Slimfit
  1. DÜNYA

Merilin Monro intihar edib, yoxsa öldürülüb?

Merilin Monro intihar edib, yoxsa öldürülüb?
Sakura

Merilin Monro intihar edib, yoxsa öldürülüb?

Merilin Monro haqqında tapılan gizli sənədlər onun ölümünün sirrini açmağa kömək edəcək.

Ölkə.Az” xəbər verir ki, 2039-cu ilədək möhürlənmiş sirli sənədlər qutusu Monronun psixiatrı tərəfindən öldürüldüyünü sübut edə bilər.

Sənədlərin onun meyitini tapan və aktrisanın 1962-ci ildə ölümünə səbəb olan yüksək dozalı psixatrop həblərin istifadəsini ona tövsiyə edən həkim Ralf Qrinsona aid olduğu bildirilir.

Müstəntiq Beki Oldric, Kaliforniya Universitetinin kitabxanasında sirli bir qutu tapıb. Qutuda aktrisa haqqında bir çox sənədin olduğu bildirilir.

Oldric  həkim Qrinsonun Monronun Kennedi qardaşları ilə olan sevgi münasibətlərini açıqlayacağını bildirdikdən sonra aktrisanı susdurmaq üçün öldürdüyünü iddia edir.

"Mən həmişə Merilin Monronun öldürüldüyünə inanmışam. Bütün hekayələrə, kitablara, ifadələrə və hətta sübutlara baxsanız, Merilin Monronun öldürüldüyünü görərsiniz”,- deyə o, əminliklə bildirib.

Xəfiyyə aktrisanın ölümünü qətl kimi araşdırmaq üçün baş prokurora ərizə yazıb. O, ərizədə ölümü zamanı Monronun yanında olan iki nəfərdən ifadə alınmasını xahiş edib. Bu çavuş Marvin Yannon və Monronun dostu Patrik Nyukompdur.

Oldric bildirib ki,  Nyukomp Monronun cənazəsindən sonra ölkəni tərk edərək 6 ay Avropaya səyahətə gedib.

Qeyd edək ki, Merilin Monro 1962-ci ildə malikanəsində ölü tapılıb. Onun ölüm səbəbi kimi həddindən artıq dozada dərman qəbul etməsi göstərilib. Aktrisa ömrünün sonunda depresiyadan əziyyət çəkirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan qadınları, Şuşa, Qarabağ, 1920

Redaktor seçimi

SON XƏBƏRLƏR