Slimfit
  1. CƏMİYYƏT

Mədəniyyət Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Mədəniyyət Nazirliyində yüksək vəzifəyə TƏYİNAT
Sakura

Mədəniyyət Nazirliyində yüksək vəzifəyə TƏYİNAT

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Aparatına rəhbər təyin olunub.

Ens.az Redaktor.az-a istinadən xəbər verir ki,mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Mustafa Abbasbəyli bu vəzifəyə təyin edilib.

Mustafa Aslan oğlu Abbasbəyli 1980-ci ildə anadan olub.

1996–2000-ci illərdə Xəzər Universitetinin Hüquq və sosial elmlər fakültəsində beynəlxalq hüquq ixtisası, 2000–2001-ci illərdə Türkiyənin Ege Universitetinin (İzmir) Türk dili və ədəbiyyatı fakültəsində türk dili ixtisası üzrə təhsil alıb.

2001–2003-cü illərdə isə Ankara Universitetinin Hüquq fakültəsində xüsusi hüquq ixtisası üzrə magistratura pilləsində oxuyub.

2009-cu ildə dissertasiya müdafiə edərək hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

M.Abbasbəyli 2019– 2020-ci illərdə Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müşaviri vəzifəsində çalışıb.

2020-ci ildən son təyinatadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyi İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

O, həmçinin 2007-ci ildən Azərbaycan Vəkillər Kollegiyasının üzvüdür.

50-dən artıq elmi əsərin, o cümlədən 2 kitabın müəllifi, 3 kitabın isə həmmüəllifidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nyu-Yorkda Yeni ilin qeyd olunması - 1937-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR