Slimfit
  1. İQTİSADİYYAT

'Microsoft' yeni oyun konsolunu təqdim edib

'Microsoft' yeni oyun konsolunu təqdim edib
Sakura

'Microsoft' yeni oyun konsolunu təqdim edib

"Microsoft" şirkəti 2020-ci ilin sonlarında satışa çıxarılacaq yeni nəsil "Xbox Series X" oyun konsolunun təqdimatını edib.

"Report" TASS-a istinadən xəbər verir ki, "Xbox"un rəsmi "YouTube" kanalında konsolun dizaynının göründüyü video yayımlanıb.

"Xbox"un rəhbəri Fil Spenser şirkətin bloqunda qeyd edib ki, qala şəklində hazırlanmış konsol həm şaquli, həm də üfüqi olaraq istifadə edilə biləcək şəkildə hazırlanıb. Spenserin sözlərinə görə, konsolun dizaynı mərkəzi prosessorun "Xbox One X"dakından dörd dəfə daha sürətli işləməsinə imkan verir.

"The Verge" qeyd edir ki, "Xbox One X"in əsasını "AMD Zen 2" prosessoru və "Radeon RDNA" qrafik memarlığı təşkil edir. Bundan əlavə, yükləmə vaxtını sürətləndirmək üçün "NVMe SSD" drayverindən istifadə ediləcək. Yeni konsol 8K-nı dəstəkləyəcək və saniyədə 120 kadr tezliyə malik olacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR