Slimfit
  1. CƏMİYYƏT

Məhkəmədən Ələsgər Məmmədli ilə bağlı qərar

Məhkəmədən Ələsgər Məmmədli ilə bağlı qərar
Sakura

Məhkəmədən Ələsgər Məmmədli ilə bağlı qərar

Toplum TV işi üzrə həbs edilən Ələsgər Məmmədlinin ev dustaqlığına buraxılması ilə bağlı iclas keçirilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,Xətai Rayon Məhkəməsində baş tutan prosesdə müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə qaldırdıqları vəsatəti geri götürüb.

Xatırladaq ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsində bu il martın 9-da keçirilən iclasda onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, martın 6-da sosial şəbəkələrdə “Toplum TV”nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçirilməsi barədə məlumat yayıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR