Slimfit
  1. MEDİA

MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub
Sakura

MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

MEK-də 8 Mart – Beynəlxalq Qadınlar Günü qeyd olunub

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib. 

AMEA Qadınlar Təşkilatlarının sədrləri, şəhid ailə üzvlərinin iştirakı ilə baş tutan tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru professor Məmməd Əliyev bütün qadınları bayram münasibətilə təbrik edib, can sağlığı, fəaliyyətlərində uğurlar arzulayıb. Baş direktor qeyd edib ki, tarix boyu Azərbaycan qadını öz mübarizliyi ilə seçilərək ictimai-siyasi həyatda fəal iştirak edib. 

“Azərbaycan qadını hər zaman müqəddəs ana adını uca tutub. Məhz belə anaların yetişdirdiyi igid övladlar sayəsində biz bu gün bayramlarımızı firavan şəkildə qeyd edirik. Onların zəhməti çox dəyərlidir, əvəzsizdir! Qadınlar cəmiyyət həyatında fəal təmsil olunurlar. Bunun ən bariz nümunəsi çoxşaxəli və səmərəli ictimai-siyasi fəaliyyəti ilə dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında müstəsna rolu olan Azərbaycanın birinci xanımı Mehriban Əliyevadır. İzzət Orucova, Zərifə Əliyeva, Ədilə Namazova, Zemfira Səfərova, Nailə Vəlixanlı, Gövhər Baxşəliyeva, Nərgiz Axundova, Nərgiz Paşayeva, İradə Hüseynova kimi akademik qadınlar ölkə və dünya elminə böyük töhfələr verməklə qadınlarımız üçün parlaq nümunə obarızıdırlar”- deyə baş direktor vurğulayıb. 

Baş direktor, həmçinin tədbirin təşkilatçılığında əməyi keçən MEK Qadınlar Təşkilatının sədri Reyhan Cəfərovaya xüsusi təşəkkür edib. 

Tədbirdə iştirak edən şəhid Nurlan Mustafayevin anası Rəhilə Ramazanova çıxışı zamanı torpaqlarımızın azadlığı uğrunda canını qurban vermiş igid oğul yetişdirdiyi üçün özünü xoşbəxt hiss etdiyini qeyd edib. Şəhid analarına göstərdiyi diqqətə görə MEK-in rəhbərliyinə, şəxsən baş direktora təşəkkürünü bildirib.

İnnovativ layihələr şöbəsinin əməkdaşı Qarayeva Pərvanə Tofiq Bayramın “Qadın ürəyi” şeirini səsləndirib.

MEK-in Mülki Müdafiə qərargahının rəisi Gülağa Cahangirov da öz növbəsində qadınları bu gün münasibətilə təbrik edib.

Daha sonra MEK-in fəaliyyətində göstərdiyi yüksək peşəkarlığa görə bir qrup qadın əməkdaşı Təşəkkürnamə ilə təltif ediliblər,  şəhid anasına və şəhid Hüseyn Tağıyevin həyat yoldaşına gül dəstələri təqdim olunub.

Tədbir boyunca “Tariximizdə və bu günümüzdə Azərbaycan qadını” adlı video nümayiş edilib, beynəlxalq musiqi müsabiqələrinin laureatı, opera və estrada ifaçısı Rauf Məmmədzadənin ifasında mahnılar səslənib, Azərbaycan Dövlət Akademik Musiqili teatrının tanınmış aktrisası Telli Hüseynovanın iştirakı ilə səhnəciyə baxılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR