“Mayın 4-də tədris prosesi birdəfəlik açılmayacaq” - Ekspert
Karantin rejimi qaydaları ilə bağlı yeni tarixin açıqlamasından sonra ictimaiyyəti düşündürən əsas məsələlərdən biri tədris prosesinin necə və nə vaxt bərpa olunacağıdır.
Buna səbəb sosial şəbəkələrdə mart və aprel aylarında yaranmış dərs boşluğunun yay aylarında doldurulacağına dair məlumatların yayılmasıdır.
Təhsil üzrə ekspert Kamran Əsədov Baku TV-yə bildirib ki, may ayının 4-də tədris prosesi birdəfəlik olaraq açılmayacaq:
“Bu, mərhələli şəkildə həyata keçiriləcək. İlk olaraq yuxarı sinif şagirdlərinin dərsləri bərpa olunacaq. Çünki bu il onların buraxılış və qəbul imtahanları var. Tədris prosesinin yay aylarında davam etdirilməsi ilə bağlı yayılan məlumata gəldikdə, bununla bağlı hələlik heç bir rəsmi qərar qəbul olunmayıb. Amma yeni dərs ilinin sentyabrda yox, daha tez başlaması istisna olunmur”.
K.Əsədovun sözlərinə görə, Azərbaycanda iyul ayında tədris nəzərdə tutulmur:
“Ola bilsin ki, növbəti tədris ilinin başlanması sentyabrın 15-də yox, avqustun 15-də həyata keçirilsin. Amma bu, bütün gün yox, səhər saat 8-dən 10-a qədər olan müddətdə baş tutsun”.
Ekspert qeyd edib ki, Azərbaycanda iyulda və avqust ayının ilk 15 günündə orta temperatur 40-45 dərəcə olur. Bu da şagirdlərdə günvurma kimi hallara səbəb ola bilər.
Mənbə: Sherg.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlətDaha Çox