4 iyun 2020, cümə axşamı
.
.
chevron_left chevron_right
AZƏRBAYCANLI

Mavzoleyin tribunasından Qələbə Paradını qəbul edən azərbaycanlı

Mavzoleyin tribunasından Qələbə Paradını qəbul edən azərbaycanlı

621 Baxış
Mavzoleyin tribunasından Qələbə Paradını qəbul edən azərbaycanlı

Böyük Vətən Müharibəsini "motorların müharibəsi" adlandırırlar. Daha güclü və davamlı olduğu ortaya çıxan tərəf, döyüş meydanında düşməni üzərində üstünlük əldə edirdi.

Hamıya məlumdur ki, istənilən daxili yanma mühərrikinin xarakteristikalarının yaxşılaşmasına, deməli, onun daha yüksək sürətə və şaxtaya davamlılığına, keyfiyyətli yanacaq xidmət edir.

24 iyun 1945-ci il, Qırmızı Meydanda Qələbə Paradı. Mavzoleyin tribunası

Bu, xüsusən aviasiyaya aiddir, çünki qanadlı nəqliyyat vasitələrini doldurmaq üçün yüksək oktanlı benzin istifadə olunur, SSRİ isə 1941-1942-ci illərdə onun çatışmazlığı ilə üzləşdi. 

Bunun səbəbi, 1942-ci ilin noyabrına qədər yerli neftayırma zavodlarının əksəriyyətinin alman qoşunları tərəfindən tutulması (Droqobıç, Krasnodar, Odessa, Nadvoryansk və Xerson zavodları) və ya düşmənin bombardmançı təyyarələrinin, eləcə də ağır artilleriyasının bombardman etdiyi ərazidə olması idi (Moskva, Saratov, Şızran, Tuapsi, Qroznı zavodları).

Bu fonda görkəmli Azərbaycan alimi Yusif Məmmədəliyevin işi sözün əsl mənasında dövlət əhəmiyyəti qazandı. Onun rəhbərliyi altında aparılan tədqiqatlar aviasiya yanacağının sənaye miqyasında komponentlərini sintez etməyə imkan verdi. Bu, toluol istehsalını ən azı 2 dəfə artırmağa imkan verən üsulun kəşfi sayəsində əldə edildi. O dövrdə dünya elmində oxşar nəticənin analoqu yox idi.

Yusif Məmmədəliyev (ən solda)

Məlumat üçün deyək ki, toluol neftin emalı zamanı əmələ gələn və yüksək oktan sayına malik rəngsiz bir mayedir. Bu xüsusiyyət, toluolun benzinə oktan artıran bir əlavə kimi istifadəsini təmin edir, bundan sonra təyyarə çənlərini doldurmaq üçün yararlı olur.

Məmmədəliyev öz inqilabi metodunu bu məqsəd üçün tamamilə yararsız, Bakıda yerləşən kiçik benzin təmizləyici zavodda tətbiq etməli oldu. Bununla belə, toluolun sənaye istehsalı rekord müddətdə: iki aya quruldu. 

Təyyarə İL-2

Və artıq 1943-cü ildə, böyük müharibənin dönüş anında, "Zavod №10" adlı dövlət planlarında və hesabatlarda iştirak etmiş qazolinlə işləyən zavodun məhsulu Kursk döyüşündə iştirak edən təyyarələrin çənlərinə doldurulurdu.

Bu münasibətlə 2-ci Hərbi Ordu komandiri, aviasiya general-polkovniki Stepan Krasovski xatirələrində yazırdı: “Müharibənin çətin illərində təyyarələrin hər biri gündə 4-5 döyüş uçuşu həyata keçirirdi. Benzin məsələsində pilotlar sakit idilər. Onlar arxa cəbhənin qəhrəman işçiləri - Bakı neftçilərinin onlarla birlikdə mübarizə apardıqlarını bilirdilər. Onların cəbhəyə verdiyi yanacaq nasist Almaniyası üzərində qələbəni təmin edən bir sıra vacib əməliyyatlara kömək etdi. ”

Elə həmin il yüksək oktanlı aviasiya benzinini əldə etməyə imkan verən elmi kəşfinə görə, professor Yusif Məmmədəliyev, Sergey İlyuşin, Aleksandr Yakovlev (təyyarə dizaynerləri) və Aleksandr Mikulin (təyyarə mühərrikləri mütəxəssisi) kimi möhtəşəm insanlarla bərabər Stalin Dövlət Mükafatına layiq görüldü. 1944-cü ilin yanvarında Yusif Məmmədəliyev cəbhəni aviasiya benzini ilə təmin etdiyinə görə Sovet İttifaqının ən yüksək dövlət mükafatı olan Lenin ordeni ilə təltif edildi.

Alimin işinin əhəmiyyətinin dərəcəsini göstərən digər bir fakt isə 1945-ci il iyunun 24- də Qırmızı Meydandakı tarixi Qələbə Paradında, ölkənin ilk şəxsləri - Molotov, Kalinin, Voroşilov və Siyasi Büro üzvlərinin iştirak etdiyi mavzoleyin tribunasında ona da xüsusi yer ayrılması idi.

Bakıda Yusif Məmmədəliyevin abidəsi


Tərcüməçi: Fəxri Qocayev


Mənbə: Территория интеллекта




Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Sahildə maraqlı tavanı olan kafe
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ
Oxşar xəbərlər

X