Slimfit
  1. MƏDƏNİYYƏT

Milyonerlərin istirahət yeri - “Şərikli çörək” filmindəki Baden-Baden

Milyonerlərin istirahət yeri - “Şərikli çörək” filmindəki Baden-Baden
Sakura

Milyonerlərin istirahət yeri - “Şərikli çörək” filmindəki Baden-Baden

“Şərikli çörək” Azərbaycan filmində uşaqların növbə ilə görməyə tələsdiyi, lüks həyatın simvolu olaraq qəbul edilən Baden-Baden Almaniyanın Baden-Vürtemberq regionunda yerləşən, təxminən 55 min əhalisi olan kurort şəhəridir 

Modern.az xəbər verir ki, ərazisinin böyük hissəsi yaşıllıqdan, meşələrdən ibarət olan şəhər termal bulaqları, “spa” mərkəzləri ilə məşhurdur. Yəqin, bu səbəbdən şəhər milyonerlərin, tanınmış dünya siyasətçilərinin, yazıçı və musiqiçilərin sevimli istirahət yeridir. Əlbəttə ki, ilk baxışdan adamı valeh edən sakitlik və təmizliyi unutmaq olmaz.

Baden-Baden Almaniyada rus dilində danışan sakinlərin ən çox olduğu şəhərdir. Dünyaca məşhur Kurhaus Qumarxana Muzeyi də burada yerləşir. Bu qumarxana tarixdə Dostayevskinin qumar oynadığı məkan kimi tanınır.

Şəhərə bu ad onu İsveçrə və Avstriyadakı “Baden”lərdən fərqləndirmək üçün verilib.

Əfsanə ŞƏRİF

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR