Slimfit
  1. MEDİA

MEK VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

MEK VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir
Sakura

MEK VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ölkəmizin həyatında ən vacib mədəni tədbirlərdən biri olan VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edir.

Əl Oyunları Sarayında üç gün davam edəcək sərgidə MEK Kitabxana-xidmət şöbəsinin rəhbəri Aygün Səfərova, Fondların formalaşdırılması bölməsinin rəhbəri Gülnar Məmmədova, Kataloqlaşdırma və sistemləşdirmə bölməsinin baş kitabxanaçısı Şəbnəm Rüstəmova tərəfindən təmsil olunur.

Stenddə əsasən Azərbaycan həqiqətlərini və Qarabağ problemini özündə əks etdirən, nəfis tərtibatlı, xüsusi dizayn və zövqlə müxtəlif dillərdə hazırlanmış kitablar sərgilənir.

C.Əliyev və B.Budaqovun “Turks, Azerbaijanians, Armenians: Genocide of historical truth”, B.Budaqovun “Turkic toponyms of Eurasia”, Y.Mahmudovun “Orta əsrlər tarixi”, G.Məmmədova və Z.Məmmədovanın “Orta əsrlər memarlığı ( VIII-XIV əsrlər”, R.Əmənzadənin “Azərbaycan memarlığı XV-XIX əsrin əvvələrində”,                  R.Əbdülrəhimov və N.Abdullayevanın “Erkən kapitalizm dövrünün memarlığı (XIX-XX əsrin əvvəli)”, N.Nağıyev və F.Hüseynovun “Azərbaycan Respublikasının müasir dövr memarlıq tarixi” kitabları, Naxçıvan Ensiklopediyası, Məhəmməd Füzuli, Nizami Gəncəvi, Cəlil Məmmədquluzadə, Molla Cümə, Xətai, Aşıq Ələsgər, Qövsi Təbrizi, Məhəmməd Hüseyn Şəhriyar, Mirzə Əli Möcüz, Saib Təbrizi, Kişvəri, Zəlimxan Yaqubun əsərləri, eləcə də Nadir Əbdürrəhmanov, Səttar Bəhlulzadə, Tahir Salahov, Elbəy Rzaquliyev, Fuad Əbdürrəhmanov, Kamil Əliyev, Ömər Eldarov,                 Mikayıl Abdullayev kimi məşhur rəssam və heykəltəraşların sənət nümunələri sərgidə nümayiş olunur.

Kitabsevərlər, sərgi iştirakçıları və xarici qonaqlar Mərkəzi Elmi Kitabxananın stendində nümayiş edilən kitabları 29 sentyabr tarixində hədiyyə ala bilərlər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Qaçaq Nəbinin çəkilmiş yeganə şəkli, 1895-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR