Slimfit
  1. MEDİA

Mərkəzi Elmi Kitabxanada İsa Muğanna (Hüseynov) - 95 adlı sərgi təşkil edilib

Mərkəzi Elmi Kitabxanada İsa Muğanna (Hüseynov) - 95 adlı sərgi təşkil edilib
Sakura

Mərkəzi Elmi Kitabxanada İsa Muğanna (Hüseynov) - 95 adlı sərgi təşkil edilib

Mərkəzi Elmi Kitabxanada İsa Muğanna (Hüseynov) - 95 adlı sərgi təşkil edilib

12 iyun türk dünyasının böyük yazıçısı İsa Muğannanın (Hüseynov) doğum günüdür.

Bu münasibətlə AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) İsa Muğanna (Hüseynov) - 95 adlı sərgi təşkil olunub.

Sərgidə görkəmli ədibin “Bizim qızlar”, “Dan ulduzu”, “Hekayələr”, “Yanar ürək”, “Doğma və yad adamlar”, “Teleqram”, “Tütək səsi”, “Pyeslər”, “Kollu koxa”, “Ömrümdə izlər”, “Saz”, “Məhşər”, “İdeal”, “Türfə”, “Qəbiristan”, “Cəhənnəm”, “İsahəq-Musahəq” və digər kitabları nümayiş olunur.

Müasir Azərbaycan ədəbiyyatının parlaq simalarından olan İsa Muğanna öz yaradıcılığı ilə milli bədii fikrin zənginləşməsində mühüm rol oynayıb. O, nəsrimizin əsaslı şəkildə yeni mərhələyə qədəm qoymasının fəal iştirakçısı olub.

Onun haqqında dünya şöhrətli yazıçı Çingiz Aytmatov “Bizim hamımız İsa Muğannadan təsirlənmişik və öyrənmişik” deyib.

Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR