Slimfit
  1. AVTO VƏ MOTO

Mini tarixində olan ən güclü modelləri təqdim edib

Mini tarixində olan ən güclü modelləri təqdim edib
Sakura

Mini tarixində olan ən güclü modelləri təqdim edib

Mini şirkəti tarixində olan ən güclü avtomobilləri - yeni John Cooper Works Clubman və John Cooper Works Countryman modellərini təqdim edib. Hər iki avtomobil BMW X2 M35i modelindən tanış olan M Performance mühərriki ilə təchiz ediliblər.

Yeni JCW modellərində quraşdırılan dördsilindrli turbomühərrik 306 at qüvvəsi və 450 Nm fırlanma  anı hasil edir. Güc aqreqatı üçün iki radiatoru, artırılmış tutumu olan genişləndiricili çəni və havalandırma sisteminin kondensatorundan istifadə edən üçüncü  konturu olan yeni soyutma sistemi yaradılıbdır. Transmissiya - sükanaltı dəstəkləri və lonç-kontrol funksiyası olan səkkiz diapazonlu Steptronic «avtomatıdır». 100 km/saat həddinə Mini JCW Clubman 4,9 saniyəyə, JCW Countryman isə 5,1 saniyəyə sürətlənir.

«Bərkgedən» Clubman və Countryman modelləri differensialın mexaniki qapanması, ALL4 tam çəkiş sistemi və yeni idman buraxılış sistemi ilə təchiz edilirlər. Hər iki modelin şassisi əsaslı şəkildə yenidən işlənibdir: daha sərt bərkitmə nöqtələrinə, gücləndirici tirlərə və xüsusi kinematikaya məxsus olan arxa asqı sayəsində döngələrdə daha yaxşı köndələn dayanıqlılıq təmin edilib.

Bundan başqa, amortizatorlar, elektromexaniki sükan gücləndiricisi və stabilizasiya sistemi yeni tənzimləmələrə malik olublar. Opsional olaraq adaptiv asqını da sifariş etmək olar. Modellərin standart təchizatına LED fənərlər, açarsız giriş, Mini Driving Modes hərəkət rejimləri selektoru, həmçinin quraşdırılmış başlıqları olan idman oturacaqları daxildir. Opsiyalar siyahısında konsyerj xidmətləri dəstəklən və xəritələri avtomatik yenilənən naviqasiya sistemi də vardır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Günəş batması - kosmosdan görünüş

Redaktor seçimi

SON XƏBƏRLƏR