Slimfit
  1. ƏDƏBİYYAT

Mirkazim Nikbin - Alışa bilmirəm

Mirkazim Nikbin - Alışa bilmirəm
Sakura

Mirkazim Nikbin - Alışa bilmirəm

Vaxtsız gətirmisən dünyaya məni,
Alışa bilmirəm zamana Ana.
Bəlkə gecikmisən bəlkə tələsdin,
Yaddır yaranışım dövrana Ana.

Anlada bilmirəm dərdim dərindi,
Oynasan nə fayda oyun zərindi,
Axı səninlədə aram sərindi,
Vardır ehtiyacım yanana Ana.

Niyə bu insanlar ruhuma yaddır,
Mən təkəm, təkliyim özü fəryaddır,
İstəyim dünyada bir yaxşı addır,
Kim gələr mən gedən məkana Ana.

Məhkəmə qururam özüm özümə,
Ruhum hökm oxuyur cismin üzünə,
Elə ki, yaş gəlir dolur gözünə,
Çevrilir imanım gümana Ana.

Salma tərki dünya olmağa meyil,
Bir sənət sahibi gəzərmi veyil?,
Nikbin ümüd səndə bitəsi deyil,
Qaçmaram çətindən asana Ana.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Italiya

Redaktor seçimi

SON XƏBƏRLƏR