Slimfit
  1. MEDİA

MEK-də 20 Yanvar hadisələrinə həsr olunmuş “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

MEK-də 20 Yanvar hadisələrinə həsr olunmuş “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib
Sakura

MEK-də 20 Yanvar hadisələrinə həsr olunmuş “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

MEK-də 20 Yanvar hadisələrinə həsr olunmuş “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 20 Yanvar hadisələrinin 32-ci ildönümünə həsr olunmuş “Tariximizin şərəf və qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirilib. 

AMEA-nın elmi-tədqiqat institutlarının, MEK oxucularının və əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə MEK-in baş direktoru, professor Məmməd Əliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisədən, xalqın milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəsindən danışıb. Baş direktorun sözlərinə görə, həmin gün Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərir. Bildirilib ki, Azərbaycanın istiqlalı uğrunda canlarını qurban verən şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Tədbir iştirakçılarına o dövrki ictimai-siyasi proseslər barədə məlumat verən professor Məmməd Əliyev həmin illərdə 20 Yanvar faciəsinə ilk olaraq öz münasibətini ümummilli lider Heydər Əliyevin bildirdiyini vurğulayıb. Dahi rəhbər Heydər Əliyev 1990-cı il yanvarın 21-də faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ rəhbərliyini kəskin şəkildə tənqid edib. SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.

Vurğulanıb ki, bu gün Azərbaycan regionda  və dünyada yeni reallıqlar yaradan qalib ölkədir. Ulu Öndər Heydər Əliyevin uzaqgörən, düşünülmüş siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, tarixi həqiqətlərimiz əsaslı şəkildə təbliğ edilir. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri əvəzsizdir.

Çıxışı zamanı baş direktor gələcək nəsillərə 20 Yanvar faciəsinin tarixi köklərini və baş vermə səbəblərini çatdırmaqda aparılan elmi araşdırmaların böyük əhəmiyyətini də vurğulayıb. Bu istiqamətdə MEK-də fəaliyyət göstərən “Qarabağ müharibəsi qəhrəmanları” fondunda toplanan nəşrlərin tədqiqatçılar üçün əvəzsiz mənbə olacağından əminliyini dilə gətirib.

Daha sonra 20 Yanvar hadisələri zamanı şəhid olan tələbə, şair Ülvi Bünyadzadənin ailə üzvü, Azərbaycanın görkəmli alimi, professor Almaz Ülvi  çıxışı zamanı şəhidlərin qanının hədər axmadığını, bugünkü müstəqilliyimizin bünövrəsinin o dövrdə qoyulduğunu vurğulayıb. O, Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin, o cümlədən gənc ömrünü Vətənimizin azadlığı uğrunda yandıran, istedadlı tələləbə Ülvi Bünyadzadənin qəhərmanlığından danışıb. Ülvi Bünyadzadə Xarici Dillər İnstitutunda (indiki ADU) Azərbaycan Xalq Cəbhəsinin dayaq dəstəsinin və Şimali Azərbaycan Azad Tələbələr İttifaqının (ŞAATİ) yaradılmasında fəal iştirak edib. Hələ uşaq yaşlarında ədəbiyyata meyilli olan Ülvinin qısa ömrü ərzində yazdığı kitabları, tərcümələri, eləcə də Almaz Ülvinin şəhidimizə həsr etdiyi dəyərli nəşrləri MEK-ə hədiyyə edilib.

Tədbir zamanı həmin gecənin dəhşətli görüntülərini əks etdirən video nümayiş etdirilib, faciəyə həsr olunmuş kitablardan ibarət sərgiyə baxış keçirilib. Sərgi iki həftə boyunca davam edəcək.

AMEA Mərkəzi Elmi Kitabxanasının

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 (daxili 14-14)

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qarğa yoxsa pişik?

Redaktor seçimi

SON XƏBƏRLƏR