılar" (2012) filmi oldu. Ruffalo "yaşıl bədheybət" rolu ilə "Dəmir adam 3" (kameo) (2013), "Qisasçılar: Altron dövrü" (2015), "Tor: Raqnarök" (2017), "Qisasçılar: Sonsuzluq müharibəsi"(2018) filmlərində qayıtdı. 2019-cu ildə "Qisasçılar" tetralogiyasından "Qisasçılar: Final" filmi işıq üzü görəcək.

2015-ci ildə "Tülkü ovçusu", 2016-cı ildə isə "Diqqət mərkəzində" filmlərində oynadığı rollara görə "Oskar"a namizəd olsada Ruffalo hər iki halda əsas film mükafatını qazana bilmədi.

 

Şəxsi həyatı

Sanrayz Koini ilə evli olan Mark Ruffalonun 2 qız və 1 oğlan övladı var.

2001-ci ildə Aktyorun beynində şiş aşkarlanır. Şiş xoşxassəli olur və əməliyyatla götürülür. Ancaq xəstəliyin təsirindən onun üzün ifliclik yaranır. İfliclik müəyyən müddətdən sonra keçsədə sol qulaqdan kar olmuşdur.

2008-ci ildə Ruffalonun qardaşı Skott evində güllələnir və 1 həftə sonra həyatını itirir.

Ruffalo həmçinin siyasi fəaldır. Aktyor Cor Buşun dövründə İraqda gedən hərbi əməliyyatlara qarşı çıxıb. Bundan başqa o ABŞ-ın indiki prezidenti Donald Trampın əleyhdarıdır.

 

Filmoqrafiyası

il Filmin adı Orjinal adı Rol
1993 Sənin üçün mahnı A song for you Qas Devison
1994 Ayna,Ayna 2: Qarğanın rəqsi Mirror, Mirror 2: Raven Dance Kristian
1994 Orda mənim gözəlçəm gedir There Goes My Baby Cey Di
1995 Göylərin hədiyyəsi A Gift from Heaven  
1996 Marti Faynın talei The Destiny of Marty Fine Brett
1996 Stamatoloq The Dentist Stiv Landers
1996 Qan pulu Blodd Money Ettorni
1996 Ayna,Ayna 3: Müşahidəçi Mirror, Mirror 3: The Voyeur Coui
1997 Miladın II günü On the 2nd Day of Christmas Bert
1998 Təhlükəsiz adam Safe Man Frenk
1998 54 54 Rikko
1998 Hudini Houdini Teo
1999 Vannada balıq A Fish in the Bathtub Coel
1999 Şeytanla getmək Ride with the Devil Alf Bouden
2000 Sadiq Committed Ti-Bou
2000 Mənə arxalana bilərsən You Can Count on Me Terri Preskot
2001 Həyat/Rəsm Life/Drawing Aleks
2001 Sonuncu Qəsr The Last Castle İets
2002 XX/XY XX/XY Koulz
2002 Küləklə danışanlar Windtalkers Pappers
2003 Mənsiz həyatım My Life Without Me Li
2003 Görünüş yuxarıdan yaxşıdır View from the Top Ted Stüart
2003 Kəsikdə İn the Cut Covanni Maelloy
2004 Biz artıq burda yaşamırıq We Don’t Live Here Anymore Cek Linden
2004 Təmiz zəkanın sonsuz parıltısı Eternal Sunshine of the Spotless Mind Sten
2004 30dan 13ü 13 Going on 30 Mett Flemxaff
2004 Həmiştirakçı Collateral Detektiv Fenninq
2005 Səma və yer arasında Just Like Heaven Devid Ebbot
2005 Şaiələr gəzir Rumor Has It… Ceff Deyli
2006 Bütün kralların adamları All the King’s Men Adam Stenton
2007 Zodiak Zodiac Devid Toski
2007 Bron edilmiş yollar Reservation Road Duayt Arno
2008 Korluq Blindness həkim
2008 Blum qardaşları The Brothers Bloom Stiven
2008 Nə səni öldürmür What Doesnt Kill You Brayan Reyli
2009 Bədheybətlər yaşayan yer Where the Wild Things Are Maksın anasının dostu
2010 Uşaqlar yaxşıdır Kids Are All Right Pol
2010 Zindan adası Shutter İsland Çak Oul/həkim Lester Şin
2010 Görüş gecəsi Date Night Bred Sallivan
2011 Marqaret Margaret Ceyson Berstoun
2012 Qisasçılar The Avengers Brüs Benner/Halk
2013 Dəmir adam 3 İron Man 3 Brüs Benner/Halk
2013 Yalan illüziyası Now You See Me Dilan Rods
2013 Yenidən başla Begin again Den Malliqan
2014 Sonsuz Aģ ayı Infinitely Polar Bear Kemeron Stüart
2014 Tülkü ovuçusu Infinitely Polar Bear Deyv Şulç
2014 Normal ürək The Normal Heart Ned Uiks
2015 Qisasçılar: Altron dövrü The Avengers: Age of Ultron Brüs Benner/Halk
2015 Diqqət mərkəzində Spotlight Maykl Rezendes
2016 Yalan illüziyası 2 Now You See Me 2 Dilan Rods
2017 Tor: Raqnarök Thor: Ragnarök Brüs Benner/Halk
2018 Qisasçılar: Sonsuzluq müharibəsi Avengers: Infinity War Brüs Benner/Halk
2019 Qisasçılar :Final Avengers: Endgame Brüs Benner/Halk
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Süleyman Rüstəmin bacısı yazıçı Cəlal Bərgüşadın həyat yoldaşı idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR