Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Məktəblilərimız beynəlxalq olimpiadalara hazırlaşırlar

Məktəblilərimız beynəlxalq olimpiadalara hazırlaşırlar
Sakura

Məktəblilərimız beynəlxalq olimpiadalara hazırlaşırlar

Şagirdlərimizin Beynəlxalq Kimya Olimpiadasına hazırlıq prosesini təkmilləşdirmək məqsədilə Rusiya Federasiyasından mütəxəssislər dəvət olunub. Həmin mütəxəssislər M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin əməkdaşları Maksim Kozlov və Yuriy Andreyevdir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, martın 25-dən başlayan dərslər aprelin 7-dən davam edəcək. Dərslərdə kimya fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinin müxtəlif ümumtəhsil məktəblərindən olan dinləyiciləri iştirak edir, bilik və bacarıqlarını artırırlar.

Kimya fənni üzrə milli komandamız aprelin 21-27-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində keçiriləcək 53-cü Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edəcək.

Məktəblilərimizin beynəlxalq olimpiadalara hazırlığı çərçivəsində martın 17-24-də "Novruz" düşərgələri təşkil edilib.

Belə düşərgələrin cari ilin iyul-avqust aylarında bir neçə dəfə təşkili planlaşdırılır.

Beynəlxalq olimpiadalara hazırlıq düşərgəsi "Azercell Telekom"un Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin dəstəyi ilə təşkil edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR