Slimfit
  1. BİOQRAFİYA

Məmməd Mübariz Əlizadə

Məmməd Mübariz Əlizadə
Sakura

Məmməd Mübariz Əlizadə - Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, əməkdar…

Məmməd Mübariz Əlizadə - görkəmli Azərbaycan şərqşünası, tərcüməçi, filologiya elmləri doktoru, professor, əməkdar elm xadimi.

Məmməd Mübariz Əlizadə 1911-ci il dekabrın 23-də İranın Xamnə qəsəbəsində dəmirçi ailəsində anadan olmuşdur. İlk təhsilini doğma şəhərindəki “Mərifət” mədrəsəsində almışdır. 8 yaşında Şeyx Məhəmməd Xiyabaninin ən yaxşı şagird üçün təsis etdiyi mükafata layiq görülmüşdür.

Anasını erkən yaşlarında itirən M.Əlizadə 11 yaşından müstəqil həyata başlamış, bir tacirin yanında işə düzəlmişdir.

Hələ gənc ikən İranda gedən azadlıq hərəkatına qoşulan M.Əlizadə 1928-ci ildə Araz çayını keçərək Naxçıvana gəlmişdir. Təhsil almaqla bağlı çoxdankı arzusunu gerçəkləşdirmək üçün o, 1932-ci ildə Tiflisdə yerləşən Zaqafqaziya Kommunist Universitetinin siyasi fakültəsinə daxil olmuşdur. Oranı bitirdikdən sonra Bakıya gələn M.Əlizadə Azərbaycan Pedaqoji İnstitutunun aspiranturasında oxumuş, eyni zamanda həmin institutda dərs demişdir.

İkinci Dünya Müharibəsi illərində dövlət radio komitəsində xarici verilişlər şöbəsini təşkil etmiş və həmin şöbənin ilk redaktoru olmuşdur.

1944-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Universitetində çalışmışdır. O, 1945-ci ildə yaradılmış Şərqşünaslıq fakültəsinin ilk dekanı olmuşdur. Sonralar uzun müddət həmin fakültənin Yaxın və Orta Şərq xalqları ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir.

1994-cü il aprel ayının 9-da ürək çatışmazlığından vəfat etmişdir.

M.Əlizadə 1947-ci ildə “Böyük humanist şair Nizami Gəncəvi” mövzusunda namizədlik, 1969-cu ildə “XIX-XX əsrlər fars ədəbiyyatında demokratik ideyaların inkişaf yolları” mövzusunda doktorluq dissertasiyaları müdafiə etmişdir. Şərq ədəbiyyatının, xüsusən İran ədəbiyyatının dərin bilicisi olan M.Əlizadə Azərbaycanda bir neçə nəsil iranşünas kadrların yetişməsində misilsiz xidmətlər göstərmişdir.

M.Əlizadə Azərbaycanda farsdilli ədəbiyyatın görkəmli tədqiqatçısı olmaqla yanaşı, həm də onun mahir tərcüməçisi kimi tanınır. Klassik və müasir farsdilli şairlərdən Rudəki, Firdovsi, Nizami, Xaqani, Nəsimi, Cami, Füzuli, Eşqi, Lahuti, Şəhriyar və s. kimi müəlliflərin əsərləri M.Əlizadənin tərcümələri vasitəsilə Azərbaycan oxucusuna çatdırılmışdır.

Bu tərcümələr içərisində Əbülqasim Firdovsinin “Şahnamə” əsərini ayrıca qeyd etmək lazımdır. M.Əlizadə ömrünün təqribən 30 ilini bu işə sərf etmiş və 60 min beytlik “Şahnamə”ni orijinalın bəhrində Azərbaycan dilinə çevirmişdir.

Eyni zamanda o, Azərbaycan şairlərindən Səməd Vurğun, Məmməd Rahim, Süleyman Rüstəm, Hüseyn Arif və başqalarının şeirlərini fars dilinə tərcümə etmişdir.

M.Əlizadənin elmi araşdırmalarında dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığı xüsusi yer tutur. Alimin bu sahədə əldə etdiyi elmi qənaətlər “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildinə (Bakı, 1960) daxil edilmiş “Nizami Gəncəvi” oçerkində dolğun əksini tapmışdır. Eyni zamanda o, Nizaminin “Leyli və Məcnun” poemasının və lirikasının Azərbaycan dilinə filoloji tərcüməsinin müəllifidir.

M.Əlizadə böyük Azərbaycan dramaturqu və filosofu Mirzə Fətəli Axundov irsinin öyrənilməsi və tərcüməsi işinə də əhəmiyyətli töhfələr vermişdir. O, Axundovun “Kəmalüddövlə məktubları” fəlsəfi traktatını tam şəkildə fars dilindən Azərbaycan dilinə çevirərək, ayrıca kitab şəklində çap etdirmişdir.

Tanınmış İran şairi Əbülqasim Lahuti ilə M.Əlizadəni səmimi dostluq telləri bağlamışdır. Bu dostluğun nəticəsi olaraq, alimin “Əbülqasim Lahuti: yaradıcılıq və mübarizə yolu” adlı monoqrafiyası meydana çıxmışdır.

M.Əlizadə ömrünün sonlarında İranın Bakıdakı səfirliyinin xahişi ilə İran İslam Respublikasının banisi Ayətullah Ruhullah Xomeyninin şeirlərini Azərbaycan dilinə tərcümə etmiş və sonralar bu tərcümə “Eşq qibləsi” adlı kitab şəklində (Bakı, 1999) çap olunmuşdur.

Geniş elmi-pedaqoji fəaliyyətinə görə M.Əlizadə bir çox orden və medallarla təltif olunmuş, əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

 

Tərcümələri:

Xaqani Şirvanidən

Asudə olsaydım əgər bircə an
Bağdadın çox yaxşı bal paldası var
Başçıları razı salıb, xalqın dadına çatan
Dedilər ki, saqqalına əcəb yaxıbsan həna
Dərdim azalsın deyə, qoyun yanıma dərman
Eşqin əzablarından sənə şikayətim var
İmadəddin pak ruhumun sazıdır, onunla mən
Könül, yorma məni, sakit ol bir az
Məclisləri, məhzərləri döndərirəm gülşənə
Mən kiçik bir şairəm, susdurulmuş, əzilmiş
Mübarəkdir Novruzun, ey ümmətlərə sərvər
Müsabiqə aparırkən, məni məndən soruşsan
O pak insanı mədh etdim, İraqda şanlı sultandır
Paklığıyla nəzərimdə cilvələndi o afət
Qəzvin cənnət qapısıdır, İdrisi o cənnətin
Qiyamətdə haqq yanında peyğəmbərdən savayı
Reyi cənnət görən ac müsafırlər
Şerin gözəl fikirləri qanadında uçuram
Sevgilimlə qədəh tutub mey içirdik, nagahan
Təbriz tərəfdədir Qafın qülləsi
Xaqanlığa yaxınsa da mənim əsil nəsəbim
Yəməndə hər qıza baxdım, dedim ki, ceyrandır
Yüksəlişçün oldu mənə səma İraq torpağı
Zaman keçdi, kamal qaldı gözü yerə dikilmiş
Mənim könlüm müəllimdir, dizim üstü dəbistanı
Dodağım saxsı, üzüm torpağa dönmüş, canım
Paxılları məzəmmət
Xoş halına saqilərin, gördükdə xəndan sübhü, bax!
Qiyasəddin Məhəmməd ibn Məlikşahın tərifi
Baklan səddini bağlatdığı üçün xaqan Mənuçöhrə xitab
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR