Slimfit
  1. BİOQRAFİYA

Məşədi Abdulla bəy Abış

Məşədi Abdulla bəy Abış
Sakura

Abdulla bəy Vəlizadə (Məşədi Abış bəy) - şair, Baharlı tayfasının nümayəndəsi. Məşədi Əsədulla bəy Vəliyevin…

Abdulla bəy 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Fars və rus dillərini bilmişdir.

Atası Məşədi Əsədulla bəy Hacı Həsənəli bəy oğlu Vəliyev Şuşada tacir kimi tanınmışdır. Anasının adı Əzəd xanımdır. Məhəmmədəli bəy Vəlizadənin kiçik qardaşıdır.

Təhsilini Şuşada alan Abdulla bəy Mir Möhsün Nəvvabın təşkil etdiyi “Məclisi-fəramuşan”ın fəal üzvü olmuş, klassik üslubda şeirlər yazmışdır.

Abdulla bəy Vəlizadə “Məclisi-fəramuşan”ın üzvü olarkən bir neçə şairlə dostluq etmiş, onlarla şeirləşmişdir. O, “Məclisi-fəramuşan”ın üzvü Həsənəli xan Qaradaği, Fatma xanım Kəminə kimi şairlərlə də şeirləşmişdir.

Şuşa şəhərində yaşayan və Abdulla bəy Vəlizadənin müasiri olan Mirzə Xosrov Axundov “Ömürdən səhifələr” (Bakı, 1992) adlı əsərində, 1944-cü ildə Mir Möhsün Nəvvabın xatirəsinə yazdığı “Şuşanın çayı” adlı şeirində Abdulla bəyin adını bir neçə yerdə ehtiramla yad etmişdir. “Poetik məclislər” (Bakı, 1987) kitabına Abdulla bəyin iki qəzəli salınmış, haqqında qısa məlumat verilmişdir.

Abdulla bəy Vəlizadə təxminən 1912-ci ildə Şuşa şəhərində vəfat etmişdir.

Ailəsi

Abdulla bəyin Hüseynqulu bəy, Xanlar bəy, Həsənqulu bəy, Abbasqulu bəy, Cabbar bəy, Vəli Vəlizadə adlı 6 oğlu, Sənubər adlı 1 qızı olmuşdur.

Şeirləri

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Üzeyir Hacıbəyovun seminariyanı bitirdikdən sonra 1904-cü ildə Cəbrayılın Hadrut kəndində müəllim kimi işlədiyi bina..

Redaktor seçimi

SON XƏBƏRLƏR