Ens.az
8 dekabr 2019, bazar
.
.
chevron_left chevron_right
ƏDƏBİYYAT

Mirkazim Nikbin - Ana

Mirkazim Nikbin - Ana

Mirkazim Nikbin - Ana

Mənim həyatımın sönməz günəşi,
Sənsən bu könlümün sultanı Ana.
Mənim ürək dostum, könül həmdəmim,
Bütün dərdlərimin dərmanı Ana.

Sənin ucalığın görünmür gözlə,
İzah etmək olmaz kəlməylə sözlə,
Mən sənin yanında de hansı üzlə,
Etməyin verdiyin fərmanı Ana.

Sənsiz bu könlümdən xəbər bilən yox,
Məsləhət görən yox, fikir bölən yox,
Mənimçün yerini bil ki, verən yox,
Carəsiz günümün həyanı Ana.

Sənsən bu ömrümün varı, dəyəri,
Başımadakı tacın ləli, cövhəri,
Bəşər əvəz etməz bu bir nəfəri,
Sənsiz hec sayıram cahanı Ana.

Sənsən müəllimim, ilk öyrədənim,
Sabaha boynana xoşbəxt dünənim,
Səni mət eyləmək istər qələmin,
Yox elə bir gücü, imkanı Ana.





Diqqət! Ens.az saytına məxsus materiallardan istifadə edərkən hiperlinklə istinad edilməlidir. Mətndə səhv tapdıqda, onu seçib ctrl + enter düyməsini basaraq bizə göndərməyinizi xahiş edirik.


Android ƏS olan smartfonunuz varsa, xəbərləri daha rahat oxumaq üçün bu linkə keçərək Play Store mağazasından Ens.az proqramını endirib quraşdıra bilərsiniz.


VİDEO QALEREYA
Fransız dilində L'appel du vide sözü var ki, tərcümədə "Boşluq harayı" mənasını verir. Bu ifadə tez-tez yaranan qarşı yola çıxıb tam sürətlə hərəkət etmək və ya heç zaman ürək etmədiyimiz yüksəkdən tullanma istəyinin yaranmasını ehtiva edir.
Emosiya ilə reaksiya ver!
  • 0
  • 0
  • 0
  • 0
  • 0
  • 0 Şərh
  • anonymous user
    Şərhi göndər
  • DAHA ÇOX NƏTİCƏ YÜKLƏ

X